"Adətən, bu cür ssenarilər Kremldə yazılır, cızılır"
"Maraqlıdır, nə vaxt ki, Ağ Ev Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində təşəbbüsü ələ almağa cəhd göstərir, bu yöndə real addım atır, hər dəfə ön cəbhədə, təmas xəttində hansısa bir gərginlik yaşanır, təxribat baş verir, ordumuz itki verir, hərbçilərimiz şəhid olur".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.
Partiya sədri vurğulayıb ki, bu dəfə də eyni ssenari təkrarlanıb:
"ABŞ-da Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün başlanması ərəfəsində cəbhədə bir əsgərimiz həlak oldu. Bu hadisə sülh danışıqlarının məntiqinə, mahiyyətinə tamamilə ziddir. Mən inanmıram ki, cəbhə xəttində baş verən bu ağır hadisə məhz rəsmi İrəvanın istəyilə, Paşinyanın və yaxud Tonoyanın birbaşa göstərişi ilə baş verib. Düzdür, Paşinyan da, Tonoyan da avantürist və qeyri-normal psixikaya malikdirlər, ancaq onların heç biri bütün beynəlxalq siyasi dairələrin diqqətinin XİN başçılarının bu müzakirələrinə yönəldiyi bir vaxtda Ermənistanı bu cür pis vəziyyətdə qoyan, onu aqressor qismində göstərən belə bir təxribata yol verməzdi. Açıq-aşkar görsənir ki, bu hadisə onların kiçik beyinlərinin "məhsul"u deyil. Burda ayrı dəst-xətt hiss olunur. Cəbhədəki bu son təxribat kənar qüvvələrin və yaxud, marağı olan ölkələrin ssenarisi əsasında gerçəkləşdirilib. Adətən, bu cür ssenarilər Kremldə yazılır, cızılır".
LƏMAN
Versus.Az
Xəbər lenti
Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB
Dövlətin ekspert qruplarının işi davam edir