Ssenaristlər tətilə hazırlaşırlar

08:40 02-05-2023 | icon 236 | Mədəniyyət
Ssenaristlər tətilə hazırlaşırlar

Hollivudda son 15 ilin ən böyük etiraz aksiyası olacaq

 

Hollivud ssenaristləri son 15 ilin ən böyük tətilini keçirmək qərarına gəliblər. Onlar maaşların aşağı olmasına etiraz edirlər.

 

Məlumata görə, Amerika Yazıçılar Gildiyası ilə Hollivud studiyaları arasında müqavilə mayın 1-də başa çatır. Lakin tərəflər arasında aparılan danışıqlar heç bir nəticə verməyib.

 

“Abbott Elementary School” (“Abbott İbtidai məktəbi”) serialının yazıçısı Brittani Nikolsun sözlərinə görə, ssenaristlər həqiqətən tətilə hazırlaşırlar. O hesab edir ki, bu addım televiziya və kino layihələrinin hazırlanması və istehsalını dərhal dayandıracaq. Tətil uzun müddət davam edərsə, studiyalar payız mövsümlərinin buraxılışlarını vaxtında başa çatdıra bilməyəcəklər.

 

 

“Warner Bros Discovery” film şirkətinin rəhbərlərindən biri Devid Zaslav aprelin 17-də “The New York Times” qəzetinə bildirib ki, tətil bütün film sənayesi üçün problemlər yaradacaq.

 

Eyni zamanda danışıqlar komitəsi qeyd edib ki, studiyalar əsas iqtisadi məsələlərə dair tutarlı cavab verə bilməyiblər və ancaq bir neçə sahədə kiçik güzəştlər təklif ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK