“Həftə-həftə hamiləlik” TƏQDİMAT

12:07 07-10-2019 | icon 521 | Cəmiyyət
“Həftə-həftə hamiləlik” TƏQDİMAT

“Hamiləlikdə İnkişaf Portalı”nın fəaliyyəti çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Tibb Universitetinin müəllimləri tərəfindən hazırlanmış “Həftə-həftə hamiləlik” kitabının Bakı Kitab Mərkəzində təqdimat mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Ülviyyə Əkbərova “Hamiləlikdə İnkişaf Portalı”nın imkanları, istifadəçilərə faydasından, tətbiq olunan yeniliklərdən danışıb. Bugünədək portal çərçivəsində hamilə xanımların maarifləndirilməsi məqsədi ilə müxtəlif məlumat sessiyalarının, psixoloji konsultasiyaların və təlimlərin keçirildiyini və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev qadınların övlad sahibi olmazdan əvvəl maariflənməsi, sosial fəallığının artırılması, doğuşa psixoloji və tibbi hazırlığının mühüm şərt olduğunu bildirərək, “Hamiləlikdə İnkişaf Portalı” və “Həftə-həftə hamiləlik” kitabının bu baxımdan əhəmiyyətindən danışıb.

 

İştirakçılara “Hamiləlikdə İnkişaf Portalı”nın fəaliyyətinə dəstək məqsədi ilə hazırlanmış kitabın əhatə etdiyi mövzular barədə məlumat verilərək, nəşrin bütün xanımlar üçün anlaşıqlı olan sadə dildə yazıldığı və uyğun qrafik şəkillərlə dolğun izah olunduğu diqqətə çatdırılıb.

 

“Hamiləlikdə İnkişaf Portalı” və “Həftə-həftə hamiləlik” kitabı eyni zamanda həkimlər, tələbə və rezidentlər üçün də faydalı məlumat mənbəyidir.

 

Tədbirdə həmçinin portalın fəaliyyəti çərçivəsində hazırlanmış “HİP Kart”ın təqdimatı olub. Bildirilib ki, www.hip.az və ya İOS və Android əməliyyat sistemi üçün hazırlanmış mobil tətbiq vasitəsi ilə qeydiyyatdan keçmiş hamilə xanımların istifadəsi üçün nəzərdə tutulan bu kart, sahiblərinə tərəfdaş qurumların xidmətlərindən ödənişsiz və ya güzəştli əsaslarla yararlanmaq imkanı verir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…