Müsavat ictimai qınaq altında

15:12 15-11-2019 | icon 346 | Siyasət
Müsavat ictimai qınaq altında

Partiyanı "makler" yuvasına çevirdiniz!

 

Müsavat Partiyası üzvlərinin qanunsuz miqrasiya işləri və "siyasi mühacir alveri"nə görə Almaniya polisi tərəfindən həbs edilməsi ilə bağlı sosial şəbəkədə müzakirələr davam edir. Belə ki, Müsavat Partiyası funksionerləri müxtəlif paylaşımlar etməklə vəziyyətdən çıxmağa çalışırlar. Sosial şəbəkə istifadəçiləri, əsasən də müxalifətin digər qanadına mənsub şəxslər isə əks arqumentlərlə çıxış edərək onların yalanlarını üzlərinə vururlar.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, Müsavat Partiyasının sədri Arif Hacılının "Avropadan soydaşlarımız deport olunur. Onların öz məqsədi var. Ərazisində miqrantların sayını mümkün qədər azaltmaq hər Avropa ölkəsinin dövlət siyasətidir" - deyə yazdığı statusa onlarla təhqiredici rəy yazılıb.

 

Taleh Koç adlı istifadəçi bildirib: "Çox düşük adamlarsınız. Adım və soyadım bəlli və çox açıq şəkildə deyirəm, sadə və mənim kimi halal pul qazanan insanların yaddaşında saxtakarlıqdan başqa heç nə ilə yadda qalmadınız. Vicdan əzabı çəkirsiniz heç? Siz bir ləkəsiniz! Heç bir partiya üzvü də deyiləm ki, deyəsiniz ki, bu kimdir? Sadə xalqın övladıyam. Ayıb olsun və utanılacaq çox şeyim olduğunu düşünürəm, çünki siz bir partiyanı "makler" yuvasına çevirdiniz".

 

Müsavat başqanının müavini Səxavət Soltanlının da bu istiqamətdə yazdığı statusa təxminən eyni rəylər gəlib.

S.Soltanlı "Facebook"da belə yazıb: "Almaniyada bu günlərdə baş verən hadisələri biz də öz tərəfimizdən araşdırmaqla məşğuluq. Bu məsələ 3 ildir başlanılan kompleks araşdırmadır, yalnız Almaniyanı əhatə etmir. Bir çox maraqlı faktlar var...".

Fuad Rəhimli adlı şəxs isə cavab olaraq yazıb: "Hər yerdə hər cür oyundan çıxib sonra deyirsiniz ki, olay siyasidir. Sosial problemini həll etmək üçün xaricə gedib sonra siyasətçi olur hamı".

 

Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

 

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…