"Bu, 2025-ə saxlanmalı deyil"-Müsahibə

11:58 18-09-2023 | icon 61 | Siyasət
"Bu, 2025-ə saxlanmalı deyil"-Müsahibə

 

 

Regionda geosiyasi mənzərəsi gərgin olaraq qalır. Işğalçı Ermənistanın dünya gücləri tərəfindən bu gün də ciddi qınanmaması mühüm reallıqları açığa çıxaran test rolunda çıxış edir. Eyni zamanda Azərbaycanın bundan sonrakı “yol xəritəsinə” işıq salır.

 

Baxq görək, regionda vəziyyət nədir?..

 

Versus.az xəbər verir ki, politoloq Natiq Miri müsahibəsində regionun geosiyasi mənzərəsinə diqqət çəkib, çox mühüm məqamlara toxunub.

 

 

-Natiq müəllim, 44 günlük müharibənin başlanmasının 3-cü ilinə saylı günlər qalıb. Bu üç il ərzində bölgədə cərəyan edən proseslərə nəzər salsaq, hərbi, siyasi, diplomatik müstəvidə hansı reallığı müşahidə edirik. Bölgədəki vəziyyət Azərbaycanın maraqları müstəvisində hansı durumdadır və hədəflərimizə doğru hara qədər irəliləyə bilmişik?

 

-Azərbaycan 44 günlük vətən müharibəsindən qalib çıxmış bir tərəfdir. Bu birmənalıdır və kimsə bunu təkzib etmir. Bu qalibiyyətin özü ilə gətirdiyi bəzi üstünlüklər var. Amma nədənsə bu üstünlükləri Azərbaycana vermək istəmirlər.  Bunlar xristian dünyası və Ermənistanın havadar dövlətləridir. Çünki Azərbaycan öz qələbəsi ilə yeni reallıq yaratdı. Biz nə qədər “dünya bu reallıqları qəbul edir” desək də, bu tam şəkildə belə deyil. Əgər bu reallıqlar qəbul edilsəydi, Ermənistan bu günə qədər,  3 il ərzində bizimlə  şərt dili ilə danışmazdı. Necə ola bilər ki, Azərbaycan qalib tərəf olmaqla bərabər, bir də sülh əlini Ermənistana uzatdı. Üstəlik, beynəlxalq hüquqdan irəli gələn 5 prinsip irəli sürdü.  O gündən bu günə artıq 4-5  dəfədir ki, bu sülh mətni qarşılıqlı şərtlərlə bir-birinə ötürülməkdə davam edir.  Siz elə bir müharibə görmüsünüzmü ki, məğlub tərəf qalib tərəflər qarşısında konkret şərtlələ danışır. Məyər II dünya müharibəsi bitəndən sonra məğlub olan faşist Almaniyasına beynəlxalq birlik söz haqqı tanımışdı, yox! Hər şey hüquq çərçivəsində həll olunmuşdu: müharibə cinayətini törədən ünsürlər cəzasını hüquqi şəkildə almış,  dövlət olaraq Almaniya təzminat ödəmişdir. Bu günün özünə qədər də  hələ də Almaniyadan təzminat ödəməsini istəyən Polşa kimi Avropa ölkələri var. Anormal vəziyyət budur: müharibədə qalib olan 3 min şəhid verən bir dövlət, hələ də öz ərazisində-Qarabağda özünün suveren haqlarını təmin edə bilməyib.  İndi təkcə ermənilərin yaşadığı Qarabağ ərazilərində Azərbaycan idarəetməs mövcud deyil.  Və təbii ki, bu Ermənistanın qüdrəti deyil. Ermənistana dil verən, onu idarə edən  bütövlükdə sülhün baş tutmaması üçün əngəlləyici, tormuzlayıcı kimi çıxış edən erməni havadarları var. Bu havadarlar 44 günlük Vətən müharubəsindən sonra yaranan reallıqların tamamilə boşa çıxaması üçün Azərbaycana problemlər yaratmağa davam edirlər. Guya Qarabağda ermənilər acından ölür və bunu edən Azərbaycan süni blokada yaratmaqla etnik təmizləmə ilə məşğuldur. Bu məsələ humanitar hüquqdan gələn çox həssas mövzulardır. Məhz bu yöndə  Azərbaycana beynəlxalq səviyyədə təzyiq mexanizmi yaratmaq istəyirlər ki, Azərbaycanda güzəştlər qoparıb Ermənistann mövqeyini gücləndirsinlər, Qarabağla bağlı hüquq və təhlükəsizliyi uzun müddət müzakirə etməklə sonda bizi “statusa” razı salsınlar.  Bunum  üçün də bu gün  Azərbaycan ərazisi olan Laçın yolunu müzakirə predmetinə çeviriblər.  Hətta Azərbaycanın öz ərazisindən digər ərazisinə keçidi əngəlləyə biliblər.  Qəbul olunmayacaq məsələ bundan ibarətdir.

Biz əsas etməli olduğumuzu zamanında edib 3 min şəhid verdik.  Torpaqlarımızın böyük bir qismini azad etdik. Ancaq Rusiyanı Qarabağa buraxmaqla biz özümüz üçün bu gün üçün bir çox problemlər yaratdıq.  Bu problemlərin əsas səbəbkarı Rusiyadırsa, həm də onunla regionda savşan erməni havadarı Qərb dünyasıdır. Ona görə də düşünürəm ki,  Azərbaycan birtərəfli qaydada hərbi siyasi hadislər yaratmaqla Qarabağ problemini birdəfəlik həll edə bilər.

 

-Danışıqlar prosesi bu məsələdə bizə nə vəd edir?

 

-Heç bir  danışıq platformasında Qarabağ problemini həll edəcək qərar yoxdur və olmayacaq. Çünki bütün platformaar hamsıı erməni havadarı olaraq çıxış edirlər. Və Qarabağ məsələsi onlar üçün zəif bənddir.  Zəif bənd onlara ona görə lazımdır ki, hər zaman bundan istifadə edərək Azərbaycana təzyiq mexanizmləri yarada bilsinlər. Yəni Qarabağ yarasının sağalmasını nə Rusiya, nə Amerika Birləşmiş Ştatları, nə Avropa Birliyi, nə qonşu İran istəmir.  Bu gerçəyi qəbul etmək lazımdır. Əgər istəmirlərsə bu platformaların vasitəçiliyi ilə aparılan danışıqlarda necə Azərbaycanın xeyrinə qərarlar çıxarda bilərsiniz. Bu gün “humanitar fəlakət, açlıq, etnik təmizləmə” fonunda ermənilərə “humanitar yardım”  şousu işlənir. Biz Ağdam -Xankəndi yolunun açılması üçün bütün dünyanı qarşımıza almışıq, amma bizim 40 tonluq 2 TIR-mız Əsgərandan Xankəndinə gedə bilmədiyi halda Rusiaydan gələn ərzaq dolu TIR Ağdamdan-Xankəndiyə getdi və biz bunu qələbə adlandırıq. Sənin TIR-ın nə zaman müstəqil şəkildə Qrabağa getdi ki, siz bunu qələbə adlandırırsız. İndiyə qədər bizim bu cür qələbələrin sayı saysız-hesabsızdır. Amma nəticə etibarilə biz hələ də Qarabağda suveren haqlarımızı təmin edə bilməmişik.  Müharibənin nəticəsi olaraq Qarabağda heç bir erməni əsgəri qalmalı deyildi, bu üçtərəfli bəyannamənin 4-cü müddüəsında da yer alıb. Biz indiyə Qədər Ermənistan ordusunu və sialahlı terrorçuları çıxarda bilmişikmi?  Bu da ciddi nəticədir. Ona görə də düşünürəm ki, etməli olduğumuz işlər var və bunlar qətiyyətli siyasi iradəyə ehtiyac duyur. Necə Laçın sərhəd -keçid məntəqəsini bütün dünyanı qarşımıza alaraq beynəlxlaq hüquq çərçivəsində həyata keçirdiksə, bu reallığı qəbul etdirdiksə, yenə də ciddi siyasi iradə ortaya qoyaraq antiterror əməliyyatını keçirməliyik. Bu Qrabağa müdaxilə etmək istəyən 3-cü, 4-cü 5-ci tərəflərin birdəfəlik oyundan kənar vəziyyətə salacaq. Yalnız bundan sonra Azərbaycana inteqrasiya prosesindən danışmaq mümükündür. Yoxsa 10 minlərlə erməni ordusunun qalıqları Qarabağda ikən biz Rusiyanın moderatorluğu ilə ermənilərin reinteqrasiyasadan danışırıq. Bu necə ola bilər: separatçı rejimi qoruyan minlərlə erməni ordusu Azərbaycan ərazisində ikən  reinteqrasiya necə həyata keçirilə bilər.  İpi başqalarının əlində olan rejimi necə reinteqrasiyaya salmaq olar. Biz bura qədər irəliləyə bilmişik. Ən böyük uğurumuz Azərbaycanın öz sərhədlərini birtərəfli qaydada müəyyən edərək bütün straetji yüksəklilərin Azərbayacnın əlində olmasıdır. Bunlar gələcəyə hesablanmış addımlardır.  Bir də ən böyük siyasi uğur Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasıdır. Bununla biz ərazi bütövlüyümüzü təmin etmişik.  Ancaq bu yetərli deyil. Bir də bu ərazilərdə bütün suveren huquqlarımızı bərqərar etməliyik. Bundan sonrakı atılacaq addımlar  bu olmalıdır. Bu addım 2025-ə saxlanmalı deyil.  Bu ilin sonuna qədər bir neçə gün ərzində antiterror sülh hərəkatı ilə erməni silahlı ünsürlər Qarabağdan çıxarılmalı və inteqrasiya prosesini özümüz başlamalıyıq. Mən niyə separatçı rejimin ləğvindən danışmıram: çünki bu qoşunlar çıxarılandan sonra separatçı rejimin rəhbərlərini burda saxlamaq mümükün olmayacaq. Onlar əsgərlərdən qabaq rus vertalyotları ilə Ermənistana qaçacaqlar. İnteqrasiyanı başlatmaq üçün kimləsə danışmağa da ehtiyac qalmayacaq.  Azərbaycan konstitusiyasını, qanunlarını qəbul edənlər qalacaq, istəməyənlər  gedəcək. Məsələ bu qədər sadədir…

 


–Ermənistan baş nazirinin “telefon trafiki” nə zaman bitəcək: heç bir öhtəliyini yerinə yetirməyən, müxtəlif “şoular” düzənləyən, indi də xarici liderlərə zəng edib -“Azərbaycan yenə müharibə edər deyə, kömək edin”  şousu yaradan Paşinyanın Prezident İlham Əliyevlə təcili görüş istəməsi nəyi ifadə edir?

 

- Qarşımızda hiyləgər düşmən var: bunlar alçaldıqca yüksələn bir etnosdur. Biz bunu nəzərə almalıyıq.  Belə bir düşmənin sözünə inanıb ona etimad edilirmi, yox. Bu gün Azərbaycan dövlətinin ordusunun sadəcə hərəkətlənməsi yetərli oldu ki, Ermənistan rəhbərliyi böyük qorxuya düşdü.  Bu hərbi əməliyyatların qarşısını almaq üçün Paşinyan yenədən telefonun yanında yatıb- durur.  Bununla bütün dünyanın diqqətini regiona cəlb etməklə Azərbaycanın hərbi əməliyyatlara hazırlaşdığını təqdim edir, Azərbaycanı aqressiv, işğalçı dövlət kimi göstərmək istəyir, digər tərəfdən dünya dövlətlərinin prosesə  müdaxiləsi ilə antiterror əməliyyatının keçirilməsinin qarısını almağa çalışr. Məhz bu mərhələdə sentyabrın 11-i və 20-si arasında ABŞ-la Ermənistan ordusunun birgə hərbi təlimləri  keçirilir. Bu  bir tərəfdən Rusiyaya  İrana yönlik mesaj olsa da, bir tərəfdən ABŞ-ın gələcəkdə Ermənistana gəlməsinin qapısı aralanırsa, digər bir tərəfdən bu Azərbaycanın  hərbi əməliyyatlar keçirməsinə çəkindirici məqam olaraq çıxış edir. Bunlar heç də təsadüf baş verən hadisələr deyil. Bu gün Paşinyan bütün dünyaya zəng etməklə, səs salmaqla, diqqətləri yenidən regiona cəlb etməklə Azərbaycana  təzyiq etdirmək və bu hərbi əməliyyatların qarşısını almaq istəyir. Amma bu Azərbaycan üçün çəkindirici hal olmamalıdır.  Çünki Azərbaycana indiki vəziyyətdə kimsə heç nə edə bilməz.  Azərbaycan beynəlxalq hüquqla haqlıdır, haqlı olduğuna görə də güclüdür, digər bir tərəfdən Azərbaycanı bu məslədə qardaş Türkiyə müdafiə edir.  Bununla bağlı hazırlıqlar da görülüb. Türkiyənin ordu rəhbərliyi Müdafiə Nazirliyi və Baş qərargah rəisi Azərbaycana elə-belə gəlməmişdilər. Məsələnin bütün tərəfləri razılaşdırılıb və bu günün özündə də koordinasiaya olunur.  Azərbaycanın baş qərargah rəisi yenidən Türkiyəyə səfər etməklə ordu rəhbərliyi ilə görüşlər keçirir. Bir də Prezidentin köməkçisi Hikmət Hacıyevin İsrailə səfərini düşünün. Bütün bu məsələlər hər cəhətdən  -hərbi, siyasi, diplomatik yöndə dəstəklə bağlı razılaşdırılmış məsələlərdir. Bu kontekstdə əmin olun ki, Türkiyənin Azərbaycanın yanında olması bütün dünya dövlətləri üçün, o cümlədən ABŞ NATO dövlətləri, Rusiya, qonşu İran üçün "dur" nöqtəsidir.  Türkiyə Azərbaycanın yanında varkən heç kim regionda prosesə hərbi cəhətdən müdaxilə edə bilməz.

 

 

 

- Növbəti danısıqlar nə vaxt ola bilər, gözləntiləriniz nədir?

 

- Növbəti danışıqlar yalnız Nikol Paşinyanın indiyə qədər verdiyi vədlərin yerinə yetirildiyi və bu yöndə əməli fəaliyyət olduğu təqdirdə baş tutmalıdır. Əks təqdirdə Brüssel görüşləri, Vaşinqton, Rusiya görüşləri heç nə verçəyəcək. Bu üç ildə nə vermişdisə, yenə də sabun köpüyündən başqa verəcəyi bir şey olmayacaq. Çünki bu dövlət yalan üstündə qurulub. Bu etnos yalançıdır, Nikol Paşinyan yalançıdır. Bu gün verdiyi sözü, sabah çox rahatlıqla təkzib edə, bunun əks arqumentlərini gətirə biləcək bir cılız adamdır. Ona görə də düşünürən ki, Nikol Paşinyanın Türkiyə prezidenti ilə baş tutan telefon danışığında ona bir çox gerçəklər başa salınıb. O, bu gerçəkləri anladığını və bu yöndə fəaliyyət göstərəcəyini Türkiyə Prezidentinə söz verib. Amma yerinə yetirləcəkimi, sual burdadır.

 

“Azərbaycan Prezidenti ilə danışıqlara hazıram, indiyə qədər dediyim sözlərin arxasındayam” -deyən Nikol Paşinyanın  real dediklərini əməli fəaliyyətdə görmək istəyən Azərbaycan prezidenti Paşinyanla görüşmək üçün heç bir cavab verməyib.  Bu sualın cavabı ondadır ki, hər kəs ciddi, əməli fəaliyyət gözləyir. Əgər Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsa, bunu sənəddə öz imzası ilə təsdiq etməlidir.  Qarabağ separatçı rejiminə ayrılan 36- min dollar birdəfəlik kəsilməli, Ermənistanın qalıq qoşunları Qarabağdan çıxarılmalıdır.  Bu onların ərazi iddiasından imtina etməsi anlamına gəlir. Bunaları görəcəkiysə danışıqlardan danışmaq mümkündür, əks təqdirdə bu boş xülyadır.

 

- Məlumdur ki, Ermənilər yenidən güc toplayır. Azərbaycana qarşı hərbi təxribatlar nə dərəcədə gözləniləndir və Paşinyanın Azərbaycan prezidenti ilə təcili görüş istəməsi müharibənin 3-cü ilində yenidən Dəmir yumruqdan yayınması taktikası ola bilərmi?

 

-Ermənistan Qarabağı sözdə deyil, əməldə, sənəddə Azərbaycanın tərkib hissəsi kimi tanımayana qədər, sülh müqaviləsini imzalamayana qədər hərbi təxribatları davam edəcək.  Bu onlar üçün sui-istifadə alətidir. Zaman-zaman dünyanın diqqətini Ermənistana cəlb etmək üçün bu cür təxribatlar törədir. Eləcə də bu kontekstdə Ermənistana yardımların sayını artırmaq, hətta hərbi silahlanma prosesini tətikləmək istəyirlər. Biz bunu görürük. Ermənistan Fransa, Hindistan, İran tərəfindən silahlandırılır.  Ancaq bütün bunların fonunda Ermənistan Azərbaycanla müharibə etmək qüdrətində deyil və Paşinyan bunu gözəl anlayır. Ona görə də Azərbaycan ordusunun hərəkətlənməsi onu qorxuya saldı. Çünki növbəti ciddi toqquşma Nikol Paşinyanın və Ermənistan dövlətinin məhvi ilə nəticələnə bilər. Onun son vaxtlar telefondan “sallanmsı”, da bununla bağlıdır.  Hətta Qarabağda antiterror əməliyyatlarının  keçirilməsi belə Paşinyana, Ermənistana zərbədir. Çünki bu, Paşinyanın mövqeyini sarsıdacaq və bu da Rusiya yönümlü qüvvələrin  Ermənistanda mövqelərini gücləndirə, Paşinyanın birdəfəlik hakimiyyətdən atılmasına səbəb ola bilər. Ona görə də Paşinyan hərəkətə keçib; verələn məlumatlara görə 3 gündür ki, Türkiyə prezidenti ilə danışmaq üçün xahiş edib. Əlbəttə ki, bu, Azərbaycan Prezidenti ilə razılaşdırılmalı olan bir məqam idi və yalnız bundan sonra bu telefon danışıqları baş tutub. Güman edirəm ki, bu telefon danışığı Paşinyana verilmiş son şansdır.  Əgər əməli fəaliyyətlər ortada görünmsə Azərbaycanın antiterror əməliyyatı keçirməsindən başqa çıxış yolu qalmayacaq. Bu, bu gün, ya da sabah mütləq mənada həyata keçirməli olduğumuz açar  addımdır. Çünki ipləri öz əlində olmayan separatçı rejim özünü xoşluqla buraxmayacaq və Ermənistan da bu qədər silahlı qoşunu qəbul etmək istəməyəcək. Çünki bu həmin qoşundur ki, Nikol Paşinyanı məğlubiyyətə görə satqın adlandırıb.  10 minlərlə silahlı əsgəri Ermənistana gətirmək Nikol Paşinyan üçün potensial təhlükədir.

 

-Azərbaycanın Qarabag iqtisadi zonasında qanunlarımıza tabe olmayan, özbaşına secki keçirən separatçı rejim niyə Rusiya, eləcə də beynəlxalq ictimaiyyət tərəfindən qınanmır. Sərhəddə gərginlik kimə və nə üçün lazımdir?

 

-Bəzi dost dövlətlər bu seçkini beynəlxalq hüquqa zidd hesab edib, seçkinin nəticələrini tanımadıqlarını bəyan ediblər. Bunların içərisində özünü dost kimi göstərib, əleyhimizə işləyən Avropa Birliyi də var.  Amma Avropa Birliyinin açıqlaması birmənalı deyil. Orada bu separatizmin nəticəsi olan seçkilər tanınmır və bunun beynəlxalq hüquqa zidd olduğu bəyan olunsa da, de-fakto hakimiyyətdən və xalqın bu hakimiyyət ətrafında birləşməsindən danışılır. Bu ikili standart, riyakarlıqdır.

Paralel olaraq Azərbaycandan  Laçın yolunun açılmasını tələb edən ABŞ dünənə kimi seçkinin nəticələri ilə bağlı səsini çıxarmadı, yalnız iki gün əvvəl axşama doğru bu yöndə bəyanat yaydı. Hələ də Rusiya bu seçkiləri qınamayıb. Əgər beynəlxalq hüquq, bütün hüquqların üstüdürsə, separatizm qınanmalı, seçkinin nəticələri beynəlxalq hüquqa zidd hesab edilərək tanınmamalıdır.  Bu hüquqi dövlətin davranmalı olduğu yegnə məsələdir.  Lakin bu fakt özü də göstərir ki,  bu dövlətlər hüququ yalnız özlərinin maraqlarının sərhəddinə qədər tanıyırlar. Bu ikilisatandartdır, qınanmalıdır. Azəbaycan dövləti bilməlidir ki, bu cür riyakar davranan dövlətlərin moderatorluğu ilə keçirilən platformalarda, diplomatik danışıqlarda Qarabağ problemlərinin birdəfəlik həllini ortaya qoymaq mümkün deyil. Və bu “seçki” bu dövlətlər üçün bir test oldu. Azərbaycan bundan ciddi nəticələr çıxarmalıdır.

 

 

-Yeni müharibə olacagi halda Qərbdə ABŞ, Avropada Fransa, Şərqdə İran, Şimalda Rusiyanın buna münasibəti necə olacaq?

 

-Böyük mühribənin olma ehtimalı azdır.  Bu gün Azərbaycan daxili problemini həll etməlidir-Qarabağ məsələsi birdəfəlik qapanmalıdır. Heç bir sülh müqaviləsi də problemi həll etməyəcək. Böyük mühribədən söz gedə bilməz, erməni qoşunları bir-iki gündə ağ bayraq qaldırmalıdır.  Azərbaycanın buna imkanı var və bu prosesə Azərbaycan daxilində heç kəs müdaxilə edə bilməz, heç kim də etməyəcək. Azərbaycanın önü açıqdır. Azərbayacnın ərazisində separatizm var, işğalçı ordu var və heç bir dövlət işğalçı ordunu ərazisində saxlamaz. BMT nizamnamsi də Azərbaycanın özünü qoruma haqqını verir.  Azərbaycan dövləti heç bir təpkiyə, təhdidə, sanksiyaya baxadan erməni qoşunlarını ağ bayraq qaldırmağa təhrik etməlidir, tamamilə silahsızlaşdırmalı və ərazisindən çıxartmalıdır.  Qarabağ problemi həll olunandan sonra Paşinyanın sülh müqaviləsi imzalaması da bizim üçün önəmli deyil. Çünki bütün yüksəklikər Azərbaycanın əlindədir. Çünki burda narahat olacaq tərəf Ermənistan və onun havadarlarıdır, qoy onlar bizə sülhlə bağlı yalvarsınlar.

 

-Rusiya- Ermənistan münasibətlərindəki gərginlik hansı ssenari üzrə davam edəcək?

 

-Əslində Rusiya bu günə qədər əlindən gələni edib. 5-ci kolon vasitəsi ilə keçirdiyi etirazlarla Paşinyan hakimiyyətini devirməyə çalışıb, amma mümkün olmayıb. Bu gün Ermənistanda antirusiya ovqatı güclüdür. Bu illər ərzində Paşinyan hökuməti ilə bərabər həm də Qərb dünyası, QHT-lərə ayrılan vəsaitlər vasitəsi ilə ciddi təbliğat aparıb, əhalini  antirusiya ovqatına kökləyə biliblər. Ona görə də Qarabağ klanı daxil bütün müxalifət Paşinyan əleyhinə 5-7 mindən artıq insan çıxara bilmir.  Yəni Rusiyanın edə biləcəyi bir iş yoxdur.  Hərbi çevriliş üçün də potensialı böyük deyil. Çünki 102-ci bazada cəmi 5-6 min rus əsgəri var.  Bunu etmək də Rusiya üçün asan deyil. Dünyanın bunu necə qarşılayacağı Rusiyanı narahat edən məsələdir. Söhbət Paşinyanın terrorla aradan qaldırılmasından gedir ki, bu da elə də asan məsələ deyil. Bu gün Paşinyan bütün Qərb dünyası tərəfindən ciddi qorunur: Avropa Birliyinin, ABŞ-ın 85 əsgəri, xüsusi xidmət orqanı əməkdaşları, cəsuslar Ermənistanda ciddi  şəkildə mövcuddurlar və bu yöndə işləyirlər. Görünür ki, hələlik Rusiya ilə Ermənistan arasında yalnız söz atışması baş verir.  Bunun aradan qaldırlması üçün Rusiya Ermənistana böyük nümayəndə heyəti göndərdi. Nikol Paşinyan buna Rusiya yönümlü iki blogerin həbsi ilə cavab verdi. Ona görə də bu məsələləri tənzimləmək asan olamayacaq və bu söz atışmaları davam edəcək. Ən azı “müharibəni dayandırın, İlham Əliyevlə danışıqara hazıram" deyə Paşinyanın etdiyi telefon zəngləri hər kəsə olunsa da, Rusiya prezidentinə olunmadı. Bu davranışda  da bütün sualların cavabı gizlənir.

 

 

-Niyə Paşinyan separatçıların yeni başçısını təbrik etmədi. Paşinyan üçün hakimiyyətdən devrilmə və ya fiziki cəhətdən məhv edilmə təhlükəsi varmı?

 

- Paşinyan Şuşada yallı oynayandan sonra şərabın “qaza” gətirdiyi səviyyədə "Qarabağ Ermənistandır və nöqtə" cümləsinin 44 günlük müharibəyə gətirdiyini unutmayıb. Bu il sentyabrın 2-də qondarma resbublikanın yaranması ilə bağlı təbrik məktubi da əslində diplomatik  danışıqları dalana dirədi. Ona görə də separatçı rejimin seçkisini təbrik etməsi növbəti müharibə anlamına gələ bilərdi ki, Nikol Paşinyan bunu anladığı üçün bu dəfə etmədi. Çünki bu ona və Ermənistana baha başa gələcəkdi. Paşinyan separatçıları təbrik edən də deyil. Çünki o, Azərbaycan ordusunun nəfəsini boynunun ardında hiss etməyə başlayıb.  Digər bir tərəfdən, Paşinyanın siyasi cəhətdən devrilmə potensialı yoxdur. Bunda maraqlı olan Rusiyanın bunu edəcək səviyyədə ictimai dəstəyi yoxdur. Digər qüvvələr   də zəifdirlər. Sarkisyan, Köçreyan kimi Qarabağ klanının üzvlərinin ikisinin bir yerdə cəmi 5 faiz elektoratı yoxdur.  Lakin fiziki məhv edilmə  hər zaman gündəmdədir. Bu haqda proqnoz verilməsi çətindir. Bu, Nikol Paşinyanın nə qədər ciddi qorunmasından asılı olan bir məsələdir.

 

- Azərbaycan ictimaiyyəti Xankəndi, Xocalı və digər müvəqqəti nəzarətimizdə olmayan ərazilərdə qanunlarımızın işləməsini, əhalinin öz yurdlarına köçürülməsini gözləyir. Bunun üçün sülhməramlıların missiyasının bitməsini gözləməliyik, yaxud həmin ərazilərə köçürülmə hansı halda təmin edilə bilər?

 

-10 noyabr sənədinin 7-ci müddəasına görə Xankəndi, onun ətrafı -Xocalı, Kərgicahan,  Malıbəyli və sair Şuşanın kəndləri var ki, yurddaşlarımız çoxdan bu ərazilərə qayıtmalı idilər.  Maraqlıdır ki, 10 noyabr sənədinin ciddi şəkildə pozulmasını təmin edən əsas ölkələrdən biri məhz onun altına imza atan Rusiyadır. Rusiya ildırım sürəti ilə gələrkən qarabağlı olub-olmamasından asılı olmayaraq erməniləri  Qarabağa qaytardı. Ancaq Qarabağdan məcburi köçən qarabağlıları qaytarmadılar.  Bu gün Xocalı öz sakinlərini gözləyir.  Bu gün rus hərbi kontingenti Xocalıda yerləşməsəydi və Xocalını Azərbaycana təhvil vermis olsaydılar Xocalı tikilib qurtarmış və xocalılar öz evlərinə qayıtmış olardı. Bunu etməyən  Rusiyadır. Ona görə də Rusiyanın zamanından əvvəl Qrabağdan getməyini təmin etməyin yolu yenə də antiterror əməliyyatıdır. Bunu özümüz etməliyik. Bundan sonra artıq Rusiyaya Qarabağda qoruyacaq bir şey qalmayacaq və rahatlıqla geri qayıdacaqlar. Bütün problemlərin həlli, yurddaşlarımızın da öz evlərinə qayıtması məhz bundan keçir.

 

-Ağdam-Xankəndi yolunun açılması və rusların oradan erməni əhaliyə ərzaq yardımı aparması Rusiyaya və digər maraqlı dövlətlərə nə vəd edir?

 

-Əslində Ağdam-Xankəndi yolunun açılması böyük anlayışdır. Bir rus TIR-nın Xankəndiyə getməsi yolun açılması deyil. Yol o zaman açılmış olacaq ki, Ağdam-Xankəndi yolu ilə bərabər, Laçın Xankəndi yolu da açılacaq. Doğrudur, yüklər Laçın sərhəd keçid məntəqəsindən Azərbaycan qanunları çərçivəində keçməlidir və bu, gömrük rüsumu ödənməklə olacaq. Bu baş vermədikcə Xankəndi yolunu açıq hesab etmək olmaz. Bəli, bu presedent yarada bilər. Ancaq hələ ki, ciddi uğur deyi. Əgər Beynəlxalq Qızıl Xaç Cəmiyyəti razılaşmaya görə bu yükləri Ağdamdan daşıyacaqsa və davamlı olacaqsa bundan sonra yolun açılmasından danışmaq olacaq.

Ağdam-Xankəndi yolunun açılması Azərbaycan əleyhinə "blokada", “aclıq, humanitar fəlakət”, “etnik təmizləmə" kimi anti-Azərbaycan iddialarını zərərsizləşdirəcək. Yol işləkdirsə, demək blokadadan danışmaq olmaz. Bu, ermənilərin, havadarlarının sərsəm arqumentlərini əllərindən alacaq.

Digər bir tərəfdən, rus TIR-larının yoldan keçməsi Rusiyanın mövqelərini gücləndirdi. Çünki Nikol Paşinyan tərəfdarı olan qonradma Araik Arutunyan hakimiyyəti devrildi və Rusiya yönümlü Qarabağ klanına aid insanların seçdiyi Şahramanyan timsalında yeni bir qondarma hökumət formalaşdırılacaq. Bu da Rusiyanın yenidən separatçı rejimə nəzarət imkanını qazanması deməkdir.  Ona görə də Rusiyanı heç bir prosesə buraxmaq olmaz. Əgər erməni icması ilə  danışıqlar gedəcəksə bu Azərbaycanın mərkəzi hakimiyyəti ilə, erməni icması arasında Azərbaycan şəhərlərinin birində getməlidir. Hər bir halda son hadisə Rusiyanın mövqelərini Qərbin fonunda daha da gücləndirdi.

 

 

 

-Deməli, Rusiya bölgədən çıxmağa hazırlaşmır?

 

 -Rusiya heç bir zaman regionu tərk etməyi düşünməyib. Əgər buna hazırlaşsaydı, Qarabağda mövcud olan separatçıların rəhbərliyini dəyişməzdi. 

Rusiyanın Qarabağla bağlı böyük planları var. Sual olunur: Rusiya özünün emissarı olan Ruben Vardanyanı niyə Qarabağdan çıxarmır. Çünki Qarabağ onun üçün Ermənistan hakimiyyətini devirib, yerinə özünün istədiklərini gətirmək üçün ən ciddi alətdir. Onlar zamanında necə Köçəryanı hakimiyyətə gətirdilərsə, bu gün də həmin model işləməyə davam edir. Bu gün Vardanyanın maliyyəsi ilə Ermənistanda siyasi partiyalar yaradılır və bu, İrəvanda ayın 17-də keçiriləcək  mer seçkilərində iştirak edirlər. Mer seçkilərini qazanmaqla gələcəkdə hakimiyyətə gələn yolun önünü açmaq istəyirlər.  Bu onu göstərir ki, Rusiya nəinki bölgədən getmək istəyir, əksinə Qarabağdan bir alət kimi istifadə edərək  Ermənistanı yenidən öz orbitinə gətirməyi planlaşdırır. (Həftə içi)

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?