Diqqətli olun

15:00 07-07-2023 | icon 266 | Maraqlı
Diqqətli olun

Bəzi yeməklər ilanları evə cəzb edir

 

Yayın gəlişi ilə ilanlar təbiətə çıxmağa başlayıb. Yaşayış yerləri daraldığı üçün yemək tapmaqda çətinlik çəkən ilanlar bəzi hallarda həyətlərdə, hətta evlərdə görünməyə başlayıblar.

 

Türkiyənin Mersin Baytarlar Palatası Başçısı Bektaş Şenay bununla bağlı həyati vacib tövsiyələr verib.

 

Onun sözlərinə görə, ilanla qarşılaşanda təşvişə düşməmək, sakit olmaq lazımdır:

 

“Çox yaxınlaşmayın, toxunmayın və qıcıqlandırmayın. Çünki ilanlar insanlardan qorxurlar. Əgər onu qıcıqlandırsanız, müdafiəyə məcbur olacaq və hücum edəcək”.

 

Ekspert kənd yerlərində evlərin ətrafını mümkün qədər təmiz saxlamağı, həyətdən kolları, otları, yarpaqları təmizləməyi məsləhət görüb:

 

“İlanlar nəzərə çarpmamaq üçün adətən belə yerlərdə hərəkət edir, qapalı və gizli yerlərlə sürünməyə üstünlük verirlər”, - deyə B. Şenay əlavə edib.

 

Mütəxəssis bildirib ki, həyətdə heyvanları cəzb edəcək qidalar saxlanılmamalıdır.

 

“Əgər ilanlar şəhər mühitinə yaxın yerlərdə yaşayırsa, o zaman qidalanmaq üçün evlərə də girə bilərlər. Pendir və süd kimi qoxular onları cəzb edir”, - deyə o, əlavə edib.

 

B. Şenay ilanların kükürddən qaçdığını deyərək, evin ətrafına kükürd tökməyi məsləhət görüb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ