Bu il qəbul yerlərinin 60 minə çatdırılacağı GÖZLƏNİLİR

17:55 22-02-2024 | icon 333 | Təhsil
Bu il qəbul yerlərinin 60 minə çatdırılacağı GÖZLƏNİLİR

Qarabağ Universitetinin və Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlayacağı gözlənilir. Hər iki universitetə tezliklə qəbul elan ediləcəyi gözlənilir.

 

Mediada universitetlərin strateji önəmindən geniş bəhs edilib. Ancaq bununla yanaşı qeyd edək ki, Azərbaycanın təhsil sisteminə 2 yeni universitet daxil olur. Bu, ölkəmizin təhsil sistemi yeni imkanlar vəd edir.

 

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək. Universitetin fəaliyyətinin təşkili üçün 10 milyon manat ayrılıb. Təhsil ocağında ilk mərhələdə 24 ixtisas tədris olunacaq. Bunlar aşağıdakılardır: İbtidai sinif, Məktəbəqədər təhsil, Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, Korreksiyaedici təlim, Təhsildə sosial-psixoloji xidmət, İnformasiya texnologiyaları, Kompüter elmləri, Kompüter mühəndisliyi, Qida mühəndisliyi, Şəhərsalma, İnşaat mühəndisliyi, Beynəlxalq münasibətlər, Regionşünaslıq, Tarix, Kommunikasiya və rəqəmsal media, Beynəlxalq ticarət və logistika, Biznesin idarəedilməsi, İqtisadiyyat, Maliyyə marketinq, Menecment, Mühasibat, Turizm işinin təşkili, Turizm bələdçiliyi.

 

 

Türkiyə-Azərbaycan Universiteti isə Bakı şəhərində yerləşəcək. Fevralın 19-da “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Prezident İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. "Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir", - dövlət başçısı vurğulayıb.

 

Universitet ilkin mərhələdə səhiyyə, mühəndislik və texnologiya (bilişim) sahələrində fəaliyyət göstərəcək, növbəti tədris ilində isə ilk tələbələrini qəbul edəcək. Bu universitet tamamilə yeni yaradılmış müəssisə olmayacaq, fərqli universitetlərin müxtəlif proqramlarını eyni dam altında birləşdirən “yeni nəsil” universitet olacaq. 

 

Ali təhsil müəssisəsində tədris dili türk və ingilis dili olacaq. Bina xarici universitetlərin də istifadəsinə veriləcək. Məsələn, Sorbon və ya Yel universitetləri proqram əsasında bu binada təhsil vermək istəsələr, onlar da sistemdə iştirak edə bilərlər.

 

Bəs iki universitet Azərbaycan təhsilinə nə qatacaq?

 

 

Təhsil eksperti Elçin Əfəndi hazırda həm Qarabağ Universitetinin, həm Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti istiqamətində işlər aparılır:


“Bu ildən Dövlət İmtahan Mərkəzinin proqramı əsasında hər iki universitetə qəbul həyata keçiriləcək. Türkiyə-Azərbaycan  Universitetində texnoloji ixtisaslar yer alacaq. Bu istiqamətdə qəbul nəzərdə tutulur. Qarabağ Universitetində isə fərqli ixtisas qrupları üzrə qəbulun həyata keçirilməsi planlaşdırılır. Qarabağ Universitetinə təxminən 1000 tələbənin  qəbulu nəzərdə tutulur. Türkiyə-Azərbaycan Universitetinə isə dəqiq say bəlli deyil. Ancaq ümumi bu il üçün plan yerlərinin  60 minə çatdırılacağı gözlənilir. Təxminə 60 minə yaxın plan yeri olacaq. Bu təbii ki, bəzi istiqamətlərdə ixtisaslar üzrə formalaşan keçid ballarına təsir edəcək. Buraya əsasən kənd təsərrüfatı  yönümlü ixtisaslar, turizm, sosial  istiqamətli ixtisaslar daxildir. Bunlarda keçid ballarında bir o qədər dəyişiklik gözlənilimir, keçid balları aşağı olaraq qalacaq”.


Təhsil eksperti hesab edir ki, prestijli, plan yeri az olan ixtisasların ballarda enmə bu il üçün plan yerini nəzərə alsaq, gözlənilmir: 

 

“Əlbəttə biz istəyərdik ki, bu universitetlərdə daha ixtisaslı kadrlar olsun. Təhsilverən daha yüksək səviyyəli müəllim-professor heyəti  olsun. Tələbələrə veriləcək təhsilin keyfiyyəti yüksək olmalıdır. Bunun belə olacağı gözlənilir. Bu baxımdan  düşünürəm ki, rəqabət mühiti formalaşacaq. Məhz yeni yaranan hər iki universitet tam rəqabətə qoşulacaq. Bu təhsilin keyfiyyətinə müəyyən qədər də olsa təsir edəcək”. /modern.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK