Yüz minlərlə dinc insanın qanını axıdan ABŞ...

11:00 17-11-2023 | icon 426 | Geopolitika
Yüz minlərlə dinc insanın qanını axıdan ABŞ...

Fuad Əliyev: "İndi başqalarına demokratiya dərsi keçməyə haqqı yoxdur"

 

"ABŞ başda olmaqla onun məkrli siyasətini dəstəkləyən Avropa dövlətləri heç vaxt Azərbaycana təsir edə bilməz".

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Fuad Əliyev ABŞ Konfransının Xarici Əlaqələr komitəsində "Dağlıq Qarabağın" gələcəyi ilə bağlı keçirilən dinləmələrə münasibətində deyib.

 

F.Əliyevin fikrincə, bu dinləmələr ABŞ-dakı güclü erməni lobbisinin təsiri altında keçirilir:

 

"Yaxıqlar olsun ki, özünü dünyada" demokratiya beşiyi" sayan ABŞ erməni lobbisinin əlində oyuncağa çevrilib, idarə olunur. Əvvəldən ABŞ-ın Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyi şübhəli olub. Üzdə Azərbaycanın haqq işini müdafiə etsə də, arxada işğalçıya nəfəs verib. Ümumiyyətlə, ABŞ dünyanın hər yerində münaqişə yaratmaqda maraqlıdır, okeanın o tayında oturub, bu tayını qarışdırmaqdan həzz alır. Amma demokratiya, insan hüquq və azadlıqlarının qorunmasından dəm vurur".

 

F.Əliyev deyib ki, ABŞ heç vaxt digər ölkələrin millətlərinin taleyini düşünməyib. Əksinə öz gücünü onların üzərində sınayıb. Onun sözlərinə görə, 2003-cü ildən 2011-ci ilədək İraqda Səddam Hüseyn rejimini devirmək üçün ABŞ və onun müttəfiqləri bu ölkəyə hərbi kontingent göndərib. ABŞ 2003-cü ildə kütləvi qırğın silahlarının istehsalını bəhanə edərək bu ölkəyə hücum etdi. Bu hegemonçu qüvvə İraqda kütləvi qırğın silahlarını tapmasa da, 8 il müddətində bu ölkədə qaldı:

 

"Dünyanın əksər mətbu orqanları 9 ildə İraqda öldürülən dinc insanların sayının yüz mindən bir qədər çox olduğunu yazıb. Dünyanın nüfuzlu həftəlik tibbi jurnalı – “The Lancet” qeyd edir ki, təkcə 2003-2006-cı illərdə ABŞ və müttəfiqlər 654 min iraqlını qətlə yetirib. Jurnalın ilk hesabatı 29 oktyabr 2004-cü ildə nəşr edilib. Həmin hesabatda 98 min (hesabatda deyilir ki, bu göstərici 194 minə qədər ola bilər) iraqlının öldüyü qeyd edilirdi. Digər maraqlı məqam ABŞ-ın Əfqanıstanda mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlərlə bağlıdır. Beynəlxalq Arbitraj Məhkəməsinin hakimi Fatou Bensouda 2016-cı ildə verdiyi açıqlamada ABŞ hərbçilərinin və Mərkəzi Kəşfiyyat İdarəsinin müharibə cinayətləri törətməsinə dair dəlillərin olduğunu bildirmişdi. ABŞ-ın və müttəfiqlərinin Suriyaya hücumlarında da oxşar məlumatlara rast gəlinir. Bundan başqa, ABŞ-da afroamerikalılara qarşı edilən cinayətlərin sayı da günü-gündən artır. Deməli, ABŞ öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır. Yüz minlərlə dinc insanın qanını axıdan ABŞ-ın başqalarına demokratiya dərsi keçməyə haqqı yoxdur".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

DƏHŞƏT! Əlillik dərəcəsi ilə bağlı ŞİKAYƏTLƏR

Həmkarlar Konfederasiyası nəyi harda, nə vaxt edəcəyini bilmir

Uşaqları udan bu KABUS həkimdən QORXUR

“Növbədənkənar prezident seçkiləri gözlənilən qərar idi”

Əfsanəvi çempionun ustad dərsi keçirilib

Daha bir məktəbdə qızılca aşkarlandı

İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü

“Qəbələ” son çempiona qarşı

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq

Elm və Təhsil Nazirliyində DƏYİŞİKLİK

Ananın yaşayışı görənləri ŞOKA SALDI

Bu ilin ən yaxşı 10 FİLMİ

30 dəqiqə gəzmək ömrü bu qədər artırır

Hafiz Hacıyev 5-ci dəfə prezidentliyə namizəd olacaq

Bu şəxslər 7 min manat CƏRİMƏLƏNƏCƏK