Müsavatın "mühacir oyunu" ifşa edildi

12:12 16-11-2019 | icon 100 | Siyasət
Müsavatın "mühacir oyunu" ifşa edildi

Keçmiş müsavatçı da Arif Hacılı ilə Gülağa Aslanlını fakt qarşısında qoydu

 

Bu qәdәr hәngamәdәn sonra Gülağa Aslanlı (Müsavat Partiyasının sədr müavini - red) yenә deyir ki, fakt qoyun. Bu qәdәr fakt yetәrli deyilmi? Deyilsә, Arif Hacılının Müsavat partiyasının sədri - red) orijinal imzası, Müsavatın halalca möhürüylә "geydirmә siyasi mühacir"ә verilәn bir arayışı da paylaşıram. Bilirәm ki, bir yol tapıb, boyunlarından atmağa çalışacaqlar. Önәmli deyil, sadәcә mәlumatlanın. İçi saxta vә yalan mәlumatlarla dolu bir arayışdan gedir söhbәt.

 

Versus.Az xəbər verir ki, bunu Avropada yaşayan keçmiş Müsavatçı jurnalist Yafəz Əkrəmoğlu Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın Müsavat partiyası üzvlərinin "mühacir alveri"nə görə saxlanmasına partiya təmsilçilərinin reaksiyası barədə danışarkən deyib.

 

Jurnalist bildirir: "Bu arayışı Arif Hacılı 2014-cü ildә Avropaya mühacirәtә getmәk istәyәn bir naxçıvanlıya verib. Hәlәlik adının üstündәn xәtt çәkib paylaşıram. Arayışda yazılıb ki, arayış verilәn "qәhrәman" MP Babәk rayon tәşkilatı gәnclәr özәyinin fәal üzvüdür. Birinci YALAN: Müsavat Partiyası Naxçıvan MR әrzisindәki Tәşkilatların heç birindә GӘNCLӘR ÖZӘYİ OLMAYIB. Sadәcә, arayış belә yazılıb ki, daha tәsirli görsәnsin.

 

Arayışın içәrisindәki "TӘZYİQӘ MӘRUZ QALIB", "POLİS TӘQİBİ", "mühacirәtә getmәyә mәcbur oldu" kimi digәr mәlumatlar da tam yalandı, şәxsin rahat siyasi mühacir statusu almasına hesablanıb. Bunları nәyә görә әminliklә yazıram? Çünki mәn uzun müddәt Müsavatın Naxçıvan MR tәşkilatında rәhbәr postlarda olmuşam. Naxçıvanda elә bir müsavatçı fәal (yaxud azacıq fәal) yoxdur ki, indi dә tanımayım. Bütün tәzyiqә mәruz qalan müsavatçılar jurnalist olduğuma görә hәr zaman, anında, dәrhal mәnә mәlumat verirdilәr ki, işıqlandırım. Bu, 2015-ci ilә kimi belә davam edib. Kimlәrin tәzyiqә mәruz qala bilәcәyini indi dә әzbәr bilirәm. Arayışda yazılana inansaq, bu şәxs 2008-ci ildәn partiya üzvüdür. Hәqiqәtәn tәzyiqlә üzlәşәn belә bir fәalı mәnim tanımamam mümkünsüzdür.

 

Qәti әminliklә deyirәm ki, hansısa siyasi fәal olan naxçıvanlı müsavatçı indiyә kimi mühacirәtә gәlmәyib. Kimliyindәn asılı olmayaraq. Әgәr belә bir şәxs olsa, mütlәq mәn tanıyardım.

 

Arif Hacılının arayış verdiyi bu şәxsi isә mәn qәtiyyәn tanımıram. Harada, necә, hansı mәqsәdlә müsavatçı edilib, bu arayış yazılıb, özlәri cavab versin.

 

Arayışda adı çәkilәn şәxs heç vaxt Naxçıvanda müsavatçı olmayıb. Olsa da belә, Bakıdakı qәrargahdakı arxivә saxta yolla, köhnә tarixә "oformıt" edilib. Yaxud da, heç onu da etmәyiblәr.

 

Bu yaxınlarda Arif Hacılıgil güya şәffaflıq mәqsәdiylә mәlumat yaydılar ki, son 5 ildә 197 әdәd arayış veriblәr. Ancaq arayış alanların kimliklәri haqda mәlumatı ciddi-cәhdlә gizlәdirlәr. Araşdırmalarımıza görә bu rәqәm әslindә dәfәlәrlә artıqdır. Bundan әlavә böyük әksәriyyәt arayışların içәrisindәki mәlumatlar bax, paylaşdığım arayışdakı mәlumatlar kimi saxtadır. Elә buna görә arayış sahiblәrinin kimliklәrini paylaşmırlar. Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr. Bax, buna görә. Etmәyin, demәsinlәr.

 

PS: Arayışda adı keçәn şәxs, 2014-cü ildә Avropa ölkәlәrinin birinә mühacirәtә gedib. Haqqında mәnfi qәrar çıxarılıb, siyasi status ala bilmәyib. Yәni arayışdakı yalan mәlumatlar belә ona kömәk etmәyib. Onun sonrakı taleyini vә adını göstәrmәmәkdә mәqsәd qarşılaşa bilәcәyi tәhlükәni önlәmәkdi. Yәni, bizim әlimizlә olmasın".

 

Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

 

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müsavat Partiyası funksionerləri isə hər vəchlə məsuliyyətdən yayınmağa, ictimai qınaqdan qaçmağa çalışırlar.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

Dizdə şişkinlik inkişaf edənə qədər…

ALDP seçkilərlə bağlı qərarını verdi

BSU-da Xalq yazıçısı Anarla görüş keçirilib

“İnsan hüquqlarının qorunması media müstəvisində”

HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

Bağırsaq qurdlarından qurtulmağın təbii yolları - RESEPT

Lerikdəki uzunömürlülər - FOTO

Ucar-Zərdab-Ağcabədi yolu yenidən qurulur

Sabah yağış yağacaq