Azərbaycan xalçaları bolqarıstanlı qonaqları heyran edib

15:29 28-09-2019 | icon 332 | Mədəniyyət
Azərbaycan xalçaları bolqarıstanlı qonaqları heyran edib

Ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin rektoru Xristo İliev Bondjolovun başçılıq etdiyi nümayəndə heyəti “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Abşeron filialı ilə tanış olub.

 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən Versus.Az-a verilən məlumata görə, filialın direktoru Rəfiqə Bəşirova qonaqlara xalça istehsalı emalatxanasının fəaliyyəti, burada toxunan xalçalar barədə məlumat verib.

 

Bildirilib ki, "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Abşeron filialı ötən ilin dekabrında fəaliyyətə başlayıb. Hazırda filialda 70 nəfərdən çox toxucu çalışır.

 

Qeyd olunub ki, burada əsasən Bakı qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Fəaliyyət göstərdiyi dövrdə filialda 500 kvadratmetrə yaxın xalça toxunub.


Emalatxanada toxunan xalçaların çeşniləri ilə maraqlanan qonaqlara məlumat verilib ki, dünyada xalça istehsalçısı olan ölkələr arasında xalça çeşnilərinin elektron variantının hazırlanması ilk dəfə olaraq məhz Azərbaycanda həyata keçirilir. Cəmiyyətin xalçaçı-rəssamları tərəfindən hazırlanmış elektron çeşnilər Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılır. Daha çox dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilir. Hər bir çeşni öz-özlüyündə xalça haqqında ilkin informasiya bazasıdır. Çeşni kağızı üzərində xalçanın ölçüləri, sıxlığı, arğac və əriş iplərinin sayı, həmçinin istifadə olunan rənglər haqqında məlumat verilir.

 

Sonra Veliko Tırnovo Universitetinin rektoru Xristo İliev Bondjolov emalatxanadakı hazır xalçanı kəsib.

Qonaqlar burada toxunan xalçalara heyran olduqlarını bildiriblər, onların keyfiyyəti və qiyməti ilə maraqlanıblar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür