Faiq Ağayevə SƏRT QADAĞA
Tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək
Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib.
Versus.Az xəbər verir ki, bu barədə sənətçinin köməkçisi Jabir Əliyev məlumat verib. Bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib.
Jabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə səsin qorunması üçün konsert bitən müddətə kimi Xalq artisti toy məclislərində yalnız yarımsaatlıq çıxışlarla iştirak edəcək.
Qeyd edək ki, Faiq Ağayev özəl məclislərdə və toylarda yarımsaatlıq çıxış üçün yeni, xüsusi şou hazırlayıb.
Xalq artisti 12 nəfərlik heyyətlə - rəqs qrupları və musiqiçilərlə birlikdə məclisi əsl konsert səhnəsinə çevirir.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
“Səbail” “Qəbələ” ilə qarşılaşacaq
Azərbaycan Premyer Liqasında 33-cü tura yekun vurulacaq