"Bu cinayətə görə cavab verməli olacaqlar"

13:21 21-02-2019 | icon 482 | Siyasət
"Bu cinayətə görə cavab verməli olacaqlar"

Biz bir an belə Xocalı soyqırımını unutmamalıyıq və bütün dünyanı da məcbur etməliyik ki, bunu yaddaşına həkk etsin.

 

Versus.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində “Xocalı Soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!” adlı tədbirdə deyib.

Komitə sədri deyib ki, Xocalı soyqırımı ilə əlaqədar Azərbaycanda və digər ölkələrdə tədbirlər keçirilir:

 

“Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ölkədə ciddi işlər görülüb və bu gün də davam edi. Soyqırımına hüquqi-siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə olub. Soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun da danılmaz əməyi olub. Görülən işlərin nəticəsi olaraq bu soyqırımının tanınması baxımından müsbət irəliləyişlər əldə edilib. Çünki ölkədə xalqın birliyi var və dövlət başçısına bu istiqamətdə gördüyü işdə dəstək olmalıyıq".

 

M.Qurbanlı bildirib ki, Xocalıda törədilənlər insanlıq əleyhinə qarşı törədilmiş cinayətdir:

“Bu cür cinayətkarlar harada olmalarından asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır. Xocalı soyqırımını törədənlərin başında duran Sarkisyan, Koçaryan bir gün bu cinayətə görə cavab verməli olacaqlar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

"Bu, müharibə ehtimallarını da azaldır"

Kəlbəcərdə ağır QƏZA

Şəkər istehlakı xərçəngə yol açır?