Məktəblərdə Böyük Qayıdış

17:12 22-08-2023 | icon 252 | Təhsil
Məktəblərdə Böyük Qayıdış

Qarabağda təhsil necə təşkil ediləcək?

 

İşğaldan azad edilmiş ərazilərdə infrastruktur işləri, köç prosesi davam edir. Artıq Zəngilan, Laçın və Füzuli rayonlarına yüzlərlə şəxs köçürülüb.

 

Məktəblərdə dərslərin başlamasına az müddət qalmış azad edilmiş ərazilərdə təhsilin necə təşkil ediləcəyi də maraq doğurur.

 

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda təhsillə bağlı hədəflər müəyyən olunub. Onlardan biri də əhalinin geri qayıdışına əsaslanaraq mərhələli şəkildə ümumi (bölgələrin xüsusiyyətlərini nəzərə alaraq müxtəlif təmayüllü məktəblər, liseylər və gimnaziyalar, internat tipli xüsusi ümumtəhsil məktəbləri, inteqrasiya təlimli internat tipli məktəblər) və məktəbəqədər təhsil müəssisələrinin tikintisi və bərpasıdır.

 

Bəs bu proses necə gedir?

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov Modern.az-a açıqlamasında təhsillə bağlı planların sürətlə və uğurla davam etdiyini bildirib.

 

“Məsələ ilə bağlı aidiyyatı qurumlara müvafiq tapşırıq və göstərişlər verilib. Hazırda bu istiqamətdə işlər gedir. Füzulidə, Şuşada müəllimlərin işə qəbulu ilə bağlı addımlar atılır. Qayıdışla bağlı planlar var. Məktəblərin sayı, müəllimlərin seçimi ilə bağlı bütün məsələlər öz əksini tapıb. Müəllimlərin seçimində həmin bölgədən olanlara daha çox üstünlük verilir. Düşünürəm ki, bununla bağlı atılan addımlar, görülən işlər, yetərlidir", - deputat vurğulayıb.

 

 

Ceyhun Məmmədovun sözlərinə görə, bununla bağlı konkret planlar və hədəflər var:

 

"Məktəblər müəyyənləşib, müəllimlərin seçimi həyata keçirilir. Bu bizə imkan verəcək ki, prosesləri arzuolunan səviyyədə həyata keçirə bilək. Burada eyni zamanda  daha çox yerli müəllimlərə üstünlük  verməliyik. Çünki onların həm də bu bölgə ilə  mənəvi bağı da var. Onlar bu bölgələrdə daha fəal iş apara bilərlər. Yerli olduqlarına, prosesləri bildiklərinə görə onlar kifayət qədər faydalı ola bilərlər. Ümumilikdə prosesə hazırıq, düşünürəm ki, mərhələli şəkildə bütün addımlar həyata keçiriləcək. Biz orada da keyfiyyətli təhsilin olmasına nail ola biləcəyik”.

 

Deputat Aqil Məmmədov isə saytımıza açıqlamasında yaradılmış yeni məktəblərə qəbul ediləcək kadrlardan danışıb.

 

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində bu işlər bütün sahələr üzrə həyata keçirilir. Təmir, bərpa, yenidənqurma işləri, o cümlədən təhsil  sahəsində də bu işlər uğurla davam etdirilir. Artıq Laçında, Füzulidə, Ağdamda, digər bölgələrimizdə  köçlər gedir. Yaşayış məntəqələri tikildikcə  digər sosial obyektlərin tikintisi də paralel şəkildə aparılır. Bura vətəndaşlar qayıdırsa bağça, məktəb, xəstəxana tikilməlidir. Bu işlər əvvəlcədən düşünülmüş proqram çərçivəsində  planlı şəkildə həyata keçirilir", - o bildirib.

 

 

Aqil Məmmədov vurğulayıb ki, hər sahə üzrə aidiyyatı mərkəzi icra orqanları öz üzərlərinə düşən yükləri bilirlər:

 

"Düşünürəm ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə öz işlərini planlaşdırıblar, kadr məsələləri öz həllini tapacaq. Köçürülən əhalinin sayını nəzərə alaraq, müəyyənləşdirilir ki, ilkin olaraq fəaliyət göstərəcək məktəbdə hansı fənlər üzrə nə qədər kadr lazımdır. Bunlar vakansiya şəklində Elm və Təhsil Nazirliyinə verilir, daha sonra proses başlayır. Əlavə olaraq, müəllimlərin işə qəbul prosesindən keçmiş, hal-hazırda işləyən vətəndaşlar  aidiyyatı quruma müraciət edərək yerdəyişmə şəklində də göstərilən vakansiya üzrə yerini dəyişə bilər. Burada heç bir problem yoxdur. Elm və Təhsil Nazirliyi köçürüləcək vətəndaşların sayını nəzərə alaraq öz tədbirlərini görməlidir. Mən düşünürəm ki, müəyyən şərtlər qəbul olunmalı, maraq göstərilməlidir. Bunlar önəmlidir, elə etmək lazımdır ki, orada işləmək həvəsi daha çox olsun”. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?