Bu məktəb və bağçalar istifadəyə verilir

10:29 07-09-2023 | icon 166 | Təhsil
Bu məktəb və bağçalar istifadəyə verilir

Yeni tədris ilində Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi istifadəyə veriləcək.

 

Belə ki, 15 sentyabr - Bilik Günü ərəfəsində 19 məktəb və üç məktəbəqədər müəssisə Bakıda və regionlarda müəllim və şagirdlərə hədiyyə edilmiş olacaq.

 

Bu təhsil ocaqlarının mövcud binaları istismara yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən 17 orta məktəb və iki bağça üçün yeni bina inşa olunub, eləcə də üç məktəb və məktəbəqədər müəssisənin binası əsaslı təmir edilib. 

 

Bununla da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətin təhsil sahəsində apardığı siyasətə dəstək göstərərək gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almalarına öz töhfəsini vermiş olur. 

 

Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsil sahəsində müxtəlif layihə və proqramlar həyata keçirir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Fondun “Təhsilə dəstək” proqramı çərçivəsində isə tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə təhsil müəssisələri əyani vəsaitlərlə təmin olunur. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15 yaşlı şair-publisistin yetkin aləmi

“Şərq qadını” jurnalının 100 il bundan öncəki İLK NÜSXƏSİ

Fransanın məkri baş tutmadı

“Belə bir rayonu ləğv etmək qəbuledilməz idi”

Laçının işğaldan azad edilməsinin üçüncü ili

“Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər”

Laçının işğaldan azad olunmasının 3-cü ildönümü ilə bağlı VİDEOÇARX

Mehin Hümbətova bu dəfə fərqli obrazda

"Bu, Qarabağımıza mütləq lazımdır"

"Bu üç ölkə bir yerdədirsə..."

Şuşada “Türkün ortaq süfrəsi” açıldı

Taksi sürücülərinin NƏZƏRİNƏ

Laçının işğaldan əvvəlki unikal kadrları

DİN rəsmisindən vətəndaşlara MÜRACİƏT