“ABŞ öz məkirli maraqlarına uyğun davranan bir ölkədir”

13:05 21-11-2023 | icon 396 | Siyasət
“ABŞ öz məkirli maraqlarına uyğun davranan bir ölkədir”

Elşad Mirbəşir: “Bu, təkcə ABŞ-a deyil, Avropa ölkələrinə, xüsusən Fransaya də aiddir”

 

“Azərbaycana qarşı 907 düzəliş ironik hisslər doğurur. Çünki Azərbaycanın ABŞ-ın hərbi dəstəyinə ehtiyacı yoxdur. Azərbaycan güclü dövlətdir. Ordusu güclüdür. Regionda əsas sözü olan subyektdir. ABŞ bunu bilir və mövcud reallığı anlamalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu deputatı Elşad Mirbəşir son vaxtlar ABŞ-ın Azərbaycana qarşı açıq, qərəzli mövqe sərgiləməsi ilə bağlı açıqlamasında bildirib.

 

E.Mirbəşir ABŞ-ın Azərbaycana qarşı açıq qərəzli mövqe sərgiləməsinin bir sıra səbəblərinə toxunub:

 

“ABŞ ötən əsrin 90-cı illərində mövcud erməni lobbisinin təsiri altında ermənipərəst mövqe sərgiləməyə başlayıb. Ermənistan 1992-ci ildə sistemli şəkildə Azərbaycan torpaqlarını işğal edərkən ABŞ Konqresində “Azadlığa dəstək” aktına 907-ci əlavə qəbul edilmişdi. Halbuki bu əlavə Ermənistana qarşı qəbul edilməli idi. Çünki məhz Ermənistan Azərbaycan torpaqlarını işğal edirdi. Bununla, ABŞ olduqca ədalətsiz mövqe sərgiləmiş oldu və ümumiyyətlə, dünyaya təbliğ etdiyi dəyərlərlə bağlı qeyri -səmimi olduğunu nümayiş etdirdi. Təcavüzkar, işğalçı Ermənistana bu dərəcədə açıq dəstək nümayiş etdirmək təbii ki, onu yeni işğallara həvəsləndirmək anlamına gəlirdi. Bundan sonra Ermənistan özünü daha da cəzasızlıq şəraitində hiss etdi və məhz həmin tarixdən sonra nüxtəlif yaşayış məntəqələrimizdə azərbaycanlılara qarşı soyqırımlar törədildi. Ona görə də 90 cı ilin əvvəllərində Ermənistanın ölkəmizə qarşı törətdiyi qanlı terror aktlarında, ümumən qanlı cinayətlərdə ABŞ-ın əlinin olduğunu qeyd edə bilərik”.

 

E.Mirbəşir eyni zamanda qeyd edib ki, ABŞ hər zaman təkcə Cənubi Qafqazda deyil, dünyanın müxtəlif regionlarında münaqişə vəziyyətləri ilə bağlı öz maraqlarına uyğun mövqe sərgiləyib:

 

“Beynəlxalq terrorizmə qarşı mübarizə məsələsində ABŞ səmimiyyətdən tam uzaq olub. Məqsədli olaraq ABŞ-da terrorun mahiyyəti bir neçə formada izah edilir. ABŞ-a hansı forma sərf edirsə, ona istinad edərək addımlar atır. Təbbi ki, bu dünya təhlükəsizliyi üçün olduqca ciddi təhdid yaradan bir haldır. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qərəzli mövqe nümayiş etdirməklə ABŞ hər zaman erməni lobbisinin təsiri altında olub. Məsələnin digər rərəfi ondan ibarətdir ki, ABŞ həm də erməniləri özünün məkirli maraqlarını, ambissiyalarını həyata keçirmək üçün rahat istifadə edilə biləcək alət kimi görüb. Bu, təkcə ABŞ-a deyil, Avropa ölkələrinə, xüsusən Fransaya də aiddir”.

 

Deputat hesab edir ki, hazırki dövrdə cərəyan edən proseslər daha çox 2-ci səbəbin üzərində dayanmağa imkan yaradır. Onun sözlərinə görə, indiki mərhələdə ABŞ Cənubi Qafqazda da Rusiyaya qarşı növbəti cəbhəni açır:

 

“2018-ci ildə Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gətirildi. ABŞ belə təsadüfi adamları ona görə siyasətə gətirir ki, onlardan rahat istifadə etsinlər. Çünki onların siyasi təfəkkürü, siyasi məsuliyyətləri olmur. Paşinyan özünün siyasətində sərt transformasiyalara yol verən rəhbərdir. Bunun özü də onun nə qədər qeyri-ciddi olduğunu, siyasi təfəkkür çevrəsinin göstəricisidir. Ayrıca bu, onun aşkar idarə edildiyinə dəlalət etməkdədir. Ona görə də ABŞ Paşinyan vasitəsilə Ermənistanı tam özünün idarəçiliyinə götürüb. Bu, region üçün olduqca təhlükəlidir. ABŞ Ermənistandan Rusiyaya qarşı geosiyasi mübarizədə istifadə etməkdədir”.

 

E.Mirbəşir bu təhlükənin Azərbaycan üçün də proqnozlaşdırıla biləcəyini düşünür. Onun sözlərinə gözrə, ABŞ yalnız özünün məkirli maraqlarına uyğun davranan bir ölkədir və bu maraqların təmin olunması istiqamətində reallıqları rahatlıqla təhrif edir, qeyri-obyektiv mövqe sərgiləyir:

 

“Məsələn, bu gün ABŞ Ermənistanı bir alət kimi    görürsə, ona dəstək verməkdən çəkinməyəcək. Çünki ABŞ üçün heç bir bəşəri, insani dəyər mövcud deyil. İkinci bir tərəfdən, ABŞ marginal maraqlarını həyata keçirərkən öz davranışlarında mənəvi etik çərçivəni gözləmir. Bu da olduqca təhlükəlidir. Ermənistan 30 il Azərbaycan torpaqlarını işğala məruz qoyub, terror, soyqırımlar törətsə də ABŞ bunları nəzərə almadı. ABŞ öz davranışlarında özünün bu mahiyyətini aşkar nümayiş etdirib. Bu gün dünyanın müxtəlif coğrafiyalarında ABŞ-ın kütləvi insan qırğınlarında, ayrı-ayrı xalqlara qarşı həyata keçirilən terrorlarda birbaşa dirijorluğunu görmək mümkündür. Bu baxımdan qlobal təhlükəsizliyin təmin olunması ilə bağlı ABŞ-ın çağırışlarını və yaxud, hansısa səyləri sırf dekarativ xarakterlidir. Biz bunu ABŞ-ın Azərbaycana qarşı sərgilədiyi mövqeyində də müşahidə etməkdəyik. ABŞ nəzarətində olan subyektlərinin haqsız davranışlarına don geyindirməyə hazır olduğunu nümayiş etdirməkdədir. Eləcə də təcavüzkar, işğalçı Cənubi Qafqaz regionuna hər zaman təhdud yaradan, terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistana dəstək nümayiş etdirməsi bir daha göstərir ki, ABŞ öz maraqları naminə cinayətkarı dəstəkləyir”.

 

E.Mirbəşir qeyd edib ki, 907-ci düzəlişə əlavə 1992-ci ildə qəbul edilib. 2001 ci ildə ABŞ-ın maraqlarına cavab verdiyi üçün Konqresi ona hüquqi səlahiyyətlərini dayandırmaq imkanını vermişdi:

 

“2001-ci ildə Azərbaycan beynəlxalq terrorizmə qarşı koalisiyaya dəstək nümayiş etdirdi. Bu gün isə ABŞ fərqli davrana bilmək imkanlarını görür. Çünki nə İraqa, nə Əfqanıstana bu istiqamətdə dəstək lazım deyil. Belə olan halda Azərbaycanın haqlı maraqlarını görməzdən gələ bilər. Bu baxımdan 907 maddənin yenidən hüquqi qüvvəsi təmin olundu və ədalətsiz mövüeyini təsdiqləmiş oldu”.

 

E.Mirbəşir hesab edir ki, ABŞ kimi dövlətlər belə qərəzli addımlar atarkən reallıqları unudur. Onun sözlərinə görə, bugünkü Azərbaycan 1992-ci ilin Azərbaycanı ilə müqayisə edilə bilməz.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...