"Partiyalara imkanlar açılıb və biz bundan faydalanacağıq"

20:34 15-09-2023 | icon 368 | Siyasət
"Partiyalara imkanlar açılıb və biz bundan faydalanacağıq"

Arzuxan Əlizadə: "Proses partiyamız üçün bir test oldu"

 

“Siyasi partiyalar haqqında” Qanuna əsasən siyasi partiyaların reyestri ilə bağlı proses davam edir. İlk vaxtlar qanunun tələbləri ilə bağlı ciddi gərginlik və narahatlıq keçirən, bir çox hallarda ümidsizliklərini  ifadə edən təşkilat rəhbərləri bu gün məsələlərə başqa bir ampluadan baxır. Elə partiyalar da var idi ki, yeni qanunun  tələbləri nə qədər çətin olsa da, prosesin öhdəsindən gələcəklərinə və bu mərhələni adlayacaqlarına inanırdılar.

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə açıqlamasında bildirib ki, yeni qanunla bağlı məsələ uzun müddət siyasi dairələrin müzakirə mövzusu idi. Onun sözlərinə görə, spikerin ötən ilin sentyabr ayında “Siyasi partiyalar haqqında” qanuna əlavə və düzəlişlər edilməsi ilə bağlı partiyalara müraciəti və ilkin müzakirələrin parlamentdə reallaşması ölkədə bir ilk idi.  

 

Partiya sədri xatırladıb ki, ictimai dinləmələrə dəvət olunan siyasi partiya sədrləri qanun layihəsi ilə bağlı fikirlərini açıq şəkildə bildiriblər:

 

“AMİP də öz təkliflərini verdi. Bundansonrakı dövrdə qanunun yenidən təkmilləşməsi prosesi getdi və çox pozitiv haldır ki, bir sıra irad və təkliflərimiz qəbul edildi. Ötən ilin dekabr ayında parlamentdə qəbul edilmiş qanun layihəsi bu il yanvar ayının 11 -də Azərbaycan Prezidenti tərəfindən imzalanaraq  qüvvəyə mindi. Qanuna əsasən partiyalar 6 ay müddətində öz fəaliyyətlərini qanunun tələblərinə uyğunlaşdırmalı idi. Daha çox müzakirə olunan məsələ üzvlərin sayı və hər bir üzvün reyestr məlumatlarının toplanması ilə bağlı oldu. Əvvəllər siyasi partiyaların qeydiyyatdan keçməsi üçün 1 000 nəfər nəzərdə tutulurdusa, yeni qanunla, ən azı, 5 min üzvün müvafiq məlumatları reyestrə daxil edilməli idi. Yanvarın 11-dən başlayaraq ötən 6 ay ərzində partiyalarda gərgin iş aparıldı. Bir sıra siyasi partiyalar bu prosesə davam etməyərək fəaliyyətlərinin dayandırması ilə bağlı qərar qəbul etdilər. Təxminən, 30 siyasi təşkilat bu və ya digər səbəbləri göstəməklə öz fəaliyyətlərini dayandırdı, 27 partiya reyestr məlumatlarını Ədliyyə Nazirliyinə təqdim etdi. Ədliyyə Nazirliyinin müvafiq qurumu istisnasız olaraq bütün partiyaların məlumatlarındakı çatışmazlıqlarla bağlı partiyalara məktublar göndərib dəqiqləşdirmələr aparılmasını istədi”.

 

A.Əlizadə, əslində, bu prosesin siyasi partiyaların özlərinin daxilində ciddi bir testin aparılmasına gətirib çıxardığını vurğuladı:

 

“Hər bir siyasi təşkilat öz daxilində gücünü sınadı, rayon təşkilatlarının fəaliyyəti ilə bağlı bir qədər də dəqiqləşdirmələr aparıldı”.

 

A.Əlizadə qeyd edir ki, AMİP 1992-ci ildə ilk  rəsmi qeydiyyatdan keçən partiya kimi, ölkənin 83 rayonunda özünün təşkilatını yaradıb. Mövcud vəziyyətdə bağlı olaraq bu dəfə reyestrə 65 rayon təşkilatı və üzvlərinin məlumatlarını təqdim edib:

 

“Bu reyestr prosesi partiyamız üçün bir test oldu. Biz partiyamızın rayon təşkilatlarının fəaliyyəti ilə bağlı daha geniş təsəvvürə malik olduq. Məlumatların bazaya toplanması partiyanın gələcək fəaliyyətində əsas rol oynayacaq. Biz bu mərhəlini keçdik”.

 

Partiya sədri partiya üzvlərinin reyestrdən keçirilməsi prosesinin çox şəffaf aparıldığını deyib. O, qeyd edib ki, bu proses əvvəldən özlərini cəmiyyətə radikal qüvvələr kimi təqdim edən, özlərini aparıcı partiya sayan, digər partiyaları iqnor edən partiyaların əsl mahiyyətini də üzə çıxardı:

 

“Həmin partiyalar cəmiyyətə mesajlar verirdilər ki, guya yeni qanunun tələbi onların bağlanmasına hesablanıb və bir neçə partiyanın fəaliyyətinə əngəl törədəcək mürtəce qanundur. Əslində, özünü aparıcı, radikal sayan partiyaların rayon təşkilatlarında üzvlərin reyestrə daxil edilməsində ciddi narahatlıq yaşanıb. Populist çıxışlar etmələrinə baxmayaraq, bu partiyaların bazasının elə də güclü olmadığı üzə çıxdı. Onlar hansısa formada siyahıları təqdim edə biliblər. Görünür ki, əvvəlki ritorikalarından geri çəkiliblər. Əslində, qeydiyyata alınmaqları ilə partiyaların reyestri ilə razılaşdıqlarını ortaya qoydular”.

 

A.Əlizadə qeydiyyata alınan hər bir partiya üzvünə edilən zənglərin müsbət yanaşma, müsbət təqdimatla aparıldığını deyib:

 

“Bu proses ağrısız-acısız həyata keçirildi. Partiyalılığı təsdiq olunan hər bir üzvümüzə gələcək işlərində uğurlar dilənib. Bu münasibət üzvlərimizdə gələcək fəaliyyətləri ilə bağlı yeni müsbət fikir yaradıb. Deyə bilərik ki, yeni siyasi partiyalar haqqında qanunun qəbulu ilə ölkə gündəmində yeni bir düzən formalaşıb. Reyestrdən keçib fəaliyyətlərini davam etdirən partiyalar geniş imkan qazanıblar. Bu, məsuliyyətimizi bir daha artırıb. Gələcəkdə  ölkənin ictimai-siyasi həyatında iştirak etmək, ölkənin siyasi gündəminə təsir göstərmək, prosesi yönləndirmək baxımından partiyalara imkanlar açılıb və biz bundan  faydalanacağıq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?