Almaniyadan “Brexit” açıqlaması: Zamanımız tükənir

11:38 30-03-2019 | icon 427 | Dünya
Almaniyadan “Brexit” açıqlaması: Zamanımız tükənir

 

Almaniyanın xarici işlər naziri Heiko Maas İngiltərə Parlamentində “Brexit” müqaviləsinin üçüncü dəfə rədd edilməsinə dair "Müqaviləsiz “Brexit”i əngəlləmək üçün zamanımız tükənir" deyib.

 
Maas etdiyi yazılı açıqlamada, İngilislərin 12 aprelə qədər “Brexit” məsələsində necə davam ediləcəyinə qərar vermələri lazım olduğunu bildirərək əks təqdirdə müqaviləsiz “Brexit”in reallaşacağını ifadə edib.
Anlaşmasız “Brexit”i əngəlləmək üçün zamanımız tükənir" deyən Maas, “Brexit” qərarının qəbul olunmasından iki il sonra Britaniyanın Aİ-dən müntəzəm surətdə ayrılması üçün razılıq əldə olunmamasının kimsəyə bildirilməyəcəyini qeyd edib.
Almaniya və Avropa Birliyinin (Aİ) "hər vəziyyət üçün" hazırlıqlı olduğunu vurğulayan Maas, müqaviləsiz “Brexit”in arzuolunmaz nəticələrindən qorunmaq üçün qanunlar çıxardığını və tədbirlər gördüklərini bildirib.
Qeyd edək ki, İngilis Parlamenti dünən keçirilən səsvermədə “Brexit” müqaviləsini 286-ya qarşı 344 səslə üçüncü dəfə rədd edib.
Aİ liderləri isə ötən həftə Brüsseldə keçirilən sammitdə, İngiltərənin ayrılıq müqaviləsini 29 marta qədər qəbul etməməsi vəziyyətində, “Brexit”i 12 aprelə qədər təxirə salma qərarı almışdı.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Kəlbəcərdə ağır QƏZA

"Bu, müharibə ehtimallarını da azaldır"

Şəkər istehlakı xərçəngə yol açır?