Erməni revanşistlərin Tavuşdakı ümidləri PUÇ OLUR

17:05 22-04-2024 | icon 131 | Siyasət
Erməni revanşistlərin Tavuşdakı ümidləri PUÇ OLUR

Ermənistanın Tavuş rayonunda işğal altındakı 4 kəndin Azərbaycana qaytarılmasına mane olmaq istəyən bəzi revanşist qüvvələr yerli sakinləri təhdid edirlər. Bu təhdidlər altına düşən bir qrup sakin aprelin 22-də yerli silahlı qüvvələrin mövqelərinə hücuma cəhd edib. Nəticədə qarışıqlıq yaratmaq üçün canfəşanlıq edən 7 nəfər  xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. 

 

Erməniləri kim qızışdırır? Həmin qüvvələr nəyə nail olmaq istəyir?

 


Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Modern.az-a Tavuşda baş verənlərin səbəbini belə izah edib:


“Son 200-300 ildə erməni millətçilərinə kənardan dəstək verilməsi onlarda özlərinin müstəsnalığına inam, bütün dünyanın onlara borclu olması təəssüratını yaradıb. Amma SSRİ dağıldıqdan sonra Ermənistan da öz həyatını öz gücü hesabına qurmalıdır. Heç bir dövlət onun yerinə büdcəsini formalaşdırmayacaq, onun yerinə qonşu dövlətlərlə müharibə aparmayacaq. Görünən odur ki, Ermənistan cəmiyyətinin bir hissəsində hələ də köhnə aqressiv, qonşu dövlətlərin torpaqlarına, mədəniyyətinə, tarixinə iddia qalmaqdadır. Bu baxımdan orada belə qarşıdurmaların şahidi oluruq. Lakin Ermənistanda baş verənlər bu ölkənin daxili işidir. Qoy, Ermənistan hakimiyyəti özü bu məsələlərin həlli ilə məşğul olsun. Azərbaycan üçün maraqlı olan ərazi bütövlüyü məsələsidir. Sonuncu qələbəmiz diplomatik yolla Qazaxın 4 kəndini qaytarmaq oldu. Digər 4 kəndimizin də  geri qaytarılması müzakirə olunur. Həmin radikal ermənilərin nə deməsindən asılı olmayaraq, tarixin təkərini geri qaytarmaq artıq mümkün olmayacaq. Bu ermənilərin təfəkkürlərini dəyişməkdən, yeni reallığı qəbul etməkdən başqa çıxış yolları yoxdur”.

 

 

Deputatın fikrincə, ermənilər bununla xarici dövlətlərdən yardım umurlar:


“Ermənilər ümumiyyətlə, həmişə çalışıblar ki, aqressiyalarına, digər dövlətlərin torpaqlarına, mədəniyyətinə iddialarına, böyük dövlətləri həmmüəllif etsinlər. Nə vaxtsa, bu alınıb. İndi daha alınmayacaq. Fransanın Ermənistana dəstəyi siyasi dəstəkdən o tərəfə keçməyəcək. Dövlət saxlamaq böyük xərc tələb edir. Ermənistan hansı resursu, iqtisadiyyatı ilə hərbi büdcəsini doldura biləcək? Bunun özü böyük sual altındadır. Digər dövlətlərin bir qismi ermənilərin millətçiliyini dəstəkləməkdən kənara durub. Bir qisminin dəstəyi də sözdədir”.
 

 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov etirazların səbəbini belə izah edib:
 

“Etirazçılar müxalif qüvvələri təmsil edirlər. Lakin bu adamların özləri də insanların müharibə aparmağa həvəssiz olduqlarını bilirlər. Onlar başa düşürlər ki, işğalın nəticələri aradan götürülməsə, bu, Azərbaycanın güc tətbiq etməsinə əsas olacaq. Çünki 4 kənd işğal olunmuşdu. Artıq ardıcıl şəkildə işğalın nəticələri aradan qaldırılır. Etirazlar daxili siyasi mübarizədir. Hamıya bəllidir ki, Ermənistanda müharibə populyar mövzu deyil. Çünki məğlubiyyətdən sonra da Paşinyan seçkilərdə üstünlük qazanıb. Müxalif qüvvələr rəqabət apararaq, hansısa siyasi dvidentlər qazanmaq istəyirlər. Məqsəd hakimiyyətə gəlməkdir”.

 

 

Sabiq nazir erməni ictimaiyyətinin xaricdən dəstəyə ümid bəslədiyini vurğulayıb:


“Erməni ictimaiyyəti həmişə olduğu kimi, xaricdən dəstəyə ümidlər bəsləyir. Bax, problem budur. Belə dəstəyi əldə etmək isə indiki şəraitdə mümkün deyil. Buna nə Rusiya, nə də Avropa Birliyi hazırdır. Ona görə də baş verənlərin müvəqqəti olduğunu demək mümkündür. Birinci dəfə deyil ki, daxili siyasətdə ermənilər gücdən istifadə edirlər. Parlamentdə güllələnmə, bundan qabaq hansısa hərbi hissədə terror aktı törədilməsi kimi hadisələr olub. Onların təcrübəsi bundan ibarətdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?