Zelenskinin baş tutmayan səfəri nəyə hesablanıb?

14:47 05-03-2024 | icon 653 | Geopolitika
Zelenskinin baş tutmayan səfəri nəyə hesablanıb?

Fuad Əliyev: "Paşinyanın Putinlə münasibətləri bərpa etmək istəyi puç olacaq”

 

“Bu, Qərbin xəttidir. ABŞ və Fransa sözdə Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılmasına, əslində isə gərginləşməsinə çalışırlar".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi ekspert Fuad Əliyev bildirib.

 

F.Əliyevin sözlərinə görə Qərb regionda sabitliyin pozulmasına çalışır:

 

"Bu iki ölkə Azərbaycana qarşı ikili standart siyasətini aparıb və indi də davam edir. İndi aydın olur ki, ATƏT-in Minsk qrupuna daxil olan bu iki ölkə məsələnin həllinə yox, uzadılmasına çalışırdılar. Bizim başımıza yastıq qoyub, ermənilərə dəstək verirdilər. 30 il bizə vəd verirdilər ki, məsələ həll olunacaq, müharibə haqqında fikirləşməyin. Bu du bunların “demokrat” yanaşması”.

 

Fuad Əliyevin sözlərinə görə Zelenskinin baş tutmayan səfəri regionda sabitliyin pozulmasına hesablanıb:

 

“NATO dolayısıyla Ukraynada Rusiya ilə müharibə aparır. Zelenskinin başı bu müharibəyə qarışıb. Ermənistan mətbuatına sızan məlumatlara görə, Qərb Ukraynanın prezidenti Zelenskini Ermənistana səfərə göndərmək istəyirdi. Zelenskinin Qərb ölkələrinə səfərləri hardasa başa düşmək olur. Gedib silah istəyir. Amma müharibənin bu qızğın bir vaxtında onun Ermənistanda nə işi var? Hesab edirəm ki, əgər doğrudan da bu səfər planlaşdırılıbsa, onda, Zelenskinin baş tutmayan səfəri regionda sabitliyin pozulmasına hesablanıb. Onsuz da Ermənistanın Rusiya ilə münasibətləri demək olar ki, yox səviyyəsinə gəlib çıxıb. İndi Paşinyan ikibaşlı oyun oynayır. Qərbin göstərişilə oturub-duran Paşinyan Putin ilə münasibətləri tam kəsmək istəmir. Amma Zelenskinin Ermənistana səfərini ləğv edən Paşinyanın Putinlə münasibətləri bərpa etmək istəyi puç olacaq”.

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ