Uşaq bağçasında saxtakarlıq etdi

13:26 27-07-2023 | icon 290 | Təhsil
Uşaq bağçasında saxtakarlıq etdi

Saatlı şəhər 5 saylı körpələr evi-uşaq bağçasında yaranmış vakant 1,25 ştat vahidini digər tərbiyəçilər və qeyri-ixtisas sahibi olan anasının adına rəsmiləşdirən direktor əvəzi cəzalandırılıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi (RTİ) məlumat yayıb.

 

Bildirilib ki, 15 may 2023-cü il tarixdən çalışmanın yaş həddinə çatması ilə əlaqədar tərbiyəçi vəzifəsinə xitam verilməsi nəticəsində 5 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsi vakansiyası yaranıb və qaydalara uyğun olaraq həmin vəzifə müsabiqəyə təqdim edilib.

 

“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sisteminə daxil olan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qaydalara əsasən, müsabiqədə iştirak etmiş və yüksək nəticə göstərərək uğur qazanmış Sevinc Şakir qızı Cəfərovanın vakant vəzifəyə təyin olunması ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən Mil-Muğan RTİ-yə 13 iyul 2023-cü il tarixli məktub daxil olub. Məktubun icra edilməsi ilə bağlı Saatlı şəhər 5 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsini müvəqqəti icra edən Pərvanə Cabir qızı Cəfərovaya məktubdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

 

Lakin Pərvanə Cəfərova məktubdan irəli gələn məsələlərin həll olunmasından imtina edib, yaranmış 1,25 ştat vahidi tərbiyəçi vəzifəsindən 0,25 ştat vahidi körpələr evi-uşaq bağçasında 1,0 ştat vahidi ilə tərbiyəçi vəzifəsində işləyən Nərmin Rəmzi qızı Nəsirovanın, digər qalan 1,0 ştat vahidindən 0,25 ştat vahidi qeyri-ixtisas təhsilli tərbiyəçi vəzifəsində işləyən Kəmalə Bəybala qızı Rüstəmovanın, 0,75 ştat vahidi isə qeyri-ixtisas təhsilli tərbiyəçi vəzifəsində işləyən anası Ramidə Seyidrza qızı Cəfərovanın ştat vahidinə əlavə edilməklə, müddətsiz əmək müqaviləsi bağlayaraq rəsmiləşdirib.

 

Bununla bağlı Pərvanə Cəfərova Mil-Muğan RTİ-yə dəvət edilib, izahatı alınıb və qanunvericiliyə uyğun olaraq onun barəsində intizam tənbehi tətbiq edilməklə müdir vəzifəsinin həvaləsi ləğv edilib.

 

Sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən qeyri-dəqiq məlumatların paylaşılması təhsilə inamı azaldır, eyni zamanda hüquqi məsuliyyət yaradır”, - deyə məlumatda qeyd olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?