Bakı məktəblərində “Bullinq” mövzusunda seminarlar keçirilir

09:51 28-11-2019 | icon 354 | Təhsil
Bakı məktəblərində “Bullinq” mövzusunda seminarlar keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə məktəblərdə “Bullinq” mövzusunda seminarlar keçirilir.

 

BŞTİ-dən Versus.Az-a verilən məlumata görə, tərbiyə işləri üzrə direktor müavinləri (təşkilatçılar), məktəb psixoloqları, uşaq birliyi təşkilatı rəhbərləri, müəllim və şagirdlərin iştirakı ilə keçirilən seminarların əsas məqsədi ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühiti təmin etmək, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir. Həmçinin təhsil işçiləri və şagirdləri bullinq davranışları ilə tanış etmək, onun qarşısını almaqda müəllimlərə dəstək olmaq da seminarların əsas hədəflərindəndir.

 

Təhsil Nazirliyi tərəfindən başlanmış “Mənimlə danış” kampaniyası çərçivəsində təşkil olunan seminarlarda ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji və tam təhlükəsiz mühitin yaradılması, təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi və bu istiqamətdə müvafiq işlərin görülməsi barədə geniş məlumatlar verilib.

 

Məktəblərdə sağlam və səmərəli mühitin yaradılması ilə bağlı müvafiq müzakirələr aparılıb, “Mənimlə danış” kampaniyasından bəhs edən videoçarx nümayiş olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür