2024 seçkilər ili olacaq

14:11 02-01-2024 | icon 307 | Siyasət
2024 seçkilər ili olacaq

50-dən çox ölkə səsverməyə hazırlaşır

 

Yenicə qədəm qoyduğumuz 2024-cü il dünyada seçkilər ili olacaq.



Bu il dünyanın 50-dən çox ölkəsində prezident və parlament seçkiləri keçirləcək.



2024-cü ildə ən böyük seçkilər Hindistanda keçiriləcək: ölkənin 1,4 milyard əhalisi var ki, onlardan 945 milyonu seçkilərdə iştirak edərək səs verə biləcək. Hindistanda isə seçkilər aprel və may ayında baş tutacaq. 

Bu il Rusiya, Cənubi Afrika və İranda da seçkilər keçiriləcək.

 

Bir sıra ölkələr yayda Avropa Parlamentinə səsvermədə iştirak edəcək.

Bu il Avstriya, Belçika, Litva, Slovakiya, Portuqaliya, Rumıniya, Xorvatiya və Finlandiyada prezident və ya parlament seçkiləri keçiriləcək.

 

Qlobal ÜDM-in dörddə birini istehsal edən və dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da da prezident seçkilər keçiriləcək. Amerika seçicilər noyabr ayında səs verəcəklər.

2024-cü ildə seçki keçirən böyük iqtisadiyyatlara malik digər ölkələr sırasına Cənubi Koreya (1,7 trilyon dollar), Meksika (1,5 trilyon dollar) və İndoneziya (1,3 trilyon dollar) daxildir.

 

Seçkilərin keçiriləcəyi ölkələr sırasında Banqladeş, Pakistan, Tayvan da olacaq. 

2024-cü ildə Türkiyədə bələdiyyə seçkisi keçirləcək.

Həm iqtisadiyyat, həm də əhali baxımından ən kiçik seçki isə Tuvaluda olacaq.

Bu il fevralın 7-də Azərbaycanda da növbədənkənar prezident seçkiləri keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri