"Bu seçki xalqın rejimə nifrətini ortaya qoydu"

12:12 11-03-2024 | icon 605 | Geopolitika
"Bu seçki xalqın rejimə nifrətini ortaya qoydu"

Fuad Əliyev: "Hakimiyyət ənənəvi olaraq özünə yaxın namizədlərin iştirakını təmin etdi"

 

"Xalq artıq İranın mövcud hakimiyyətinə inanmır, ona etibar etmir. Ona görə də növbəti parlament seçkiləri rüsvayçılıqla başa çatdı".

 

Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Əliyev martın 1-də İranda keçirilən parlament seçkiləri ilə bağlı açıqlamasında bildirib.

 

Fuad Əliyev qeyd edib ki, İran hakimiyyəti ənənəvi olaraq budəfəki seçkilərdə də özünə yaxın namizədlərin iştirakını təmin etdi:

 

"Xalq istədiyi şəxsi o namizədlər arasında görmədi, bildi ki, seçkiyə qatılıb millət vəkili olmaq istəyənlər rejimin adamlarıdırlar. Ona görə də bu səsvermədə iştirak etmədi, proses rüsvayçılıqla başa çatdı, hətta bəzi əyalətlərdə seçkilər ikinci tura saxlanıldı. Bundan başqa Urmiya, Sulduz kimi qədim türk şəhərlərindən kürdlərin millət vəkili seçilmələri azərbaycanlıların haqlı etirazları ilə qarşılandı. Rejim kürdlərin parlamentə yolunu açmaqla azərbaycanlılara qarşı növbəti təxribatına, qəsdinə yol açdı. Bir daha fars-molla rejiminin azərbaycanlılara qarşı nifrəti ortaya qoyuldu".

 

Fuad Əliyev onu da vurğuladı ki, onsuz da bu parlament SEPAH və ETTELAAT-ın ideologiyasına xidmət edir, nüfuzu, çəkisi yoxdur, formaldır, Ali Dini liderin tapşırıqlarını yerinə yetirir:

 

"Amma bu seçki bir daha xalqın bu rejimə nifrətini, sayqısızlığını ortaya qoydu. Səsvermə hüququ olanların heç 20 faizi seçkidə iştirak etmədi. Rejim isə bu rəqəmi çox şişirtdi, onu da başa düşmək olar, başqa yolu yoxuydu".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?