İsrailin tanınmış şairi Mətbuat Şurasında olub

15:04 02-05-2018 | icon 865 | KİV
İsrailin tanınmış şairi Mətbuat Şurasında olub

Bu gün İsraildən olan tanınmış şair Pyotr Davıdov Azərbaycan Mətbuat Şurasında olub.

 

Versus.Az xəbər verir ki, qonağı salamlayan Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb.

 

Qarşılıqlı müzakirələr şəraitində keçən görüşdə İsrail və Azərbaycan mediası arasındakı oxşar və fərqli cəhətlərə toxunulub. Ə.Amaşov bildirib ki, hər iki ölkə bütün sahələrdə sıx əlaqələrə malikdir. Media hər zaman buna önəm verir. Şura sədri həmçinin vurğulayıb ki, Azərbaycan mediasının İsrailin qabaqcıl təcrübəsini öyrənməsi mühüm əhəmiyyətə malikdir.

 

P.Davıdov Azərbaycan və İsrailin mədəni əlaqələr müstəvisindəki dinamik əməkdaşlıq xəttindən söz açıb, mövcud istiqamətdəki xarakterik cəhətlərə toxunub.

 

Qeyd edək ki, İsrailin tanınmış şairlərindən olan P.Davıdov Bakıda anadan olub. Neft Akademiyasında təhsil alıb. P.Davıdovun şeirlər kitabı dünyanın 6 dilinə tərcümə edilib. Şairin yaradıcılıq nümunələrini internet üzərindən 20 milyondan artıq adam izləyib. Azərbaycanda yaşadığı dövrdə çalışdığı media orqanı Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAC) olub. İsrailli qonaq informasiya agentliyində çalışdığı illərlə bağlı xatirələrini bölüşüb.

 

Ə.Amaşov P.Davıdovu Mətbuat Şurasının fəxri diplomu ilə təltif edib.

Bakıda olduğu müddətdə onun tələbələrlə, şair və yazıçılarla, media təmsilçiləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?