Başın ağrıyırsa, bunları et

08:00 15-10-2019 | icon 371 | Sağlamlıq
Başın ağrıyırsa, bunları et

Payızda havanın hərarəti dəyişik olduğundan və mövsüm keçidi ilə bağlı bir çox insanlarda baş ağrıları müşahidə olunur. Mütəxəssislər, orqanizmin alışmadığı üçün belə ağrıların baş verməsini normal hal kimi qəbul edirlər. Müəyyən üsullar vasitəsilə bu ağrılardan xilas ola bilərsiniz.

 
 
Versus.Az Medicina.az-a istinadən həmin müalicə üsullarını təqdim edir:
 
 
Nanə yağı baş ağrısını dərmansız aradan qaldıran möcüzəvi üsuldur. Qaynar suyun içinə bir miqdar nanə yağı əlavə edib yenə bir müddət buxar vannası qəbul edin.
 
 
Nanə çayı isə ağrını rahatlaşdırmaq üçün istifadə edilən güclü sakitləşdiricidir. Çobanyastığı çayı da ağrını azaltmağa yardım edir. Odur ki, iftarda qara çayla yanaşı bitki çaylarına da yer verin.
 
 
Reyhan yağı baş ağrısını müalicə edir. O, beyin sinirlərini sakitləşdirir.
 
 
Kətan toxumu ilə baş ağrılarınızı azalda bilərsiniz. Omeqa 3 baxımından olduqca zəngin olan kətan toxumu baş ağrısının səbəb olduğu iltihabları aradan qaldırır.
 
 
Müəyyən masaj texnikaları ilə qısa müddətdə baş ağrısından xilas olmaq mümkündür. Əllərinizlə başınıza dairəvi hərəkətlər edərək masaj edin.
 
 
Qaşların arasından alnınıza doğru və burun deşikləri üzərindən göz kənarlarına doğru masaj edərək baş ağrısını azalda və ya tamamilə yox edə bilərsiniz. Yaxud da gicgahlarınıza 2 kartof dilimi qoyaraq 30 dəqiqə gözləyin.
 
 
Sarımsaq ilə də effektli nəticə əldə edə billərsiniz. Bunun üçün sarımsaq suyunu 1 xörək qaşığı bal ilə qarışdırıb udun. 
 
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür