Azərbaycan və  Türkiyə XİN-nin mətbuat katibi arasında saziş imzalanıb

20:38 15-09-2019 | icon 673 | Geopolitika
Azərbaycan və  Türkiyə XİN-nin mətbuat katibi arasında saziş imzalanıb

“Azərbaycan və Türkiyə xarici işlər orqanları arasında imzalanan bu saziş iki dövlət arasındakı diplomatik münasibətlərin güclənməsinə gətirib çıxaracaq.” 



Versus.Az xəbər verir ki, bunu politoloq Ramiyə Məmmədova Azərbaycan və Türkiyə XİN sözcülərinin Ankarada birgə kecirdikləri ilkin toplantını və hər iki ölkənin bağladığı sazişi dəyərləndirərkən deyib.

 

 Politoloq bildirib ki, bu sazişin əsas məqsədi Türkiyə və Azərbaycan arasındakı münasibətlərin həm iki dövlətin cəmiyyətinin xalq diplomatiyası və eləcə də media üstündən düzgün və real məlumatlarının ötürülməsidir. Eyni zamanda hər iki dövlətin mediasının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi prosesinin də çox müsbət addım olduğunu vurğulayan R. Məmmədova bunun gələcək üçün önəmini vurğulayıb:

 

 “Daha öncə verdiyim müsahibələrdən birində də qeyd etmişdim ki, Türkiyədə Azərbaycanı lazımi dərəcədə tanımırlar, yəni biz əslində Türkiyədə gedən proseslərdən daha çox məlumatlıyıq nəinki Türkiyədəkilər bizim haqqımızda. Belə ki, hər iki dövlətin mediasında gedən məlumatlar da çox vaxt bir başa deyil, saytlardan və ya gəzetlərdən çap edilən məlumatlar götürülərək yenidən işlənib və ya tərcümə edilib məlumat kimi verilir. Ona görə də medianın qarşılıqlı mübadiləsi də bu səpkidən hər iki dövlət ücün zərurətdir. Bildiyiniz kimi iki dövlət arasında artıq viza məsələsi də tam həll olunub. Artıq türk vətandaşları da bizim ölkəyə rahat gələ bildiklərinə görə, bir mənalı Azərbaycan haqqında daha düzgün məlumat almaları məqsədəuygundur. Onların Azərbaycana gəlmədən öncə tanımaları və doğru məlumatların öz mətbuat işciləri tərəfindən almaları daha da inandırıcı olar. Çünki əslində türk cəmiyyəti cetin cəmiyyətlərdən biri sayılır və burda çoxlu məlumat bazası mövcuddur və məlumatların da çoxu yalnış və bəzi zamanlardada gərəzli olur. Ona görə də bu məlumatların bir başa alınması məqsədəuyğundur. Əlbətdə ki, bu sazişin hər iki dövlətin arasındakı dostluq, qardaşlıq münasibətindən başqa həm də diplomatik münasibətlərin gücləndirilməsinə gətirib çıxaracaq. Çünki hər iki dövlət türk dövləti olduğu və hər zaman bir birlərinə dəstək verməyə çalışdıqları ücün təyziqlərdə məruz qaldıqları da göz önündədir. Bu gün Azərbaycanın Ermənistanla apardığı müharibədə Türkiyənin tam şəkildə olmasa da ama yenə də bacardığı qədər verdiyi dəstək və Qarabağ məsələsinin bir çox kürsülərdən səslənərək qabardılması bu sazişlə daha da güclənə bilər. Bir sözlə Qarabağ müharibəsi haqqında real məlumatların bir başa verilməsi türk cəmiyyətində olan məlumatsızlığın və caşğınlıqların aradan qaldırmasına köməklik etməlidirı. Eyni zamanda da bizim Türkiyənin daxilində və xarici siyasətində gedən prosesləri bir başa izləməyimiz və bu xəbərlərin də tam real olması hər iki ölkənin XİN tərəfindən də koordinasiya olunması bu məlumatların tam dolğun ola biləcəyinin göstəricisidir. Ona görə də bu sazişin imzalanması əslində hər iki dövlətin həm məlumat mübadiləsi, həm də daha da yaxın münasibətlərin formalaşması baxımından olduqca vacibdir".

Qeyd edək ki, Azərbaycan XİN-nin mətbuat katibi Leyla Abdullayeva ve Türkiyə XİN-nin mətbuat katibi Hami Aksoy arasında saziş imzalanıb. Saziş katibliklər arasında əməkdaşlıq imkanları və birgə fəaliyyət haqqında yeni təşəbbüslər haqqındadır. /Avropa.info/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu da Roza Zərgərlinin “Son”u

Gömrük idarəsində ƏMƏLİYYAT

"Analar Günü" TƏSİS EDİLİR

Parlament seçkisinə hazırlıqla bağlı TAPŞIRIQ

“Qarabağ naminə qalib ol!” - MARAFON

Bu sərəncam 3000-ə yaxın şəxsə şamil olunacaq

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir