"Ermənistan əhalisi özünə xaricdə yeni vətən axtarışındadır"

13:10 24-10-2023 | icon 1286 | Geopolitika
"Ermənistan əhalisi özünə xaricdə yeni vətən axtarışındadır"

Vüqar Dadaşov: “Qarabağdan köçən ermənilərin Azərbaycana dönməsi mümkün proses deyil”

 


“Qarabağı tərk etmiş etnik ermənilərin indiki siyasi vəziyyətdə şəkildə geri dönməsi mümkün görünmür”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Vüqar Dadaşov Azərbaycanın Qarabağ bölgəsini tərk edən ermənilərin köçü və geriyə qayıdış ehtimalı ilə bağlı açıqlamasında bildirib.

 

Ekspert bunun bir sıra obyektiv və subyektiv səbəblərinə diqqət çəkib:

 

“Bu təkzibedilməz faktdır ki, Qarabağı tərk etmiş ermənilər Ermənistana, Qarabağda mövcud olmuş separatçı rejimin təkidi ilə köçürülüb. Rusiya prezidenti Vladimir Putinin Qarabağdakı bir çox separatçı liderləri Ermənistanın qəbul etmədiyi haqqındakı açıqlamaları, Qarabağ ermənilərinin Ermənistana köçməsinin nəzarətli və xüsusi bir plan üzrə həyata keçirildiyini sübut edir. Keçmiş qondarma rejimin liderlərindən olan Samvel Babayan “Qarabağdan köçən ermənilərə xüsusi status, muxtar vilayət statusu verilməsə, onlar geri qayıtmayacaq” kimi açıqlamaları Azərbaycana qarşı əhəmiyyətsiz siyasi-diplomatik təzyiq cəhdlərinin əlamətləri kimi dəyərləndirilə bilər”.

 

V.Dadaşov bildirib ki, Qarabağdan köçən ermənilərdən Ermənistan hakimiyyətinin siyasi-diplomatik vasitə, alət kimi istifadə marağı aydın sezilir. Onun fikirncə, köçən ermənilərin sayının şişirdilərək 100 minə çatdırılması əsasən beynəlxalq arenada Azərbaycana siyasi və diplomatik təsir imkanları qazanmaq olsa da və həm də maddi xarakterlidir:

 

“Ermənistanın sabiq ombudsmanı Arman Tatoyan açıqlamasında Azərbaycanın Qarabağ bölgəsini tərk etmiş ermənilərin öz mülkiyyətlərinə görə kompensasiya almaq hüquqlarının olduğunu iddia edib. Bir məqam da odur ki, Ermənistanda Paşinyan hakimiyyəti keçmiş Qarabağ separatçı rejim liderlərinin qəbul etməkdə maraqlı olmaması, gəlmiş erməniləri öz nəzarətində saxlamaq və onların Paşinyan hakimiyyətinə qarşı vasitəyə çevrilməsinin qarşısını almaqdır. Bu səbəbdən də Qarabağdan köçən ermənilərin İrəvanda yox , regionlarda qarışıq şəkildə məskunlaşması aparılır”.

 

Ekspert Qarabağdan Ermənistana köçürülən ermənilərlə bağlı erməni dövlətinin manipulyativ planlarının olduğunu qeyd edib:

 

“Ermənistanın 90-cı illərdə hərbi təcavüzü Azərbaycanın 17 min kv.km ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 150 000 evin, 7000 ictimai binanın, 693 məktəbin, 855 uşaq bağçasının, 695 tibb müəssisələrinin, 927 kitabxananın, 44 məbədin, 9 məscidin, 473 tarixi abidələr, saraylar və muzeylərin, 40 000 muzey eksponatlarının, 6000 sənaye və kənd təsərrüfatı müəssisələrinin, 2670 km avtomobil yollarının, 160 körpünün, 2300 km su kommunikasiyalarının, 2000 km qaz kommunikasiyalarının, 15 000 km elektrik xətlərinin, 280 000 ha meşələrin, 1 000 000 ha kənd təsərrüfatı üçün yararlı torpaqların və 1 200 km irriqasiya sistemlərinin dağıdılmasına səbəb olmuşdur. Ermənistanın Azərbaycan ərazisində dağıdıcılıq, talançılıq, müharibə cinayətlərinə və bir milyondan çox Azərbaycanlı qaçqınların hüquqlarının bərpasına görə hüquqi müstəvidə cavab verəcək. Azərbaycanın əsaslı tələblərinə qarşı Ermənistan Qarabağdan köçürülən yüz min ermənini əks arqument kimi istifadə edəcəyi şübhəsizdir.

Əsas psixoloji faktorlardan biri də budur ki, Qarabağda yaşamış ermənilərin mütləq əksəriyyəti 90-cı illərdə Azərbaycana qarşı sülh və insanlıq əleyhinə cinayətlərin iştirakçısı olduğundan cinayət məsuliyyətinə cəlb olunacağı ehtimalından ehtiyat edərək Azərbaycana dönməsi mümkün deyil.

Digər tərəfdən, 2020-ci il Vətən müharibəsindən sonra Ermənistandan əhalinin xaricə kütləvi köçü daha da sürətlənib, belə bir prosesdə Ermənistanda ağır demoqrafik vəziyyətə az da olsa müsbət təsir etmək üçün Ermənistan Qarabağdan köçən ermənilərin ölkədə daimi əsasda məskunlaşmasına maraqlıdır. Hərçənd ki, bu günə olan məlumata əsasən, Qarabağdan gələn ermənilərin 5000 yaxın hissəsi Ermənistanı da tərk edib və proses davam edir. Ermənilər artıq Ermənistanın özünün də mövcud olmaq imkanına şübhə ilə yanaşır və bu baxımdan nəinki Qarabağdan olan ermənilər, həm də Ermənistan əhalisi özünə xaricdə yeni vətən axtarışındadır. Zənnimcə qeyd olunanlara əsasən belə bir qənaətə gəlmək olar ki, Qarabağdan köçən ermənilərin geriyə, Azərbaycana dönməsi mümkün proses deyil”.

 

Aysel Asimqızı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...