Torpaq bütünlüyü və suverenliyin təminatı

13:36 12-10-2023 | icon 411 | Siyasət
Torpaq bütünlüyü və suverenliyin təminatı

Zahid Oruc: ”Prezident İlham Əliyev yeni 4-cü Respublikanı qurdu!”


“15 oktyabrda hakimiyyət birinciliiyinə gələn İlham Əliyevin gücü söykəndiyi Heydər Əliyev kursunda olsa da, sovet və müstəqillik illərində əvəzolunmazlaşan Ulu öndərin obrazı oğul Əliyevə həm də maneə idi. Uzun illər bir liderin idarəçilik üslubuna öyrəşən, onu ideallaşdıran və tərənnüm edən bir millət üçün “Heydər Əliyevdən sonra”.. ifadəsi böyük bir boşluğu əks etdirirdi, rəhbərliyə kim gəlsəydi, ata Əliyevin kölgəsində qalacaqdı. Lakin İlham Əliyev nəinki əvvəlki siyasi irsi mexaniki təkrarlamadı, üstəlik rəngli inqilablar və qlobal təhlükələr dövründə onu daha da zənginləşdirdi, bəzən önə keçdi və 17 illik parlaq idarəçiliyi Zəfərə qovuşdurdu. Beləliklə, İlham Əliyev Ulu öndərin SSRİ və müstəqillik dövründəki rəhbər titiullarını xalqın nəzərində diri saxladı, onu mənəvi və siyasi baxımdan canlı tutdu”.


Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc Prezident İlham Əliyevin fəaliyyətinin 20 illiyi ilə bağlı çıxışında bildirib.


Z.Oruc qeyd edib ki, vaxtilə Konrad Adenauer kiçik qələbələrlə millətini məğlubiyyət şokundan çıxardığı kimi, İlham Əliyevin mədəniyyətdən idmana, sivilizasiyalararası dialoqdan humanitar forumlara qədər bütün tədbir və görüşlərinin, qərar və sərəncamlarının tək bir məqsədi vardı - torpaq bütünlüyü və suverenliyin təminatı:

 

“Son 300 ildə xalqımıza bəlalar gətirən yad ideologiyalar, baxışlar, dövlətlərarası sövdələşmələr, informasiya müharibələri və qlobal siyasi kampaniyalar onun müqavimət gücü ilə sonda iflasa uğradı. 87-ci ilin Humanite jurnalı, Abel Aqanbekyan, Mixail Qorbaçov və sovet elitası, 20 yanvarı alqışlayan Amerika və Fransa rəhbərləri, Qərb mediası, son 30 ildə əleyhimizə yer alan 100-lərlə qüvvə də indi məğlublar sırasındadır. Lakin qələbəmizin tərəfdarları daha çoxdur.

Tarixi düzgün oxumaq, bir çox şərqli rəhbərlər kimi keçmişə hissi-emosional deyil, rasional yanaşmaq-Pənahəli xandan Rəsulzadəyə, Nərimanovdan, Bağırovdan, Elçibəydən Ulu öndər Heydər Əliyevə qədər müxtəlif formasiya və ideologiyalarda xalqımıza rəhbərlik edən şəxslərin yarımçıq qalan ideallarını gerçəkləşdirən İlham Əliyev əsrlərin lideri oldu. Bəli, 45 günlük müharibədə qazanılan Zəfər, Zamanı və yaşadığımız yüz ili aşdığına görə dövlət başçısının statusu normativ prezident və Ali Baş Komandan titulundan daha üstündür. İlham Əliyev 45 günlük müharibədə qazanılan parlaq Zəfərlə milyonlarla azərbaycanlını 20 faizlik natamamlıqdan xilas etdi, bütöv vətəndaşla yeni-4-cü Respublikanı qurdu. Cümhuriyyət, sovet dövrü, müstəqilliyin ilk illərindən ta 2020-ci ilə qədər ölkənin və xalqın siyasi təcümeyi-halı son 3 ilin dövləti ilə eyni deyil və biz fərqli milli kimliyə, yeni Respublikaya qovuşmuşuq. 8 noyabr Zəfər və 20 sentyabr “Bütövlük günü” 4-cü Respublikanın təvəllüd tarixidir. İndi fərqli siyasi təqvim-sülh erası başlayır. Əslərdir axan qan və göz yaşları nəhayət, durur və yeni ədalətli dünya nizamının əsası Qafqazda qoyulur.

Rusiya-Ukranya savaşına, yaxud böyük siyasi qəzaya çevrilən Qəzzadakı qanlı toqquşmalara son qoyulması üçün adil vasitəçiliyi haqq edən də İlham Əliyevdir. Yaxın Şərqdə savaşın şiddət və amansızlığı qələbəmizin əzəmətini, Azərbaycanın müharibəni ləyaqətlə apardığını və yeni hərbi qanunlar yazanlar üçün əsil Bakı Konvensiyasını dünyaya nümayiş etdirir”.

 

Z.Oruc bildirib ki, İlham Əliyevin liderliyi təkcə ötən 20 ilin deyil, daha çox gələcəyin - 2044-cü ilin Azərbaycanının aydın üfüqlərini yaradır:

 

"Nəinki ölkəmizin, eləcə də bölgəmizin sabahı İlham Əliyevin gələcək 20 illik kursundan asılıdır".

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...