ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

19:13 23-04-2024 | icon 286 | Siyasət
ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Fuad Əliyev: “Azərbaycan hakimiyyəti hədəfdədir, onun əsas sütunlarının zəiflədilməsinə çalışırlar”

 

Amerika Birləşmiş Ştatlarından (ABŞ) Azərbaycan generalı Mirzəyevə və 40 rəsmi məmurumuza sanksiya təklif edildiyi barədə məlumatlar yayılıb. ABŞ-ın məlum "qara siyahısı"nda əsasən hərbçilərimizin, hakimlərimizin, eləcə də yüksək çinli dövlət orqanı rəsmilərinin yer aldığı qeyd olunur.

 

Azərbaycana qarşı 1992-ci ildən tətbiq olunan 907-ci düzəlişi ləğv etməyən ABŞ-ın nöbbəti sanksiya istəyi hansı məqsədə xidmət edir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən siyasi şərhçi Fuad Əliyev bunu ABŞ-ın Azərbaycana qarşı ikili, qərəzli yanaşması hesab edir. Onun fikrincə,  məlum siyahıda Prezident Admnistrasiyasının rəhbri Samir Nuriyevin, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevin, Prezidentin hüquq mühafizə orqanları və hərbi məsələlər üzrə hərbi köməkçisi Fuad Ələsgərovun adının keçməsi ABŞ-ın Azərbaycan hakimiyyətini hədəfə almasını göstərir.

 

F.Əliyev hesab edir ki, siyahıda prokurorların, hakimlərin, Ədliyyə Nazirliyi Penitensianar Xidmətin işçilərinin yer alması ABŞ-ın məkirli niyyətini ortaya qoyur:

 

“Sanksyiyalr tətbiq olunarsa, bu, artıq Azərbaycana qarşı növbəti təzyiq və münasibətərə ləkə gətirən addım olacaq. ABŞ 907-ci maddəni ləğv etməyib. Bu sanksiya Azərbaycana qarşı ikilistandartlı siyasətin davamıdır. ABŞ bir tərəfdən Azərbaycanla əməkdaşlıqdan danışır,  Azərbaycan-NATO çərçivəsində müxtəlif tədbirlərdə iştirak edir, Azərbaycanla əməkdaşlığı NATO çərçivəsində davam etdirmək istəyir, digər tərəfdən də tanınmış generallarımıza, həbçilərə sanksiya tətbiq edir.  Siyahıya salınan hakimlər Azərbaycan torpaqlarında cinayət törədən erməni hərbçilərinin məhkəməsində iştirak edən hakimlərdır. Bu hakimlərin hədəfə alınması ABŞ-ın ermənilərə dəstək siyasətinin təzahürüdür”.

 

F.Əliyevin fikrincə, bu bəyanatların arxasında xoş olmayan məqsədlər dayanır. Onun fikrincə, ABŞ-ın “sanksiya siyahısı” “5-ci kalon”un aktivləşməsi, mitinq təşəbbüsləri, Ermənistanın silahlandırılması, Azərbaycan sərhədində təxribatların törədilməsi, vəziyyəti gərginləşdirmək və ölkəmizə qarşı təsirlərin davamıdır.

 

F.Əliyev hesab edir ki, sanksiyalar tətbiq olunarsa,  ABŞ-la münasibətlərə cidd zərbə olacaq:

 

“Onsuz da son vaxtlar ABŞ-ın Azərbaycana qarşı qərəzli yanaşmaları fonunda münasibətlərdə kifayət qədər neqativ hallar yaranıb. Sanksiya növbəti zərbəni vuracaq. Bundan daha çox ABŞ itirəcək. Düşünürəm ki, buna qarşı adekvat addımlar atılmalıdır. Çünki həmin siyahıda göstərilən şəxslər sıradan adamlar deyil. Bu şəxslərin ABŞ-ın sanksiya siyahısında olması onu göstərir ki, Azərbaycan hakimiyyəti hədəfə alınıb, onun əsas sütunlarının zəiflədilməsinə çalışırlar. Belə müdaxilələrin qarşısı alınmalı, xarici işlər nazirliyi buna reaksiya verməlidir”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?