“Sərt və qəti addımlar atılacağı şübhəsizdir"

09:09 15-09-2023 | icon 294 | Siyasət
“Sərt və qəti addımlar atılacağı şübhəsizdir"

Ramil Hüseynov: "Biz o yuz illərin planlarını pozduq..."

 


“Erməni separatçıların silhalardan istifadə edərək bizi təxribata çəkmək cəhdləri və digər hərəkətləri öz başlarında çatlayacaq. Regionda dayanaqlı sülhün bərpası sabitliyin möhkəmlənməsi bir sıra iqtisadi və siyasi lahiyələrin tərkib hissəsidi. Bunun üçün ölkə olaraq Azərbaycanda mühüm siyasi prosesin həyata keçirməsi önəm daşıyır”.

 

Versus.Az xəbər verir ki, bunu Yeni Xətt Müstəqil Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov erməni separatçılarının Qarabağdakı son davranışları, seçki oyunları, eləcə də Azərbaycana qarşı təxribatlar törədib vəziyyəti gərginləşdirməsi ilə bağlı açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Qarabağdakı xunta rejiminin davranışlarının arxasında dayanan quvvələr yuz illərdir bu siyasətlərini həyata keçirirlər və zaman-zaman öz istəklərinə nail olublar:

 

"Xalqımızı Qarabağdan öncə hazırda dövlət qurduqları ərazilərimizdən qovub, onlara qarşı etnik soyqrım siyasəti həyata keçiriblər. Bu tarixi faciələri bəşəri cinayətləri biz ununtmamışıq unutmayacağıq. Çox təssuflər olsun ki, bu dünyanın sivil, özünü demokratik adlandıran kəsimi bu cinayətlərə göz yumdu. Amma ilahi ədalət qalib gəldi. Biz o yuz illərin planlarını pozduq. Azərbaycan xalqının müdrikliyi, həmrəyliyi ordumuzun cəsarəti İlham Əliyevin sərrast diplomatiyası bu xunta rejiminin riyakar və vandal düşüncə tərzini 44 günlük müharibə ilə darmadağın etdi. Təbii ki, onlar hələ də o beyinlərində möhkəmlənmiş, uzun illər özlərində gəzdirdiyi o xəstəliyin təsirindən çıxa bilmirlər. O virusun tam yox olması üçün görünür xususi “peyvəndin” üzərində işləmək lazımdır. Onun üçün də zamana ehtiyac var; mütləq o fikrin daşıyıcılarını vandal düşüncə sahiblərini o xəstəliyə düçar olanları “peyvənd” edəcəyik. Ona görə də Ermənistan rəhbərliyi dövlət olaraq çox ciddi addım atmalı, xarici siyasətində ciddi dəyişiklik etməlidi. Əks təqdirdə biz bu rejimin bu addımlarının bizi təxribata çəkməyinə yönəldoyini bilirik”.

 

R.Hüseynov bəyan edib ki, bu gün nə dövlətimiz, nə xalqımız, nə rəhbərliyimiz, nə qüdrətimiz separatçıların düşündüyu deyil. Artıq zaman onların əlehinə işləyir biz təxribatlara əhəmiyyət vermirik:

 

“Biz ağıllı və butun beynəlxalq dəyərlərə, ədalətə, qanunlara söykənərək öz ərazimizi bəşəriyyət üçün təhlukəli olan cinayətkar qrupdan təmizləməliyik”.

Ekspert hesab edir ki, separatçı rejim sivil yolla nəyisə qəbul etmək iqtidarında deyil. Bildirib ki, biz təbii ki, öz insanımızın vətəndaşımızın dəyərini bilirik, kiminsə canının acımasını valedeyinlərin gözü yaşlı qalmasını istəmirik:

 

“Sülh yolu ilə təkliflərimizlə dövlət maraqlarımızı ərazi bütövluyumuzu bərpa etmək niyətindəyik. Amma bu xunta rejimi əgər bu təxribatlara davam etsə, biz o gücə malikik: tez bir zaman kəsiyində onları layiq olduqları siyasi mənzərə ilə üz-üzə qoyaq. Bü gün təkliflər var, sabah o təkliflər olmamalıdır. Öz ərazimizdə istənilən yoldan istifadə etməyi, istənilən kommunikasiya xətlərinin bağlanması və açılması səlahiyyətinə sahibik və istənilən qəraları qəbul edib, onları icra etmək üçün sərt və qəti addımlar atılacağına şubhə etmirəm. 44 günlük vətən muharibəsində nail olduğumuz və layiq olduğumuz qələbə Azərbaycanın gələcəkdə siyasi təhdid və təzyiqlərdən qorumaq üçün böyük və mütərəqqi bir planın təməlini qoyduq. O qalanı qorumaq, gücləndirmək və möhkəmləndirmək bizim hamılıqla borcumuzdur”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15 yaşlı şair-publisistin yetkin aləmi

“Şərq qadını” jurnalının 100 il bundan öncəki İLK NÜSXƏSİ

Fransanın məkri baş tutmadı

“Belə bir rayonu ləğv etmək qəbuledilməz idi”

Laçının işğaldan azad edilməsinin üçüncü ili

“Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər”

Laçının işğaldan azad olunmasının 3-cü ildönümü ilə bağlı VİDEOÇARX

Mehin Hümbətova bu dəfə fərqli obrazda

"Bu, Qarabağımıza mütləq lazımdır"

Şuşada “Türkün ortaq süfrəsi” açıldı

"Bu üç ölkə bir yerdədirsə..."

Taksi sürücülərinin NƏZƏRİNƏ

Laçının işğaldan əvvəlki unikal kadrları

Rəqabət Məcəlləsi HAQQINDA