MDU-da ustad dərsləri

07:37 26-04-2024 | icon 273 | Təhsil
MDU-da ustad dərsləri

Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu arasında imzalanmış Anlaşma Memorandumu və 2024-cü il üzrə Birgə Fəaliyyət Planı uğurla icra olunur.

 

Versus.Az xəbər verir ki, institutun baş direktoru professor Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevir Dövlət Universitetində olublar.

 

Professor Misir Mərdanov, professor Ədalət Axundov və dosent Əbdürrəhim Quliyev MDU-da ustad dərsləri verdilər.

 

Ustad dərslərində MDU-nun Riyaziyyat kafedrasının bütün əməkdaşları, “Riyaziyyat müəllimliyi” və “Riyaziyyat və informatika müəllimliyi” ixtisaslarında təhsil alan tələbə və magistrantlar, Mingəçevir şəhəri üzrə Təhsil sektorunun müdiri hörmətli Sevinc Həsənova və Mingəçevir şəhərinin ümumtəhsil məktəblərində Riyaziyyat fənnini tədris edən bir qrup müəllim iştirak etdilər.

 

İştirakçılara Riyaziyyat və Mexanika İnstitutu adından kitablar hədiyyə edildi.

 

Konkret mövzulara həsr olunan və iştirakçılar tərəfindən böyük maraqla qarşılanan ustad dərsləri davamlı əsaslarda təşkil ediləcəkdir. Səfər müddətində Birgə Fəaliyyət Planının müvafiq bəndləri üzrə reallaşdırılacaq növbəti fəaliyyətlər razılaşdırıldı. Qarşılıqlı faydalı əməkdaşlığın elm və ali təhsilin inteqrasiyasına töhfələr verəcəyinə inanırıq.

 

Sonda rektor Şahin Bayramov göstərdiyi dəstəyə görə hörmətli Misir müəllimə təşəkkür edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ