DEMANDAN TÜRKÜSTANA UZANAN YOL...

13:53 09-04-2018 | icon 1291 | Köşə
DEMANDAN TÜRKÜSTANA UZANAN YOL...

 

 Və yumaq sarıyanların YOL biznesi

 

İGİD TEYMURLU

 

Sizə hardan deyim, kimdən deyim, ərazisində 3 dənə urus, bir dənə gürcü, 2 dənə də milləti bilinməyən 2 adam və ümumi əhalisinin sayı 65 min 200 nəfər (?) olan YARDIMLI RAYONUndan. Bir də əhalisinin sayı 440 min 101 nəfər olan NAXÇIVANdan. Niyə məhz bi iki yer? Çünki bunları birləşdirən bir karvan yolu Demanın yaxınlığından keçib Naxçıvana, oradan da Türküstanı adlayandan sonra ta Çinə qədər uzanıb gedir. Bu Yolu tanımaq lazım. Əks halda yoldaşı qarğa olanın yediyi nə olacaq dilemmasıyla üz-üzə qalan Yol bilməyənə yol göstərməksə yoldaş haramısı olmamaqdan irəli gəlir. Yoldan çıxmaq eyib olmasa da, ancaq yola gəlməmək ayıbdır. Hər kəs öz ayıbına qısılsın…

 

İndi nə olsun ki, unutmuşuq. Unutmuşuq ona görə ki, unutdurublar və unutdururlar. Millətə sosial problemlər yaşatmaqla yerli əhalinin Rusiyanın ucqarlarına iş dalınca getməsinə, Bakının “qul” bazarlarında hambal kimi işləməsinə göz yuman harınlamış məmur təbəqəsi bütün bunları etməklə əslində dövlətin öz vətəndaşına sahib çıxa bilməməsi görüntüsünü yaradırlar. Bizi yoldan keçən sananlar bizə yumaq sarıtdırmaq eşqinə düşüb. Siz torbası çiynində olan yolçularla öz məsləki, öz amalı və uğrunda can qoymağa hazır olan öz ideyası olan YOL ADAMInı çalpaşıq salmayın…

 

Yazdıqları imladan sərməst olanlara yetər, indi qoy burda sözümü kəsim, keçək sərbəst mövzuya. Özü də lap o gəldiyim kəndin ləhcəsiylə deyim ki, yeri gələndə siz də istifadə edib deyəsiniz ki, bəs biz də orada olmuşuq. Cənnət məkan Naxçıvandan danışmaq üçün hələlik vaxtımı saxlayıram, ərz edəcəklərim ancaq Yardımlıya aiddir. Deyəcəklərim də öz kəndimizin ləhcəsindədir haaaa, başqa yurddan gələn avaz dap is deyil. Ancaq keşgə oxunan Quran olsa və Qurandırmı?..

 

İNDİ AY ALLAH ƏVÜZİ ÜÇÜRTMƏSÜN, nöş gedib o yerrərə baş çəkmeysüz?!

 

İNDİ AY ALLAH ƏVÜZİ ÜÇÜRTMƏSÜN, bə axi biz qaz ölkəsiyüg, nöş Alçabulağ kəndinə qaz vermeysüz e, biz irannularun yanində betdam eleysüz?!

 

İNDİ AY ALLAH ƏVÜZİ ÜÇÜRTMƏSÜN, bə bu gecə-gündüz ekalogiyadan danişeysüz haa, xəbərüz var ki, Yardımlıda day bi dənə də olsun ağac qalmeyib, camahat adi gillik kolunu qımağçün qirənisi o taya keçib çılğa gətürey!!!

 

İNDİ AY ALLAH ƏVÜZİ ÜÇÜRTMƏSÜN, xəbərüz var ki, həzrəti Abbasun düşən qolları haqqı, Yardımluda iş yeri deyəndə adamun ulğumun üzeylər ki, dədəvay sən nə danişdün, qadalaruy alım, o iş hardadu, tez yerin mənə deginən, balalarım acindən qırıldı, Ceyhunun mağazasinə 200 şirvan borcim var, qoy gedim işdeyim, pılın qaytərim, gora borjdü getmeyim!!!

 

İNDİ AY ALLAH ƏVÜZİ ÜÇÜRTMƏSÜN, oni bileysüz ki, hələ Yardımluda bi dənə də olsun svetafor yoxdu e, bə bu nə təhər inkişafdu, qağa?!

 

İNDİ AY ALLAH ƏVÜZİ ÜÇÜRTMƏSÜN, Yardımluda ancaq seyid, molla istehsalı baş alıb gedey ki, olar da hər adam öləndə bi dənə yasin oxuyub adamlar həm öz dımbılların doldureylər, həm də yerrü camahatı xurafata, mövhumata sürükleylər!!!

 

İNDİ AY ALLAH ƏVÜZİ ÜÇÜRTMƏSÜN, xəbərüz var ki, kənddərdə toyuq başi kəsən kişi xeylağı qalmeyib, həmisi oriyə-bıriyə gedib çörəy daliycən!?

 

İNDİ AY ALLAH ƏVÜZİ ÜÇÜRTMƏSÜN, bə gücə-gündüz deysüz haa, məhtəb dölətün nə bilim nəyidü haaa, axi Yardımluda belə bi şey yoxdu. Bundan qabağa məhtəblərdə qız uşağlarinün gəlməsinün dərdin çəkeydüg, indi day heç oğlan uşağlari də gəlib eləmeylər dərsə!!!

 

İNDİ AY ALLAH ƏVÜZİ ÜÇÜRTMƏSÜN, o səhiyyə deysüz haa, Allah irəhmət eləsün o ESESERİYƏ, nə yaxşi ki, adam arasinə çıxan bi xəstəxana tihdi e bizçün, hələ bi gedün oranun avadannığlarına baxun da!!!

 

İNDİ AY ALLAH ƏVÜZİ ÜÇÜRTMƏSÜN, ilün-günün bu vaxtində sizün oliqarxlar imkan vermədi ki, bu rayonda camahat bi dənə şaddığ əvi tihsün, oni də bizə çox gördüz!!!

 

İNDİ AY ALLAH ƏVÜZİ ÜÇÜRTMƏSÜN, yox, yox, bunu Sizə daxılllığı yoxdu, ama Allah helə olarun da əvlərin üçürtməsün, xəbərüz var ki, bizm dölətimizün, millətimizün bütö tarixi mal-heyvan ayaği altində qalıbdu. Başdəri batmiş Tarix və Arxeologiya İnistituna naxarta yalvarmağ olar, gör heç gəlib araşdıran var!?

 

İNDİ AY ALLAH ƏVÜZİ ÜÇÜRTMƏSÜN, Yardımlıdakı problemləri saymaqla bitməz Allahun Birrigi haqqi!

 

VƏ GENƏ DƏ AY ALLAH ƏVÜZİ ÜÇÜRTMƏSÜN, görün bu dağlar gözəli olan və dağlar qədər vüqarlı olan bir rayonu, sizlər nə kökə salmısınız ki, çilingağacı oynayan uşaqlar gör nəylə fəxr edirlər: “ZA TO, ODU EEEE, STATİSTİKA KOMİTƏSİ MONİTORİNQ APARIB Kİ, AZƏRBAYCANDA ƏHALİYƏ DÜŞƏN EŞŞƏKLƏRİN SAYINA GÖRƏ YARDIMLI ÖLKƏ BİRİNCİSİDİR. 65 MİN ƏHALİSİ OLAN Yardımlıda 39 min 483 dənə eşşək var. Qulaqlarını da aşağı sallayıb eşşək kimi işləyirlər, yeyib dağıdan da atlardır...

 

Həə, gör mətləbdən nə qədər uzaq düşdüm. Neyləyim, dəyərli aydınlarımızdan olan şair qardaşım RAFAEL HƏBİBOĞLUnun fitvasına gedib mən də onun gecə-gündüz təriflədiyi bir serialın iki hissəsinə baxmışam: birində lap axırına çatmışdım, birində də balaca Aydınım imkan vermədi ki, görüm hələ bunlar nədən danışırlar ki, bəlkə bu adamların diqqətini yuxarıda sadalanan dərdlərə yönləndirə bildik, bir çarə bulduq. Ancaq bulmadıq və Aydın kişi də düz elədi.

 

Ay Allah evinizi yıxmasın, sizin xəbəriniz varmı ki, bu gün Azərbaycan AUTİZM VƏ DAUN SİNDROMUNUN YAYILMASINA GÖRƏ DÜNYADA ÜÇÜNCÜ YERDƏ DAYANIR?!

 

Bax kopayoğludu yalan deyən, bəlkə heç çoxları da bilmir bu sindrom nə olan şeydir, Sərdar Cəlaloğludan başqa...

O biri namizədərlə işim yox. Bu Fərəc Quliyev var haaa, bax bu adamın fəaliyyəti az da olsa mənə yaxşı bəllidir. Çünki adamın seçicisiyəm. Bəlkə danışıb, mənim xəbərim yox. Onun bir TAB deyilən strateji kursu var idi, nədənsə heç bir dəfə də olsun axır vaxtlar adam bu kursdan danışmır e? Nə olub görən?..

 

Və mənə maraqlıdır e. Sosinterndən, Mosinterndən, Əlidən, Vəlidən, Pirvəlidən, Nato-dan, BMT-dən, ATƏT-dən, saymaqla bitməyən zırrama təçkilatlar və onların fəaliyyətindən danışan, onların fəaliyyətlərini təftiş edən çox hörmətli namizədlər heç 440 min 101 nəfər əhalisi olan və bunun da içindən 213 min 739 nəfər passiv seçicisi olan Naxçıvandan və 65 min 200 nəfər olan əhalisiylə 40830 seçicisi olan Yardımlıdan nədənsə heç danışmadılar e!? Getmədilər - nə Naxçıvana, nə də Yardımlıya!? Mən başa düşmürəm, sizə 213 min 739 üstəgəl 40 min 830 nəfər seçicinin səsi dəyərli deyil!? Ya bunu heçə sayırsınız!? Və dövlət sizə pul da verib, nədən bunca xəsis oldunuz ki, bir dəfə də olsun gedib o Naxçıvanla Yardımlının əhalisiylə görüşmədiniz? Və özüm qəsdən “3 rus, 1 gürcü və 2 dənə milləti bilinməyən” Yardımlı sakinlərindən danışmadım. Çünki biz hamımız bir yoldayıq - üzü Demandan Türküstana uzanan Yolda. Yola körpü saldım ki, yol gedən yorulmasın... Və bir millət olaraq yolumuz hər zaman açıq olsun...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür