Qənirə Paşayeva Şimali Makedoniya rəsmiləri və Balkan ölkələri təmsilçiləri ilə görüşüb

14:14 12-11-2019 | icon 48 | Cəmiyyət
Qənirə Paşayeva Şimali Makedoniya rəsmiləri və Balkan ölkələri təmsilçiləri ilə görüşüb

Millət vəkili Q.Paşayeva Şimali Makedoniya rəsmiləri və Balkan ölkələri təmsilçiləri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb.

 


Şimali Makedoniyaya səfər edən millət vəkili Qənirə Paşayeva bu ölkənin Mədəniyyət naziri Hüsnü İsmail ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, görüş zamanı Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük əhəmiyyət verdiklərini qeyd edən Şimali Makedoniyanın Mədəniyyət naziri Hüsnü İsmail bildirib ki, Azərbaycan və Şimali Makedoniya arasında bütün sahələrdə əməkdaşlıq genişlənir və ölkəsi dost Azərbaycanla bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsində çox maraqlıdırlar.

 

Q.Paşayeva görüşdə Ermənistanın törətdiyi vandalizm aktlarından, beynəlxalq ictimaiyyətin bununla bağlı etirazını bildirməsinin vacibliyindən danışıb.

Şimali Makedoniyanın mədəniyyət naziri iki dost ölkə arasında əməkdaşlığın daha da genişlənməsində hökumətlə yanaşı millət vəkilləri, qeyri-hökumət təşkilatları və biznes qurumları arasında əməkdaşlığın genişlənməsinin də böyük əhəmiyyət daşıdığını vurğulayıb və geniş fikir mübadiləsi aparılıb.

 

Millət vəkili Qənirə Paşayeva Şimali Makedoniya Türk Milli Birlik Hərəkatı Partiyasının sədri Ərdoğan Saraç ilə də görüşüb. Azərbaycan ilə Şimali Makedoniya arasında münasibətlərin bütün sahələrdə daha da genişləndiyini qeyd edən millət vəkili ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayıb. O, Azərbaycanın Şimali Makedoniya ilə münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırımı törətməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımlarının Şimali Makedoniya cəmiyyətində daha da geniş yayılmasına böyük ehtiyac olduğunu deyən Qənirə Paşayeva bu istiqamətdə Türk Milli Birlik Hərəkatı Partiyasının gördüyü işlərə görə Ərdoğan Saraça təşəkkür edib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar.

Millət vəkili Azərbaycan həqiqətlərinin Şimali Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində Türk Milli Birlik Hərəkatı Partiyasının öz səylərini bundan sonra da daha da artıracağına inandığını da deyib. “Azərbaycanın dərdi bizim dərdimizdir”, - deyən Ərdoğan Saraç Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının və soyqırımların Şimali Makedoniya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində gördükləri işlərdən danışıb və bu istiqamətdə fəaliyyəti bundan sonra daha da sürətləndirəcəklərini bildirib. O deyib ki, o  bu məsələni daim gündəmdə saxlayır və saxlayacaqlar. O, Azərbaycan türkləri ilə Şimali Makedoniya türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində böyük imkanları nəzərə alaraq ikitərəfli səylərin daha da artırılmasının vacibliyini vurğulayıb. Ərdoğan Saraç Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində öz səylərini bundan sonra daha da artıracaqlarını bildirib.

 

Q.Paşayeva Şimali Makedoniyada MATÜSİTEB - Makedoniya Türk Sivil Toplum Teşkilatları Birliğinin rəhbərliyi və üzvləri, Şimali Makedoniyada yaşayan Türk icmasının fəalları, siyasətçiləri, QHT və KİV təhbərləri ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb. Millət vəkili bildirib ki, Azərbaycanla bağlı, Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı məlumatların bu ölkədə daha da geniş yayılmasında qardaş-bacılarımızdan səyləri daha da artırmalarını gözləyirik.

Azərbaycanla bağlı, Qarabağ həqiqətlərinə dair Makedoniya dilində kitabın nəşr olunması, əməkdaşlığın daha da genişlənməsi istiqamətində konkret layihələr ətrafında geniş müzakirələr aparılıb. MATÜSİTEB - Makedoniya Türk Sivil Toplum Teşkilatları  Birliğinin rəhbvərliyi və üzvləri, Makedoniyada yaşayan Türk icmasının fəalları, siyasətçiləri, QHT və KİV rəhbərləri Azərbaycan və Makedoniya arasında əlaqələrinin daha da artması üçün daha da fəal çalışacaqlarını deyiblər.

 

Q.Paşayeva Şimali Makedoniyaya səfəri çərçivəsində qardaş Türkiyənin Makedoniyadakı səfirliyini də ziyarət edib və Türk dünyası, birliyin güclənməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda Türkiyənin Makedoniyadakı səfirliyinə Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edilib. Q.Paşayeva Şimali Makedoniyada keçirilən 5-ci Yahya Kemal Beyatlı Şiir Festivalı üçün bu ölkəyə səfər edən Balkan ölkələrinin ictimai-siyasi xadimləri, şairləri, yazarları, aydınları, QHT və KİV rəhbərləri ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb. Görüşlər zamanı Azərbaycan türkləri ilə Balkan ölkələrində yaşayan türklər arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi  istiqamətində səylərin daha da artırılmasını vacibliyi, bu ölkələrdə Azərbaycan həqiqətlərinin daha da geniş yayılmasının önəmi vurğulanıb və konkret layihələr ətrafında müzakirələr aparılıb.

Versus.Az

Xəbər lenti

Abşeron sakinləri ağacəkmə kampaniyasında fəal iştirak edirlər

Rayonun musiqi məktəblərinin yetirmələrinin nağara və sazda ifaları, rəqsləri tədbirə əlavə rəng qatıb

650 min ağacın əkilməsi şairin doğulduğu şəhərdən başlanıb

"YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək"

"Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq"

Əhalinin təbii artımı azalır

Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

“Həyəcan” düyməsi

ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

"Mənim münaqişələri birdəfəlik həll etməklə bağlı sehrli formulum yoxdur"

"Yuxarı vəzifələrdə işləmək üçün müraciət edənlərin sayı azdır"

Sabah ölkə üzrə bir gündə 650 min ağac əkiləcək

"Xaricdə erməni diasporasının güclü olması şişirdilmiş məsələdir"

BSU-da “Abdulla Şaiq bizim mənəvi irsimizdir” mövzusunda dəyirmi masa keçirilib

Ali məktəblərə qəbul imtahanlarının tarixi dəyişə bilər?

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu prosesdə uğur qazanmağın yolu budur ki...”

"Seçkilərdə iştirak etməyən partiyanın mövcudluğu gülməlidir" - MÜSAHİBƏ

Bu xəstəlik də "cavanlaşıb"

Qarabağa gedən Yolumuz və ölü erməni

 Yeni mərkəz yaradılır - “Qarabağ Tribunası” 

Mifik "batalyon", sərt ittihamlar və Cümşüd Nuriyevdən açıqlama

"Biz insanlara vəzifəsinə deyil, şəxsiyyətinə görə dəyər verərik"

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Burda evlər bir avroya satılır - FOTO

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

713- ün HOÇAZDA SON ŞƏHİDİ

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyindən nəcib təşəbbüs

"Siyasi partiya və müstəqil fəalları parlamentin yenilənməsində aktiv olmağa çağırıram"

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

"Haqq-ədalət bir az acı olur, nəyisə deyirsən, səni “vururlar”"