Ümummilli Liderin fəaliyyətinə həsr olunmuş MƏQALƏ

21:20 06-09-2023 | icon 213 | Siyasət
Ümummilli Liderin fəaliyyətinə həsr olunmuş MƏQALƏ

 


AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar həyata keçirilən tədbirlər sırasında “Zəmanəmizin dahi azərbaycanlısı” adlı məqalələr toplusu çapdan çıxıb. AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın elmi redaktoru olduğu topluda Ümummilli Liderin fəaliyyətinə həsr olunmuş 36 elmi məqalə dərc edilib.


Versus.Az xəbər verir ki, bu barədə AMEA-nın Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Vüqar Məmmədov məlumat verib.

 

Verilən məlumata görə, Topluda akademik Gövhər Baxşəliyevanın “Heydər Əliyev və İslam Əməkdaşlıq Təşkilatı” və “Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti” məqalələri dərc olunub.


“Ulu Öndərin Şərq ölkələri ilə bağlı apardığı siyasət barədə həmçinin Səriyyə Gündoğdunun “Heydər Əliyev siyasətində Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf strategiyası”, Vüqar Məmmədovun “Müstəqil Azərbaycanın Şərq siyasəti Şərqşünaslıq İnstitutunun tədqiqatlarında”, Sübhan Talıblınnın “Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan respublikasının Yaxın və Orta Şərq diplomatiyası (1993-2003-cü illər)”, Ülkər Əliyevanın “Vyetnam-Azərbaycan əlaqələrinin qurulması və inkişafında Heydər Əliyevin xidmətləri”, Namiq Məmmədovun “Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin yaranması və inkişafında Heydər Əliyevin neft strategiyası”, Zenfira Şıxəlibəylinin “Azərbaycan-Çin əlaqələrinin formalaşmasında Heydər Əliyevin müstəsna rolu”, Gülər Qafqazlının “Azərbaycan və Səudiyyə Ərəbistanı əlaqələrinin qurulmasında Heydər Əliyevin rolu”, Elnur Mustafayevin “Müstəqillik dövründə Azərbaycanın ərəb ölkələri ilə diplomatik münasibətləri (1993-2003-cü illər arasında)”, Faidə Omarovanın “Heydər Əliyev və Türk dünyası”, Novruz Nuriyevin “Azərbaycanın Şərq ölkələri ilə elmi-mədəni əlaqələrinin inkişafında Heydər Əliyevin rolu”, Dilbər Hüseynlinin “Heydər Əliyev və Azərbaycan-Qazaxıstan münasibətləri”, Ceyhun Mürşüdzadənin “Heydər Əliyev dövründə Cənubi Koreya-Azərbaycan əməkdaşlığı” və digər məqalələr topluda dərc edilib.


Heydər Əliyevin azərbaycançılıq siyasəti ilə bağlı Əfşan Şəfiyevanın “Ümummilli Lider Heydər Əliyevin irsində Azərbaycan və milli dəyərlər”, Yeganə Hacıyevanın “Heydər Əliyevin azərbaycançılıq siyasəti və bütöv Azərbaycan”, Səməd Bayramzadənin “Azərbaycançılıq tarixindən: ideyadan ideologiyaya” kimi məqalələr topluda yer alıb.


Bundan əlavə dərc olunan məqalələr sırasında Elman Quliyevin “Heydər Əliyev fenomeni: dahi şəxsiyyətin dahi şəxsiyyətə dəyəri kontekstində”, Məryəm Seyidbəylinin “Müstəqil Azərbaycan diasporunun təşkilatlanması prosesində Heydər Əliyevin rolu”, Lalə Əhmədovanın “Heydər Əliyevin dövlət quruculuğunda dil məsələsi” kimi məqalələrini qeyd etmək olar.


Topluda həmçinin Ulu Öndərin ölkəmizdə təhsilin, səhiyyənin inkişafında roluna dair və digər mövzularda dəyərli məqalələr dərc olunub.

 

TAHİRƏ

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ