Parlament seçkiləri bu tarixdə keçiriləcək

09:58 25-04-2024 | icon 283 | Siyasət
Parlament seçkiləri bu tarixdə keçiriləcək

Fuad Əliyev: "Şəffaf, rəqabətli, maraqlı bir seçki prosesi olacağına əminik"

 

Məlumatlı şəxsin sözlərinə görə, Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqustda keçiriləcək. Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxın 1 ayda, ən gec mayın sonuna kimi məzuniyyətə çıxmaq tövsiyə olunub. Məzuniyyətə çıxmaq istəməyənlərin dekabrdan tez bu hüquqdan yararlana bilməyəcəkləri vurğulanıb. Məlumatlara əsasən, növbədənkənar parlament seçkiləri ilə əlaqədar digər vəzifəli şəxslərin də məzuniyyət hüququ ilin sonuna kimi ertələnib. O da bildirilir ki, bəzi xəbər agentliklərinin rəhbərləri də işçilərinə avqustda məzuniyyətə buraxılmayacaqları ilə bağlı xəbərdarlıq edib. 

 

Prezidentliyə keçmiş namizəd Fuad Əliyev parlament seçkilərinə hazırlaşdıqlarını açıqladı.

 

Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyevin sözlərinə görə, seçkilərin gələn ilə keçirilməsi konstitusiyaya əsasən mümkün deyil, o səbəbdən yay aylarında seçki olmalıdır: 

 

“Bilirsiniz ki, dekabrda bələdiyyə seçkiləridir, ondan bir ay qabaq Bakıda möhtəşəm bir beynəlxalq tədbir keçiriləcək, ona görə də parlament seçkiləri əvvələ təyin oluna bilər. Amma bunun dəqiq zamanını bilmirik. Biz seçkidə iştirak edəcəyik, şəffaf, rəqabətli, maraqlı bir seçki prosesi olacağına əminik”.

 

Fuad Əliyev qeyd etdi ki, ilk dəfə azad edilən bütün ərazilərdə parlament seçkiləri keçiriləcək:

 

“Fevralın 7-də "Zəfər seçkisi" Xankəndidə, Şuşada, bütün Qarabağda oldu, indi də deputat seçimləri bu ərazilərdə olacaq. Ən maraqlısı odur ki, Rusiya hərbi kontingenti də ərazilərimizi tərk edir və bununla da tamamilə nəzarət dövlətimizdədir. Yəni olduqca tarixi proseslərə şahidik və yeni parlament Zəfərə adekvat olmalıdır, tərkibi rəngarəng, müxtəlif siyasi qüvvələri özündə əks etdirən Milli Məclis olmalıdır". /Yeni Müsavat/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ