“Qiymət siyasətini dəyişmək lazımdır”

13:00 03-07-2023 | icon 847 | Cəmiyyət
“Qiymət siyasətini dəyişmək lazımdır”

Fuad Əliyev: “Azərbaycan öz turizm potensialını yaxşı reklam etmir”

 

“Azərbaycanda turizm biznesinin hələ gənc olması fikri ilə razı deyiləm”.

 

Versus.Az xəbər verir ki, bunu “Avrasiya” Agentliyinə müsahibəsində prezidentliyə eks namizəd, Azərbaycan Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev deyib.

 

Azərbaycanın müstəqilliyinin 30-cu ildönümünün qeyd edilməsini vurğulayan Fuad Əliyev bildirdi ki, bu dövrdə Azərbaycan iqtisadiyyatı daha da güclənib və yaxşı perspektivlər var:

 

“On minlərlə yol, o cümlədən sürətli yollar çəkilib, regionlarda infrastruktur bərpa edilib, mehmanxanalar, turizm mərkəzləri tikilib. Ona görə də Azərbaycanda turizm biznesinin hələ gənc olması fikri ilə razı deyiləm. Amma nədənsə qonşularımızla müqayisədə bu qədər üstünlüklərə malik olduğumuz halda, turizm baxımından hələ də onlardan geridəyik. Bu məsələ ilə məşğul olan insanlar öz yerlərində deyillər”.

 

Gürcüstan və hətta Ermənistanın turistlər üçün Azərbaycandan daha cəlbedici olmasının səbəblərindən danışan F.Əliyevin sözlərinə görə, birincisi, bu məsələ ilə məşğul olan məmurlar “öz yerində deyillər”, ikinci səbəb səbəb isə qiymətlərin yüksək olmasıdır:

 

“Otel və turizm mərkəzlərinin sahibləri milyonçu olmaq istəyirlər. Otellərdə və ya turizm mərkəzlərində bir dəfə qalan bir şəxs ora ikinci dəfə gəlməyəcək. Üçüncü məsələ isə aviabiletlərin qiymətlərinin bahalığıdır. Gürcüstan və ya Ermənistana uçuş Azərbaycana aviabiletdən daha ucuz başa gəlir. Azərbaycanın turizmin inkişafı üçün yaxşı potensialı var. 11 iqlim qurşağından 9-u Azərbaycandadır. Yay və qış tətillərinin təşkilində, istirahət və xaykinq turların təşkilində böyük imkanlar var”.

 

Fuad Əliyev hesab edir ki, Azərbaycan öz turizm potensialını yaxşı reklam etmir:

 

“Hesab edirəm ki, Azərbaycanda turizm reklamı ən aşağı səviyyədədir. Görün Türkiyə və Dubay turizm agentlikləri rusiyalı turistlər üçün necə “mübarizə aparır”. Maldiv adaları, Seyşel adaları… Siyahını davam etmək olar. Azərbaycan Rusiya media məkanında təkcə Türkiyə və Dubayın tur kampaniyaları ilə deyil, Gürcüstan və Ermənistanın tur kampaniyaları ilə də rəqabət apara bilmir. Gənclər, orta gəlirli vətəndaşlar, ailəsi ilə birlikdə istirahət edənlər, bir qayda olaraq, hər kəs ucuz turpaketlərə maraq göstərir. Amma qiymət siyasətini dəyişmədən, yuxarıda qeyd olunan problemləri həll etmədən, reklama xərclənən pullar sadəcə olaraq boş yerə gedəcək”.

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür