“Möhtəşəm 20 il ”Heydər Əliyev ili”nə möhtəşəm hesabatdır”
İsa Həbibbəyli: "Azərbaycanda yenilənməyən heç bir istiqamət yoxdur"
“Hər bir Azərbaycanlı qəti şəkildə bu fikirdədir ki, dövlət müstəqilliyinin qorunması, inkişaf etdirilməsi, beynəlxalq nüfuza malik olması, ərazi bütövlüyünə nail olmağımız Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir”.
Versus.Az xəbər verir ki, bunu deputat İsa Həbibbəyli Milli Məclisin bugünkü iclasında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar keçirilən iclasında bildirib.
İ.Həbibbəyli 44 günlük tarixi zəfərin çox böyük əhəmiyyətə malik olan hərbi-siayasi hadisə kimi Azərbaycan tarixinə həkk olunduğunu, 44 günlük müharibə ilə xalqımızın 30 illik işğaladan azad edildiyini, 1 günlük antiterror əməliyyatı ilə tam suverenliyimizin tam bərpa edilməsinə xüsusilə diqət çəkib:
“Cənab Prezident bununla öz adını tarixə qızıl hərflərlə həkk etdirdi. Prezident İlham Əliyev xalqı, dövləti qarşısında həyata keçirdiyi qeyri-adi, möhtəşəm qalibiyyətə görə yüksək imic qazanmışdır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun liderini dogma xalqı, beynəlxql ictimaiyyət 21-ci əsrin liderlərindən biri kimi qəbul edir”.
İ.Həbibbəyli qeyd edib ki, Azərbaycanda yenilənməyən heç bir istiqamət yoxdur. Azərbaycan bütün parametrləri ilə davamlı inkişaf edir:
“Azərbaycanda elm-təhsil, mədəniyyət 20 il müddətində ciddi, məsuliyyətli yol keçir, müstəqil Azərbayacnın 20 ilinin hər ili möhtəşəmdir. Möhtəşəm 20 il,” Heydər Əliyev ili”nə möhtəşəm hesabatdır”.
T.Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"