Gənclər bilik yarışına qatılıblar

13:01 16-11-2019 | icon 375 | Cəmiyyət
Gənclər bilik yarışına qatılıblar

Noyabrın 12-də Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda respublika bilik yarışı keçirilib.

 

Versus.Az xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin dərindən öyrənilməsi və təbliği məqsədilə respublikanın 49 dövlət və özəl ali təhsil müəssisələrinin, o cümlədən xüsusi təyinatlı ali təhsil müəssisələrinin komandaları iştirak edib. Bu bilik yarışmasında DİN-in Polis Akademiyasının komandası xüsusilə fərqlənərək 30 bal toplamış və I yerə layiq görülüb.

 

Yeri gəlmişkən, 2014-cü ildən başlayaraq Heydər Əliyev Mərkəzində bu mövzuda bilik yarışı keçirilir.

 

Polis Akademiyasının komandası 2015-ci ildə keçirilmiş II Ümumrespublika bilik yarışında II, 2018-ci ildə keçirilmiş V Ümumrespublika bilik yarışında isə III yeri tutmuşdur.

 

Kursantları yarışa Polis Akademiyasını «İctimai elmlər» kafedrasının rəisi, polis mayoru Rəhim Məcnunov və kafedranın baş müəllimi, polis mayoru Rəşad Qasımov hazırlayıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…