1500 illik sikkələr

11:02 05-07-2023 | icon 277 | Maraqlı
1500 illik sikkələr

Namanqan rayonunda arxeoloqlar nadir sikkələr aşkar ediblər. Tapıntının təxmini yaşı 1200-1500 ildir.

 

Sikkələr Sırdəryanın sağ sahilindəki Axsi qəsəbəsi ərazisindən tapılıb.

 

Aşkar edilmiş tapıntılar arasında 475-600-cü illərə aid Baktriya gümüş sikkələri ilə yanaşı, təxminən IX əsrə - Qaraxanilər dövrünə aid gümüş sikkələr də var. Mütəxəssislərin diqqətini üz tərəfində ərəb, arxa tərəfində isə Çin hərfləri olan başqa bir sikkə cəlb edib.

 

Hazırda alimlər tapılan sikkələrin üzərindəki təsvirləri, yazıları, onların hazırlandığı metalı və digər tarixi xüsusiyyətlərini öyrənirlər.

 

Qeyd edək ki, sikkələrin aşkar edildiyi qədim şəhər qaladan, şəhristandan - şəhərin əsas hissəsindən və rəbaddan - sənətkarların məskunlaşdığı ərazidən ibarət olub. Şəhərin sahəsi təxminən 30 hektar təşkil edib.

 

Şəhərin xarici divarlarının perimetri boyunca dərin xəndək qazılıb. Burada ticarət və sənətkarlıq inkişaf edib. VII-XIII əsrlərdə tökmə polad istehsalı üzrə Orta Asiya mərkəzlərindən biri məhz burada yerləşib. Qəsəbə ərazisinin mühüm hissəsini polad istehsalı sahəsi tutub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ