MSK 3 günlük seminarlara başlayıb

13:27 27-02-2018 | icon 659 | Siyasət
MSK 3 günlük seminarlara başlayıb

Bu gündən etibarən Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində növbəti layihəyə - seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan 3 günlük seminara start verilib.

Versus.az xəbər verir ki, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsinə yönəlmiş birinci seminarda MSK üzvləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi və MSK Katibliyinin təmsilçiləri iştirak ediblər.

MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, MSK prezident seçkilərinin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsinə, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsinə hədəflənmiş müxtəlif səpkili layihələri davam etdirir. Seminarların keçirilməsində məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatların artırılması, praktiki vərdişlərin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir. Martın 1-dək davam edəcək seminarların ümumilikdə ölkə üzrə 125 dairə seçki komissiyasının bütün ekspert qrupu üzvlərini əhatə etməsi nəzərdə tutulur:

"Azərbaycan dövləti xalqın iradəsinin azad şəkildə yerinə yetirmək üçün şərait yaradıb. Hər bir seçicinin səsi azad ifadə olunmalıdır".

N. Məmmədov 10 il əvvəl ilə müqayisədə seçkilərə dair müraciətlərin azaldığını nəzərə çatdırıb:
"Bu, aparılan geniş maarifləndirmə işləri nəticəsində seçki subyektlərinin maariflənməsi ilə əlaqədardır".

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov "Seçki hüquqları ilə əlaqədar Avropa Məhkəməsində baxılmış işlər üzrə mövcud tələblər" mövzusunda çıxış edib. Ç. Əsgərov ötən illər ərzində həyata keçirilən tədbirlər nəticəsində seçki mədəniyyətinin artdığını, nəticədə seçkilərlə bağlı şikayət və müraciətlərin sayının xeyli azaldığını söyləyib:
"Aprelin 11-də prezident seçkilərinin yüksək səviyyədə keçiriləcəyinə heç kimin şübhəsi olmamalıdır".

MSK üzvü Bəxşeyiş Əsgərov "Seçki hüququnun pozulmasından verilən müraciətlərə dair tələblər, müraciətlərin verilməsində subyekt, aidiyyət, səlahiyyətli orqan və müddət məsələləri", MSK üzvü Ramiz İbrahimov "Seçki hüquqlarının pozulması haqqında müraciətlərin araşdırılması və onlara baxılmasına dair tələblər" mövzularında çıxış ediblər.

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı