İkinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək

09:25 15-09-2023 | icon 317 | Siyasət
İkinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək

Arzu Nağıyev: “Separatçı qurumu, onların qanunsuz addımlarını bütün dünya ictimaiyyəti gördü”

 

“Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşən rus sülhməramlılarının missiyasına aid ərazilərdə qalan erməni separatçıları Azərbaycan qanunlarına zidd olaraq özlərinə hansısa bir separat qurum yaradıb, ona seçki keçirməklə bir daha beynəlxalq hüququ pozur və heç bir dövlət tərəfindən tanınmadığı üçün onun keçirdiyi seçki də qeyri-ciddi qarşılanır”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev sivil dünyanın separatçılığı tanımadığı fonunda bir çox dövlətlərin Azərbaycanda erməni separatçılığına qarşı verdiyi və mümkün olan reaksiyalarla bağlı açıqlamasında bldirib.

 

Deputat qeyd edib ki, Azərbaycana dost ölkələr Qarabağ iqtisadi zonasında erməni separatçılarının formalaşdırmağa çalışdığı rejimin bölgədə sülhün və təhlükəsizliyin bərqrar olunmasına böyük əngəl olduğunu qeyd edərək, verdikləri bəyanatları da yüksək dəyərləndirib. Eyni zamanda, həmin qurumla bağlı ayrı-ayrı dövlətlərin ciddi reaksiya verməməsini həmin separatçı quruma əhəmiyyətsiz yanaşılmanın nəticəsi kimi dəyərləndirib.


A.Nağıyev məsələyə bu aspektdən yanaşaraq istər beynəlxalq təşkilatların, istər aparıcı dövlətlərin separatçı qondarma seçkilərlə bağlı hər hansı bir reaksiya vermələrini elə də mühüm saymayıb. Deputat 30 il işğalda qalandan sonra Azərbaycanın öz haqqını özünün bərpa etdiyini xatırladaraq, artıq ölkəmizin belə bir təcrübə keçdiyini və öz haqını müdafiə etməyi bacardığını önə çəkib:

 

“Hansısa beynəlxalq qurumun bu məslə ilə bağlı bəyanat verməsinin bizim üçün elə bir ciddi əhəmiyyəti yoxdur. Özünü deputat adlandıran 33 nəfərin, bir rayon qədər tərəfdaşı olmayan şəxslərin bir yerə toplaşaraq özlərinə qandarma başçı seçməsi beynəlxalq hüquqa ziddir, cinayətdir. Bəzi dövlətlər bunu problem kimi qabartmırlar. Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Separatçı qurum, onların qanunsuz addımları göz qabağındadır və bunu bütün dünya ictimaiyyəti gördü”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

7 fevraldan sonra nələr baş verəcək?

DƏHŞƏT! Əlillik dərəcəsi ilə bağlı ŞİKAYƏTLƏR

Həmkarlar Konfederasiyası nəyi harda, nə vaxt edəcəyini bilmir

Uşaqları udan bu KABUS həkimdən QORXUR

“Növbədənkənar prezident seçkiləri gözlənilən qərar idi”

Əfsanəvi çempionun ustad dərsi keçirilib

Daha bir məktəbdə qızılca aşkarlandı

İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü

“Qəbələ” son çempiona qarşı

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq

Ananın yaşayışı görənləri ŞOKA SALDI

Elm və Təhsil Nazirliyində DƏYİŞİKLİK

Bu ilin ən yaxşı 10 FİLMİ

30 dəqiqə gəzmək ömrü bu qədər artırır

Hafiz Hacıyev 5-ci dəfə prezidentliyə namizəd olacaq