Fərdi jurnalist yazıları müsabiqəsi elan edildi

12:59 07-10-2019 | icon 743 | KİV
Fərdi jurnalist yazıları müsabiqəsi elan edildi

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 1-10 oktyabr 2019-cu il tarixində keçiriləcək əhalinin növbəti siyahıyaalınması ilə bağlı tədbirlərin ictimaiyyətə dolğun şəkildə çatdırılması məqsədilə birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edir.

 

Müsabiqənin məqsədi

Azərbaycanda 1-10 oktyabr 2019-cu il tarixində keçiriləcək əhalinin növbəti siyahıyaalınması ilə bağlı maarifləndirmə tədbirlərinə töhfə vermək, əhalinin siyahıyaalınmasının əhəmiyyəti haqqında ictimaiyyəti geniş məlumatlandırmaq və əhali arasında təşviqat işlərini stimullaşdırmaq.

 

Müsabiqənin mövzusu

“Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi”

 

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

 

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Dərc olunmuş yazının sərlövhəsi təklif olunmuş mövzu ilə eyni olmalıdır.

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər.

4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməli, eyni zamanda saytlarda yerləşdirilməlidir.

5. Dərc olunmuş yazıda "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

 

Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir

Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzet və ya saytlar.

b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər və ya saytlar (1 il müddətində).

c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər və ya saytlar (6 ay müddətində)

 

Yazıların qəbul qaydaları

1.Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə

2.Yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) 1 nüsxə

3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə

4.Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə)

 

Tələb olunan sənədlər

1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya sistemindən çıxarılmış əmək müqaviləsi bildirişi.

2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə)

3. Şəxsiyyət vəsiqəsinin surəti,

4. Şəxsi VÖEN və surəti ,

5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı. Hesabın aktiv olması təsdiqlənməlidir).

Qeyd: İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna müraciət edə bilərsiniz.

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu 22 iyul 2019-cu il tarixində başlayır, 22 oktyabr 2019-cu il tarixində başa çatır.

Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

 

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

 

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Müsabiqədə I yer üçün 1 nəfər (1000 manat);

II yer üçün 2 nəfər (700 manat);

III yer üçün 3 nəfər (500 manat)

yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur.

Bundan əlavə, 10 yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcəkdir.

 

Qaliblər, həmçinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

 

İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):

Yazınınistiqaməti

 

Yazının adı

 

Müəllifin adı, soyadı, atasının adı

 

İşlədiyi KİV

 

Vəzifəsi

 

Yazının dərc olunduğu mətbuat orqanı

 

Ünvanı və poçt indeksi

 

-iş telefonu

 

-ev telefonu

 

-mobil telefonu

 

-elektron poçt ünvanı

 

Şəxsin imzası ________________ Baş redaktorun imzası ________________

M.Y.

Sənədlərin təqdim olunma tarixi: "____"__________ 2019-cu il

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.

Əlaqə telefonları: (012) 537 19 41; (012) 537 19 45;

Elektron ünvan: info@kivdf.gov.az, kivdf.info@gmail.com

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

AXCP sədr müavini: Dəyişən Rüstəm İbrahimbəyovun yerində Əli İnsanovun olmasıdır

“İstənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır”

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Əli İnsanovun onlarla birgə olması ilk öncə özünə təhqirdir"

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Ciyər xərçənginin ilkin əlamətləri açıqlandı

Sevindik Nəsiboğlu görkəmli şərqşünasın 80 illiyinə şeir həsr etdi

Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ

Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil təqdim edildi - FOTO