“Müdriklik dərsləri. III hissə”

22:08 04-04-2018 | icon 1679 | Ədəbiyyat
“Müdriklik dərsləri. III hissə”

Sayca 13-cü kitab

 

Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini və Prezident yanında İdarəçilik Akademiyasının dosenti Aydın Mirzəzadənin “Müdriklik dərsləri” silsiləsindən olan üçüncü kitabı işıq üzü görüb.

 

Versus.az-ın məlumatına görə, kitab “Azərbaycan” nəşriyyatında çap edilib. Müəllif kitab haqqında sosial şəbəkədə təsüratlarını bölüşüb.

 

Kitabda həyat fəlsəfəsinə və insan münasibətlərinə aid olan 300 hekayət yerləşdirilib. Aydın Mirzəzadə bildirib ki, həmin hekayətlərin bir hissəsi bədii ədəbiyyat və internet resurslarından götürülüb, bir hissəsi isə özünün həyat təcrübəsindən olan misallardır. Hər dərs ibrətamiz bir hekayət kimi təqdim edilir:

 

"Hekayətlər 2016-2017-ci illərdə mütəmadi olaraq mənim "Facebook" sosial şəbəkəsindəki profilimdə verilib. İkinci hissədə olduğu kimi, bu hissədə də hər hekayətə əlavə kimi "Facebook"-da müəllifin ad-soyadı göstərilməklə şərhləri verilib. Kitabın üz səhifəsində atam Böyükkişi Mirzəzadənin böyük bacımla 1965-ci ildə çəkilmiş şəkli verilib".

 

Qeyd edək ki, tirajı 300 ədəd olan kitabın bir hissəsi dövlət və universitet kitabxanalarına, bir hissəsi isə kitab mağazalarında satışa veriləcək. Müəllif bildirib ki, kitabın növbəti - dördüncü hissəsinin nəşri 2020-ci ilin mart-aprel aylarına planlaşdırılır:

 

“Müdriklik dərsləri. III hissə” kitabı mənim sayca on üçüncü kitabımdır".

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR