Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimatı keçirilib

13:05 16-11-2019 | icon 597 | Ədəbiyyat
Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimatı keçirilib

"Aşıq Şəmşir" Mədəniyyət Ocağında tanınmış şair, yazıçı-publisist, ictimai xadim Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimat mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, mərasimdə Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı tədbirin Qənbər Şəmşiroğlunun doğum gününə təsadüf etdiyini bildirib və onu bu münasibətlə təbrik edib.

 

Daha sonra çıxış edənlər - akademik Nizami Cəfərov, akademik Muxtar İmanov, professorlar Qəzənfər Paşayev, Şahlar Əsgərov, Şirindil Alışanlı, şair Adil Cəmil və başqaları Qənbər Şəmşiroğlunun yaradıcılığından bəhs edibl, onu çağdaş ədəbiyyatımızda həm poeziya, həm nəsr sahəsində nüfuzlu qələm sahibi kimi dəyərləndiriblər.

 

Natiqlər qeyd edib ki, Qənbər Şəmşiroğlu, eyni zamanda publisistika ilə də ciddi şəkildə məşğuldur və müasir publisistikamızın ən maraqlı, ən oxunaqlı örnəklərini yaradanlardan biridir. Mərasimdə, eyni zamanda Kəlbəcər məktəblilərinin ifasında görkəmli el sənətkarının şeirləri də səsləndirilib.

 

Sonda çıxış edən Qənbər Şəmşiroğlu mərasim iştirakçılarına öz təşəkkürünü bildirib, eyni zamanda onlara ağsaqqal tövsiyələrini çatdırıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı