"Türk Şurası çərçivəsində iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması əsas hədəflərdən biridir"

12:26 14-10-2019 | icon 262 | Siyasət
"Türk Şurası çərçivəsində iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması əsas hədəflərdən biridir"

Türk Şurası çərçivəsində iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması əsas hədəflərdən biridir.

 

Versus.Az xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin görüşü zamanı Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov deyib.

 

O qeyd edib ki, Türk Şurası dövlət başçılarının Özbəkistanın quruma daxil olması ilə bağlı birgə bəyanatı növbəti sammit çərçivəsində qəbul olunacaq:

“Ümid edirəm ki, tərəfdarımız olan Türkmənistan da Özbəkistanın nümunəsini təkrar edəcək. Bu, təşkilatın nüfuzunu daha da möhkəmləndirəcək”.

 

Nazir bildirib ki, bu gün XİN rəhbərlərinin görüşündə Macarıstanın Türk Şurasının Mədəni İrs Fondunda müşahidəçi qismində təqdim olunması barədə qərar qəbul olunacaq:

“Biz Macarıstanın türk dünyasına getdikcə daha çox inteqrasiya olunması səylərini dəstəkləyirik”.

 

Nazir Türk Şurasında sədrliyin qəbul olunması ilə bağlı Azərbaycana uğurlar arzulayıb.

Daha sonra Ç.Aydarbekov qeyd edib ki, Türk Şurasının BMT Baş Assambleyasında və İslam Əməkdaşlık Təşkilatında müşahidəçi statusunun alınmasında səylərini dəstəkləmək lazımdır. Bundan başqa, Türk Şurasının TürkPA, TÜRKSOY kimi təşkilatlarlarla əməkdaşlığı gücləndirilməlidir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?