Mədəniyyət AFİŞASI

11:36 22-04-2024 | icon 240 | Mədəniyyət
Mədəniyyət AFİŞASI

Bakıda bu həftə hansı tədbirlər olacaq?

 

Oxu.Az yaxın günlərdə baş tutacaq tədbirləri bir siyahıya toplayıb. Burada aprelin 22-dən 28-dək Azərbaycanın paytaxtında keçiriləcək tamaşalar, konsertlər, sərgilər, film nümayişləri və digər tədbirlərlə tanış ola bilərsiniz.

22 aprel 

 

 

19:00-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “QONAQ TEATR” layihəsi çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının “İyirmi ildən sonra” (Əli Əmirli) tamaşası ittifaqın səhnəsində oynanılacaq. 

Ünvan: Xaqani küçəsi, 16, 1-ci mərtəbə.

Giriş sərbəstdir.

23 aprel 

 

 

19:00-da “Azərbaycan” “CineMastercard” kinoteatrında “İçərişəhər” bədii filmi nümayiş olunacaq.

Film gənc tələbə Arzu və Qarabağ müharibəsi veteranı Rafaelin sevgisindən bəhs edir. Hekayə gənc qadın üçün ənənələrə zidd olan dəyərlərlə yaşamaq və azad sevməyin nə olduğunu, eləcə də cəmiyyətin ümidlərini doğrultmayanda çəkilən əzabları təcəssüm etdirir. Rejissor - İlqar Safat, ssenari müəllifləri - Təhminə Rafaella, İlqar Safat, rollarda - Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova.

Giriş sərbəstdir.

 

 

19:00-da Kamera və orqan musiqisi zalında “Kamera musiqisi axşamı” olacaq. Proqramda: Frans Şubert - Sonata №1 D maj. D 384, Qara Qarayev - Violin ilə fortepiano üçün Sonata (d moll), Lüdviq van Bethoven - Violin Sonata No.5 in F major, Op.24 “Spring”.

Biletlərin qiyməti: 10-30 manat.

24 aprel

 

 

19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Notların səyahəti” adlı konsert baş tutacaq. Bosniya və Herseqovinadan Zeyd Şoto və Qazaxıstandan Arslanbek Sultanbekov çıxış edəcəklər. Etnik və müasir alətlərdən ibarət orkestrlə səhnəyə çıxan sənətçilərimiz Balkan ölkələrindən Anadoluya, Anadoludan Orta Asiyaya qədər bu torpaqların melodiyalarını səhnəyə gətirirlər.

 

Proqramda: “Türkler geliyor”, “Ah nideyim ömrüm seni”, “Anda varayım”, “Sen derviş olamazsın”, “Nogay el”, “Kayda”, “Ağaç”, “Tüs”, “Tizgin”, “Dombıra”, “Huzur”, “Seyrana gel seyrana”, “Bilmem nideyim”, “Kalbe ziyaret”.

 

Biletlərin qiyməti: 4-20 manat.

 

 

19:00-da Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Lalə Mehdiyevanın yaradıcılıq gecəsi olacaq. Konsertdə Müslüm Maqomayev adına 26 saylı 11 illik musiqi məktəbinin müəllim və şagird kollektivi iştirak edəcəklər.

Biletlərin qiyməti: 5-10 manat.

25 aprel

 

 

19:00-da Beynəlxalq Muğam Mərkəzində “BakuOperArt” layihəsi çərçivəsində böyük rus şairi A.S.Puşkinin 225 illik yubileyi münasibətilə “Пушкин без границ” adlı konsert keçiriləcək.
Proyektin bədii rəhbəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, piano ifaçısı Yuliya Kərimovadır.

 

İlk dəfədir ki, layihədə iki ölkənin təmsilçiləri iştirak edəcəklər. Rusiyalı vokal ifaçısı, beynəlxalq müsabiqələr laureatı Aleksandr Suxanov (bariton), Azərbaycanın Əməkdar artistləri Fəridə Məmmədova (soprano) və İlham Nəzərovun (kontratenor) ifasını dinləmək imkanı olacaq.

 

Biletlərin qiyməti: 10-20 manat.

 

 

19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində “Utancaq qız” monotamaşası nümayiş olunacaq. Bu tamaşa dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin eyniadlı fantastik povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanıb. Baş rolda - Əməkdar artist Şövqi Hüseynovdur. Tamaşanın ideya müəllifi və bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Biletlərin qiyməti: 8 manat.

 

 

19:00-da Akademik Milli Dram Teatrın səhnəsində “Dəli yığıncağı” (Cəlil Məmmədquluzadə) tamaşası olacaq.

Biletlərin qiyməti: 7-12 manat.

 

 

20:30-da 25 və 26 aprel tarixində Bakı Konqres Mərkəzinin səhnəsində Türkiyənin sevilən pop ulduzu Yalın çıxış edəcək.

Biletlərin qiyməti: 55-350 manat.

26 aprel 

 

 

12:00-da Beynəlxalq Muğam Mərkəzində Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən, Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunmuş milli musiqi alətləri ifaçıları və xanəndələrinin Respublika festival-müsabiqə qaliblərinin konserti olacaq.

Biletlərin qiyməti: 10 manat.

 

 

19:00-da Filarmoniyada “Yeni adlar” layihəsi çərçivəsində konsert baş tutacaq. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Dirijor: Mustafa Mehmandarov.
Solistlər: Rüstəm Zeynalov (piano), Nərminə İsmayılova (piano), Humay Hacızadə (viola), Zərrin Əliyeva (violin), Aynur Abdullayeva (violin).

 

Proqramda: C.Saint-Saëns - “Le Carnaval des animaux” süitası, M.Bruch - Viola və orkestr üçün Romans F, op.85, M.Ravel - “Qaraçı qızı” rapsodiyası, S.Raxmaninov - Paqanini mövzusuna rapsodiya, a-moll, op.43.

 

Biletlərin qiyməti: 4-20 manat.

 

 

19:00 və 20:30-da “Park Bulvar”da yerləşən Tusi-Bohm Planetariumunda dünyaşöhrətli bəstəkar Hans Zimmerə həsr olunmuş konsert olacaq. Bəstəkarın musiqiləri Nigar Əsədullayevanın ifasında səslənəcək. 

 

Zimmer - “Ceyms Bond”, “Ulduzlararası”, “Başlanğıc”, “Dune”, “Qladiator”, “Karib dənizinin quldurları” və yüzlərlə filmlərin saundtreklərinin müəllifidir.

 

Biletlərin qiyməti: 50-70 manat.

 

 

19:00-da M Teatrın səhnəsində (“Qanun” nəşriyyatının binasında yerləşir) Y.Paplavskinin “İlham pərisi” pyesinin motivləri əsasında qoyulmuş “Gözlənilməz təşrif” tamaşası (16+) nümayiş olunacaq. 

 

Biletlərin qiyməti: 10-20 manat.

 

 

19:00-da Akademik Rus Dram Teatrın səhnəsində “Он, она, окно… любовник” (16+) tamaşası olacaq. Rejissor: İranə Tağızadə. Aktyorlar: Fuad Osmanov, Xacər Ağayeva, Natalya Baliyeva, Elmira Aslanova, Teymur Rəhimov, Murad Məmmədov, Bella Safina, İnna İmranova, Zaur Terequlov, Fatimə Əliyeva, Elşad Murtuzov.

 

Biletlərin qiyməti: 15 manat.

 

19:00-da Rus Evində aprelin 29-da qeyd olunan Beynəlxalq Rəqs Günü şərəfinə qala-konsert keçiriləcək. “Baku Tango Therapy”nin təşkil etdiyi gecədə müxtəlif rəqs məktəblərinin nümayəndələri iştirak edəcək.

Giriş sərbəstdir.

 

27 aprel

 

 

19:00-da Filarmoniyada Bakı Kamera Orkestri çıxış edəcək. Dirijor: Dmitri Sitkovetski (Böyük Britaniya) Solistlər: D.Sitkovetski, M.Adıgözəlzadə. Proqramda: J.S.Bach - “Rəqs süitası” №1, G (simlilər üçün işləyəni D.Sitkovetski), E.Bloch - “Baal Shem” silsiləsindən “Nigun” (II hissə), J.Haydn - Violin, piano və simlilər üçün konsert F, F.Mendelson - “Musiqili məktublar” - orqan, piano, simli kvartet və xor üçün Süita (8 pyes) (işləyəni D.Sitkovetski).

 

Biletlərin qiyməti: 4-20 manat.

 

 

19:00-da Bakı Musiqi Akademiyasının nəzdində olan Opera Studiyasının Konsert salonunda Jorj Bizenin “Karmen” operası nümayiş olunacaq.

 

Biletlərin qiyməti: 15-25 manat.

 

 

19:00-da Akademik Milli Dram Teatrında “Şükriyyə” tamaşası olacaq. Cavid Zeynallının pyesi əsasında hazırlanan tamaşa 1937-ci il hadisələri fonunda Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin həyatından bəhs edir. Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanovdur.

 

Biletlərin qiyməti: 7-12 manat.

 

 

19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası nümayiş olunacaq. 

 

Biletlərin qiyməti: 7-12 manat.

 

28 aprel

 

 

19:00-da Beynəlxalq Muğam Mərkəzinin səhnəsində “Qaya” Dövlət ansamblının konserti olacaq.

 

Biletlərin qiyməti: 20-50 manat.

 

 

19:00-da “Teatr O2”də  Maksim Doskonun pyesi əsasında qurulmuş “London” adlı tamaşa göstəriləcək. Tamaşa rus dilindədir, 18+. Aktyor - Yevgeni Maksimov, rejissor - İskra Tarrant, rəssam - СHINGIZ, şəkillərin müəllifi - Maksim Dosko.

 

Biletlərin qiyməti: 20 manat.

 

 

19:00-da “M Teatr”da “Adamlar və siçanlar” adlı tamaşa nümayiş olunacaq.

 

Biletlərin qiyməti: 10-20 manat.

 

 

19:00-da Azərbaycan Dövlət YUĞ Teatrı (Kukla Teatrının binasında yerləşir) “Mənəm, mən...” adlı tamaşanı göstərəcək. İlqar Fəhminin əsəri əsasında hazırlanıb. Rejissor: Mehriban Ələkbərzadə.

 

Biletlərin qiyməti: 5-15 manat.

 

 

19:00-da Vladimir Presnyakov Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edəcək.

 

Biletlərin qiyməti: 49-249 manat.

 

 

19:00-da Akademik Milli Dram Teatrında “Sənsiz” tamaşası olacaq. Bu əsər Şıxəli Qurbanovun yaradıcılığında zamanında ən cəsarətli dram əsəri kimi qəbul edilirdi. Sosialist sistemi içində QULAQ sistemi və bu sistemin fəsadlarını tam dəhşəti ilə göstərən yeganə əsər idi.

 

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Balayev, quruluşçu rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor köməkçiləri Xanım Həsənova və Könül Kərimovadır. Burada Mehriban Zəki, Füzuli Hüseynov, İlahə Həsənova və Elçin Əfəndi çıxış edir.

 

Biletlərin qiyməti: 7-12 manat.

 

SƏRGİLƏR

 

 

YARAT Müasir İncəsənət Məkanında “Yoxlanılıb, mina yoxdur!” və “Ekinoks” adlı sərgilər davam edir.

 

İş saatları: çərşənbə axşamı-bazar 12:00-20:00.

 

Giriş sərbəstdir.

 

 

Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Aydın Rəcəbovun “Bir ömrün naxışları” adlı sərgisi keçirilir.

 

İş saatları: çərşənbə axşamı-cümə 10:00-18:00

şənbə-bazar 11:00-19:00

Giriş: 7 manat.
 
“Her Art in Action” adlı sərgi “Gazelli Art House”da.

İş saatları: çərşənbə axşamı-bazar 12:00-20:00.

Giriş sərbəstdir.

 

 

Müasir İncəsənət Muzeyində Qəyyur Yunusun “Sağ əlin sərvəti” adlı sərgisi var.

İş saatları: çərşənbə axşamı-bazar 10:00-20:00.

Giriş: 5 manat.

Heydər Əliyev Mərkəzinin daimi sərgiləri var və vaxtaşırı yeni müvəqqəti sərgilər açılır. Məsələn, aprelin 24-də Qırğızıstanın Mədəniyyət Günləri çərçivəsində sərginin açılışı olacaq.
İş saatları: çərşənbə axşamı-cümə - 11:00-19:00
şənbə-bazar - 11:00-18:00.

Giriş: 15 manat.

 

 

“QGallery”də Elşən Karacanın “CƏSUR ÜRƏK” adlı sərgisi keçirilir. 

İş saatları: həftə içi - 10:00-19:00, həftə sonları - 11:00-18:00.

Giriş sərbəstdir.

 

 

Azərbaycan Milli İncəsənət Muzeyində Məmməd Mustafayevin “Gizli və aşkar” adlı sərgisi aprelin 24-də açılacaq.

İş saatları: çərşənbə axşamı-bazar 10:00-18:00.

Giriş: 7 manat.

 

 

Aprelin 26-da Muzey Mərkəzinin Rəsm Qalereyasında Pərviz Abasovun Əliağa Vahidə həsr etdiyi “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi açılacaq. Aprelin 30-na kimi davam edəcək.

İş saatları: çərşənbə axşamı-bazar 10:00-18:00.

Sərgiyə giriş sərbəstdir.

KİNO

 

 

“CineMastercard”da “Qatilin izi” filmi nümayiş olunur.

Janr - döyüş, triller, dram (ABŞ, Böyük Britaniya).

Rejissor Terri MakDonag.

Rollarda: Samuel L.Cekson, Vinsent Kassel, Canni Kapaldi, Laura Haddok, Con Hanna, Keyt Diki, Brayan MakKardi.

Kinoteatrın saytında nümayiş vaxtının cədvəli ilə tanış ola bilərsiniz.

 

 

“CineMastercard”, həmçinin, “Kung Fu Panda 4” cizgi filminin nümayişinə ev sahibliyi edir.
Bu, əfsanəvi Əjdaha Döyüşçüsü, onun sadiq dostları və ustadının sərgüzəştlərinin davamıdır. Amerika-Çin kompüter animasiyalı döyüş sənəti haqqında komediya filmi “DreamWorks Animation” tərəfindən istehsal edilib və “Universal Pictures” tərəfindən yayımlanıb.

Siz kinoteatrın saytında seans seçə bilərsiniz.

 

 

24-27 aprel 2024-cü il tarixlərində Bakıdakı “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda Rusiya Kinosu Günləri keçiriləcək.


Bu il Azərbaycanda Rusiya Kinosu Günlərinin proqramına Rusiyanın dörd yeni tammetrajlı filminin nümayişi, baxılmış filmlərin müzakirəsi və ekran əsərlərini təmsil edən artistlərlə ənənəvi yaradıcılıq görüşləri daxil edilib.

 

Aprelin 24-də Azərbaycanda Rus Kinosu Günlərinin təntənəli açılışı çərçivəsində Nikolay Lebedevin rejissoru olduğu “Nürnberq” (12+) filminin nümayişi keçiriləcək. Filmi baş rolun ifaçısı, Dövlət Millətlər Teatrının aktyoru Sergey Kempo təqdim edəcək.

 

“Qağayı” (16+) debüt filmini aprelin 25-də filmin rejissoru və ssenaristi, Vladimir Mayakovski adına Teatrın aktrisası, əfsanəvi Alla Surikovanın tələbəsi, Lazarev-Nemolyayev teatr sülaləsinin nümayəndəsi Polina Lazareva təqdim edəcək. 

 

Tədbirin üçüncü günü - aprelin 26-da iki filmin nümayişi keçiriləcək. Tamaşaçılara rejissor Qriqori Vojakinin “Çink: Quyruqlu detektiv” (6+) cizgi filmi təqdim olunacaq. Süjetə görə, macəra axtaran dələ Çink əsl detektiv olmağı xəyal etsə də, amma təəssüf ki, onun köməyi əksinə, bir çox hallarda problemə çevrilir. Elə həmin gün rejissor Georgi İlyinin “Partizan meşəsinin xəzinələri” (12+) filminin nümayişi olacaq. Kinolenti baş rolun ifaçısı, Rusiyanın “Çayka” (“Qağayı”) Teatr Mükafatının laureatı, Moskvanın fəxri incəsənət xadimi, məşhur teatr və kino aktrisası Yelena Zaxarova təqdim edəcək.

 

Rusiya Kinosu Günləri aprelin 27-də baş rolun ifaçısı, Arkadi Raykin adına Rusiya Dövlət “Satirikon” Teatrının aktyoru Aleksey Bardukov tərəfindən təqdim ediləcək və rejissor Andrey Bulanovun çəkdiyi “Hokkey ataları” (6+) filminin nümayişi ilə başa çatacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?