"Sübut olundu ki, necə o, Elçibəyə xəyanət edibsə, eləcə də ona rahatlıqla xəyanət edə bilərlər"

15:06 26-09-2019 | icon 741 | Siyasət
"Sübut olundu ki, necə o, Elçibəyə xəyanət edibsə, eləcə də ona rahatlıqla xəyanət edə bilərlər"

AXCP sədrinə Türkiyədən sərt ismarıc

 

"Yaxın adamının xəyanətinə məruz qalan özünə siyasətçi deyə bilərmi? Siyasətdə ən önəmli məqam bir siyasətçinin ətrafına ona sadiq olan, sədaqətini əsla sorğulamayacağı, ya da sorğulamagi hətta ağlının yaxınina belə buraxmayacağı insanları toplamaq, toplaya bilməsidir heç şübhəsiz".

 

Versus.Az xəbər verir ki, bu barədə Türkiyədə fəaliyyət göstərən jurnalist Oktay Hacımusalı Musayev AXCP-də son günlər baş verən hadisələrə, xüsusilə müavini Fuad Qəhrəmanlının gizli səs yazısının ictimailəşdirilməsinə münasibətini açıqlayarkən deyib.

 

"Şübhəsiz ki, bu dünyada İlahi ədalət adlanan bir qavram var"

 

Onun sözlərinə görə, lider o şəxsə deyirlər ki, yaxın çevrəsindeki siyasilərin keçmişini, bu gününü və sabahını sorğulamadığı, ya da sorğulamağı ağlının ucundan keçirmədiyi kimi gərək kimsə də onun keçmişini, xüsusən də siyasi keçmişini sorğulamasın, yaxud da sorğulamağı ağlının ucundan keçirməsin. İQTİBAS:

"Bir zamanlar özü lideri hesab etdiyi şəxsə qarşı xəyanət edən, nəzarətində olan media orqanları vasitəsi ilə öz liderini təhqir etdirən, vəfat etdiyi gün haqqında hətta daha da irəli gedərək hərzə və hədyan yazdıran Əli Kərimli düşünürəm ki, sədaqətdən danışmalı və ətrafında sadiq axtarmalı olan sonuncu insandır. Şübhəsiz ki, bu dünyada İlahi ədalət adlanan bir qavram var və bu qavram bu günlərdə Fuad Qəhrəmanlının yayılan səs yazısı vasitəsi ilə Əli Kərimliyə bir daha sübut olundu".

 

"Sübut olundu ki, necə o, mərhum Əbülfəz Elçibəyə xəyanət edibsə, eləcə də ona rahatlıqla xəyanət edə bilərlər"

 

Jurnalist Ə.Kərimlinin zamanında "liderim" dediyi şəxsə qarşı törətdiyi ağılasığmaz xəyanətlərini də xatırlayaraq bildirib ki, artıq onun vaxtilə etdiyi həmin hərəkətləri məhz F.Qəhrəmanlı tərəfindən ona qaytarılır. SİTAT:

"Sübut olundu ki, necə o, mərhum Əbülfəz Elçibəyə xəyanət edibsə, eləcə də ona rahatlıqla xəyanət edə bilərlər. Sübut olundu ki, necə o, mərhum Əbülfəz Elçibəyin kürəyindən vurmuşdusa, eləcə də onu ən yaxınları kürəyindən vura bilər. Sübut olundu ki, necə o, zamanında partiyanın rəhbərliyinə gəlmək məqsədi ilə müəyyən xaricidəki antimilli ünsürlərlə əməkdaşlıq edirdisə, indi də Fuad Qəhrəmanlı eləcə xaricidəki müəyyən antimilli dairələrlə əməkdaşlıq edir və Azərbaycandakı Əli Kərimli dönəmini bitirməyə cəhd göstərir. Bu İlahi ədalət həm də dünyanın dəmir və taxta qapılardan ibarət olmadığını Əli Kərimliyə xatırlatdı. Xatırlatdı ki, partiya daxilində yeniləşmənin qarşısını almaq məqsədi ilə illərdir heç etdiyiniz Azərbaycan gəncinin həm özlərinin, həm də analarının ahı yerdə qalası deyil".

 

"Fuad Qəhrəmanlı Əli Kərimliyə yolunun üstündə dığırlanıb qalmış içi boş kötük kimi baxır"

 

Bu mənada, ətrafındakı insanlardan, xüsusilə gənclərdən öz çirkin və qaranlıq məqsədləri üçün istifadə edib, sonradan onları bir kənara atan Ə.Kərimlinin daxilindəki şeytançılıq obrazı və həmin obrazının F.Qəhrəmanlı tərəfindən alt-üst edən şarlatançılıq reallığı önə sürülüb:

"Xatırlatdı ki, evini, eşiyini, varini, yoxunu satdırıb xaricə siyasi sığınacaq almaq üçün göndərdiyiniz, kamplarda əsir yesir ortada qalan xalqımızın övladları hər gün sizin üçün dua edirlər. Hər halda bu duaların xoş niyyətli olmadığını özünüz də çox yaxşı bilirsiniz, Əli bəy! Düzdür, Fuad Qəhrəmanlı həmin səs yazısında "iqtidara işlədiyini" deyir, AXCP sədri Əli Kərimlidən isə sadəcə öz məqsədləri üçün istifadə etməyə çalışdığını vurğulayır, amma fikrimcə, F. Qəhrəmanlının əsl məqsədi siyasi ambisiyalarını realizə etməkdir və o, sizə əksər partiyadaşlarının baxdığı kimi yolunun üstündə dığırlanıb qalmış içi boş kötük kimi baxır. Çünki Azərbaycan siyasətində artıq sizə yer yoxdur, Əli bəy!"

 

"Bu ölkə Suriya olmadan, Liviya olmadan, Misir olmadan rahat yaşamaq istəyir"

 

Oktay Hacımusalı sonda onu da qeyd edib ki, artıq zaman, dövr dəyişdikcə, köhnə, nimdaş və yararsız siyasət cəmiyyət tərəfindən rədd eidlir: "Dövr dəyişib, ətrafınıza, dünyaya baxın, zəhmət olmasa! Psixoloji travmalarla dolu bir cəmiyyət istəmir bu ölkə. Tam tərsi bu ölkə Suriya olmadan, Liviya olmadan, Misir olmadan rahat yaşamaq istəyir. Bu ölkə milli maraqları uğrunda iqtidarı ile müxalifətini bir arada görmək istəyir. Qarşıdurma, xaos və anarxiya görmək istəmir. Məncə, bir mövcud vəziyyəti dəyərləndirin və düşünün, yaxın ətrafının xəyanətinə məruz qalan özünə deyə siyasətçi deyə bilərmi sizcə?" /sia.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı