Qarabağ separatçıları ilə İrəvan arasındakı gərginlik artır

17:45 15-09-2019 | icon 918 | Geopolitika
Qarabağ separatçıları ilə İrəvan arasındakı gərginlik artır

“Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətinin ilk günlərindən başlayaraq, əsas hədəfi işğal olunmuş ərazilərdə Qarabağ klanın bir hissəsi olan separatçı rejimin başına öz adamlarını təyin etməkdir”.

 Versus.Az "Müsaavat"-a istinadən bildirir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə Ermənistandakı son durumu, Qarabağ separatçıları ilə İrəvan arasındakı gərginlikləri şərh edərkən bildirdi.

Ekspert qeyd etdi ki, N.Paşinyanın narahatlığı əbəs deyil: “Çünki Xankəndindəki rejim birbaşa Serj Sarkisyan və Robert Köçəryanın adamlarından ibarətdir. Bu, birbaşa Paşinyan iqtidarına qarşı əks-inqilab mərkəzidir. Paşinyan dəfələrlə qeyd edib ki, burada əks-inqilaba imkan verməyəcək. Hesab edirəm ki, Paşinyanın 2 sentyabrda qondarma rejimin “müstəqillik” gününə qatılmaması məhz artan problemdən meydana gəldi. Moskvadan Paşinyana qarşı təzyiqlər başladıqca, Putinin Köçəryana təbrik məktubu separatçıları şirnikləşdirib”.

M.Əsədullazadə qeyd etdi ki, işğal zonasındakı separatçılar “Qarabağ klanı”nın əsas dayağı olan Kremlin təlimatları ilə idarə olunur: “Hazırda bunlar İrəvana itaətsizlik göstərirlər və Moskvadan gələcək təlimat üzrə öz işlərini Sərkisyanla koordinasiya edirlər. Burada silahlı dəstə yaradılıb, İrəvanda əks-inqilab da edə bilərlər. Paşinyan bilir ki, burada terrorçu və müharibə partiyası idarə etmədədir və onlar üçün müqəddəs heç nə yoxdur. Odur ki, Paşinyan İrəvanda yıxdığı rejimi Xankəndində sonlandırmağa çalışır. Bu da separatçıların əks-hücumu ilə müşayiət olunur”.

politoloq Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

M.Əsədullazadə şübhə etmir ki, son günlər Paşinyana qarşı sərt fikirləri ilə diqqət mərkəzinə gələn terrorçu Vitali Balasanyan gələn il keçiriləcək qondarma seçkidə Qarabağ klanın əsas namizədidir: “Paşinyanla Balasanyan düşməndirlər və ikinci Paşinyana qarşı çox alçaldıcı ifadələr işlətməkdən çəkinmir. Göründüyü kimi, “Qarabağ klanı” Balasanyanın dili ilə hücuma keçir və Paşinyana yerini göstərirlər - “gedin pomidor, xiyar əkin, dövlət sizlik deyil”, deyərək. Artıq bu, İrəvana hədədir və onları dövlətçilikdən kənar adam sayırlar. Separatçılar Köçəryanın azadlığa çıxmasını gözləyirlər. Putinin səfəri öncəsi fəallaşıblar. Hesab edirəm ki, Paşinyanla “Qarabağ klanı”nın siyasi savaşı daha da qızışacaq”.

Politoloq hesab edir ki, Paşinyan Xankəndində erməniləri separatçılara qarşı etiraza səsləyə bilər: “Nə Paşinyan geri çəkiləcək, nə də “Qarabağ klanı”. Separatçıların arxasında gizlənən Sərkisyan Balasanyanı qabağa verməklə burada dayaqlarını qorumağa çalışacaq. Hesab edirəm ki, İrəvanla separatçılar arasında münaqişə kəskin mübarizə mərhələsinə keçir”. Ancaq ekspert hesab edir ki, Paşinyan oktyabrdan sonra separatçılara qarşı hücuma keçəcək: “Putinin səfəri öncəsi buna getmir. Əgər Paşinyan bunlar qarşısında geriyə çəkilsə, öz hakimiyyətini itirəcək. Bir sözlə, Ermənistanda daxili-siyasi böhran inkişaf edəcək. Bu da ölkənin iqtisadi və siyasi baxımdan geri atacaq. İnqilabda verilən islahatlar vədi böhran nəticəsində reallaşmayacaq”. /müsavat/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Kəlbəcərdə ağır QƏZA

"Bu, müharibə ehtimallarını da azaldır"

Şəkər istehlakı xərçəngə yol açır?