BDU-nun rektoru Qazax filialında olub

14:14 02-10-2019 | icon 872 | Təhsil
BDU-nun rektoru Qazax filialında olub

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev universitetin Qazax filialında olub, kollektivlə görüşüb, tədris müəssisəsinin maddi-texniki vəziyyəti ilə maraqlanıb.

 

Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyətə başlayan təhsil ocağında 31 dərs auditoriyası, 2 kompüter otağı, 2 fənn laboratoriyası, 1 fənn kabineti, 2 oxu zalı, idman zalı və digər tədris vasitələri tələbələrin ixtiyarındadır. Filialda çalışan 179 əməkdaşdan 95 nəfəri professor-müəllim heyətidir. Əməkdaşlardan 3 nəfər professor, 20 nəfər elmlər namizədi-dosent, 12 nəfər baş müəllim, 59 nəfər isə müəllim kimi fəaliyyət göstərir.

 

Yeni tədris ilində filiala respublikanın 58 rayonundan 552 tələbə qəbul olunub, 17 ixtisas üzrə 1480 tələbə təhsil alır. Bu il ilk dəfə olaraq 4 ixtisasa magistr qəbulu aparılıb.

 

Rektor Elçin Babayev filialın binası, auditoriya və laboratoriyaları, maddi-texniki bazası ilə yaxından tanış olub, rəhbərlik və professor-müəllim heyəti ilə geniş söhbətlər aparıb, auditoriyalarda olaraq tələbələrin bilik səviyyələri ilə maraqlanıb. Rektor filialın inkişafı üçün lazımi işlərin görüləcəyini bildirib və gələcək inkişaf perspektivləri haqqında məlumat verib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür