"İnzibati amillərlə repetitorluğun qarşısını almaq az effektli yoldur"

18:25 17-10-2019 | icon 665 | Təhsil
"İnzibati amillərlə repetitorluğun qarşısını almaq az effektli yoldur"

İnzibati amillərlə repetitorluğun qarşısını almaq az effektli yoldur.

 

Versus.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında keçirilən mətbuat konfrasında Təhsil naziri Ceyhun Bayramov bildirib.

 

Repetitorluğun bütün dünyada mövcud olduğunu deyən nazir əlavə edib ki, bölgələrdəki ucqar məktəblərdə təhsil alan, repetitor tutmağa imkanı olmayan ailələrin övladlarının, internat məktəblərinin məzunlarının ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərməsinin şahidi olmuşuq:

"Repetitor faktoru mövcuddur, bunu hamımız bilirik. Bu təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif təhsil sistemlərində bu və digər formada repetitorluq amili var. Repetitor tutmağa imkanı olmayan ailələrin övladlarının yüksək nəticələr göstərməsi bunu bir daha təsdiq edir ki, məktəb bazasında işlər düzgün təşkil edilərsə, yüksək nəticə əldə etmək mümkündür. X-XI sinif səviyyələrində təhsilin keyfiyyətinin artırılması üçün tapşırıqlar verilib. Bu il və növbəti illər ərzində bu məsələni ciddi nəzarətdə saxlayacağıq”.

 

C.Bayramovun sözlərinə görə, məktəblərdə təmayül siniflərinin yaradılmasının əsas məqsədi də odur ki, X-XI sinif şagirdləri ali təhsil almaq istədikləri ixtisas üzrə fənlərə daha çox köklənsin. Həmin fənlər üçün əlavə saatların paylanması, direktorlar tərəfindən tam orta təhsil səviyyəsində məktəbin ən təcrübəli müəllimlərinin bu işə cəlbi hesabına keyfiyyətli təhsil təşkil etmək mümkündür.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?

Yer tarixinin ən iri ilanının QALIQLARI